TƏBİB koronaviruslu xəstələrə pulsuz verilməli olan dərmanları “yeyir”? - NARAZILIQ!
capar.info : - Azərbaycanda koronavirusa yoluxma sayı sürətlə artır. Bundan öncəki ştamlara yoluxanlar arasında əsasən yaşlı və yanaşı xəstəlikləri olan şəxslər xəstəliyi ağır keçirirdisə, artıq gənclər, hətta uşaqlar da bu xəstəliyin qurbanına çevrilir. Virusdan sağalmaq üçün xəstələr minlərlə manat vəsait xərcləməli olurlar. Pandemiyanın ağır şərtləri, sosial-iqtisadi problemlər üzündən böyük məbləğdə borca düşənlər də var.
Evdə müalicə olunan koronaviruslu xəstələr üçün pulsuz dərman paketləri nəzərdə tutulsa da, xəstələrin bildirdiklərinə görə, bunu onlara vermirlər. TƏBİB-in "qaynar xətt”inə düşmək mümkün deyil, poliklinikalardan isə bu paketlərin yalnız şəhid və qazi ailələrinə verildiyi bildirilir.
COVID-19-a yoluxan jurnalist Zaur Mirzəzadənin AYNA-ya dediyinə görə, infeksiyaya yoluxduqdan sonra ciddi ağrılar hiss etməyə başlayıb: "İlk günlərdə qızdırma kəskin şəkildə artdı. Eyni zamanda bədənimin sümükləri və əzələlərində dözülməz ağrılar meydana gəldi. Paralel olaraq qan təzyiqim oynayırdı - gah qalxır, gah da enirdi, tənzimləmək mümkün olmurdu. Sonrakı mərhələdə həzm pozğunluqları yarandı. Bundan öncə virusa yoluxanlar deyirlər ki, onlar daha asan keçiriblər. Görünən odur ki, "Delta” ştammı daha təhlükəlidir”
Jurnalist üç ailə üzvünün virusa yoluxduğunu və 5 min manat müalicə və dərmanlara vəsait sərf etdiklərini bildirir: "Kifayət qədər bahalı müalicədir. TƏBİB-in "qaynar xətti”nə müraciət etdim. Onlar məni poliklinikaya yönəltdilər. Onlardan məni dərman paketi ilə təhciz etmələrini istədim. Əvvəl bildirdilər ki, bu, yalnız şəhid və qazi ailələri üçündür. İsrarımı gördükdən sonra həmin paketi gətirdilər. Olduqca bəsit və ucuz dərmanlardır. Ümumilikdə aptekdən onların hamısını 10 manata əldə etmək olar”.
Mirzəzadənin sözlərinə görə, TƏBİB faktiki olaraq insanları yiyəsiz buraxıb: "Testi çox gec götürürlər. Bunun üçün günlərlə gözləməli olursan. Təcili tibbi yardım çağırışlara çox gec cavab verir. Çox bərbad idarəetmə sistemi var. Hansını dindirirsən, digərinin üzərinə atır. Səhiyyə Nazirliyi və TƏBİB arasında siçan-pişik oyunu gedir”.
Azərbaycan Milli Məclisinin üzvü, tibb elmləri doktoru, professor Asim Mollazadə AYNA-ya şərhində təsdiqləyib ki, vəziyyət kifayət qədər ciddidir: "Yoluxma sayı çoxdur. Hər birimizin ətrafında virusa yoluxmuş doğmalarımız var. Bilirsiniz ki, virusla mübarizədə yeganə yol vaksinasiyadır və bu baxımdan əhalinin peyvəndlənməsi işi sürətlənməlidir. Bu gedişlə yoluxma sayı daha da arta bilər. Eyni zamanda əhalinin evlərdə qeyri-müəyyən vəziyyətdə saxlanılması yolverilməzdir”.
Deputat Səhiyyə Nazirliyi və TƏBİB-in səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb: "Başa düşürük, xəstə çoxdur, çatdırmırlar. Lakin əhali ümidsiz durumdadır. Ölkə səhiyyəsinin idarə edilməsinə cavabdeh qurumların üzərinə böyük məsuliyyət düşür. Koronavirus xəstələri vaxtaşırı nəzarətdə saxlanılmalıdır. Məlumatlar var ki, testlər çox gec götürülür. Bu cür hallara yol verməz olmaz”.
Mollazadə TƏBİB-i xəstələrə pulsuz olaraq çatdırılacaq dərmanlar məsələsində məsuliyyətli olmağa çağırıb: "Koronavirus infeksiyası çətin xəstəlikdir və müalicəsi bəzən xeyli vəsait tələb edir. Əgər dövlət koronaviruslu xəstələrə dərman paketləri ayırırsa, onu çatdırmaq lazımdır”.
13-06-2020, 11:41
Uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər - TƏBİB
24-06-2020, 10:05
Bu rayonda insanlar narahatdır - Camaat arasında şaiyə yayılıb ... - VİDEO
3-06-2020, 13:12
Azərbaycanda koronavirusla bağlı TƏHLÜKƏ
12-03-2021, 10:31
Deputat karantin rejiminə etiraz etdi - Yenə qapanma olsa, sosial vəziyyət indikindən də ikiqat ağır olacaq
27-08-2020, 11:24
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - QAPANMA QƏRARI VERİLDİ
10-08-2020, 14:37
Evdə müalicə alan xəstələrlə bağlı VACİB AÇIQLAMA
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı