“Sən kimsən ki, Qarabağdakı ermənilərə ev tikirsən, su daşıyırsan?“ - ETİRAZ
capar.info : - Ötən gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rus əsgərlərinin Qarabağdakı fəaliyyəti haqqında danışıb. Prezidentin köməkçisi sülhməramlıların bölgədəki əməliyyatlarının üçtərəfli sazişə əsasən, həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə tərəflər arasında ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir.
Məsələni Yenisabah.az-a şərh edən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynli qeyd edib ki, sülhməramlılar ermənilərin bölgədə yaşaması üçün onların təminatı ilə məşğul olan bir təsərrüfat orqanına çevrilib:
“Bu gün Rusiya sülhməramlıları sülhün təmin edilməsinə çalışan, yəni tərəflər arasında hər hansı bir insidentin baş verməsini önləyən, ictimai asayişi gözləyən bir qüvvə kimi təsvir edilir. Amma reallıq odur ki, Qarabağda yerləşən Rusiya sülhməramlıları tərəddüd etmədən tərəf tutmağa, ermənilərin nazı ilə oynamağa başlayıblar. Onlar Qarabağın dağlıq hissəsini tərk etmiş insanları geri qaytarmaq istiqamətində səylər göstərib, bu dalğada Qarabağda yaşamayan və Ermənistandan olan erməniləri də Xankəndinə, Əsgərana və başqa bölgələrə daşıyıblar. Yeri gələndə həmin şəxslərə humanitar yardım göstərməklə də məşğul olublar. Sülhməramlılar ermənilərin bölgədə qalması, yaşaması üçün onların təminatı ilə məşğul olan bir təsərrüfat orqanına çevrilib. Rusiyadan ermənilər üçün humanitar yardımlar gəlir. Son vaxtlar su qıtlığı ilə əlaqədar sülhməramlılar Xankəndi üçün su anbarı tikir. Yəni maksimun səy göstərirlər ki, Qarabağın dağlıq hissəsindəki ermənilər hər şeylə təmin olunsunlar. Onları ürəkləndirib fətva verirlər ki, onların yanındadırlar. Halbuki sülhməramlılar tamamilə tərəfsiz olmalı, müstəqil münsif funksiyasını yerinə yetirməlidirlər”.
Politoloq bildirib ki, hazırda sülhməramlı qüvvələrin heç bir mandatı yoxdur:
“Mandat beynəlxalq təşkilatlar, ilk növbədə BMT tərəfindən verilir. Rusiyanın bundan əvvəl Gürcüstanda-Abxaziya və Osetiyada olan sülhməramlıları həmişə mandatsız işləyiblər, ona görə də dünya tərəfindən qanunsuz elan ediliblər. İndi onlar Azərbaycandakı rus sülhməramlılarını qanuna mindirmək məqsədilə hər iki tərəfin də razılığını almaq istəyirlər. Azərbaycan tərəfi isə razılıq vermək üçün Rusiya sülhməramlılarının səlahiyyətləri və görəcəyi işlər barədə bir protokol hazırlanmalıdır. Bu protokolda isə onların səlahiyyətləri, həm də fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilməlidir. Rusiya tələsik bir müqavilə mətni hazırlayıb Azərbaycana təqdim edib. Azərbaycan bu müqaviləyə Rusiya sülhməramlılarının əhalinin necə yaşamasına qarışmaması, erməni əhalisinin Azərbaycana gətirilməməsi, bununla yanaşı, Laçın koridorundan buraxılış məntəqəsinə Azərbaycan hərbi qüvvələrinin nəzarət etməsi kimi müddəalar irəli sürüb. Təbii ki, Rusiya bu müddəaları qəbul etmək istəməyib. Qəbul etmədiyinə görə də hələ ki sülhməramlıların səlahiyyəti qanuni qüvvəyə minməyib. Bu nöqteyi-nəzərdən indi də danışıqlar gedir”.
Ekspertin sözlərinə görə, danışıqlarda Azərbaycan tərəfi ona çalışmaq istəyir ki, Rusiya tərəfinin bölgədə Azərbaycanın suverenliyinə xələl gətirən, öz ərazi bütövlüyünü təmin etməsi yolunda ciddi əngəllər yaradan bir fəaliyyət göstərməsinin şahidi olmasın:
“Dünyada onlarla ölkəyə sülhməramlı qüvvələrin yeridilməsi ilə bağlı BMT-nin nizmanaməsi var. Həmçinin sülhməramlıların səlahiyyət hədləri və həyata keçirəcəkləri tədbirlər haqqında nümunələr var. Azərbaycandakı vəziyyət isə bir qədər fərqlidir. Rus sülhməramlıları hazırkı dövrdə sülhü yaradan, tərəfləri barışdıran qüvvələrdən daha çox, erməniləri gücləndirib Qarabağın dağlıq hissəsində əsas qüvvəyə çevirməyə çalışan qüvvələrə bənzəyir, çünki bu istiqamətdə funksiyalar yerinə yetirir ki, bunlar bizim suveren hüquqlarımızın əleyhinədir. Onlar Azərbaycanın Rusiya və dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü yolunda ciddi təhdidlər yaradan bir qüvvəyə çeviribdir. Bu gün sülhməramlılar əgər Ermənistanın 15 minə qədər silahlı qüvvəsinin orada qalmasına şərait yaradırsa, onların yaşaması üçün təminatları üzərinə götürürsə, sülhməramlılar artıq erməni silahlı qüvvələrinin bir parçası olurlar və Azərbaycana qarşı çevrilə biləcək potensial təhlükədirlər.
Biz istəyirik ki, sülhməramlıların fəaliyyəti müəyyən nizamnamə qaydaları, müəyyən qaydaların təsnif edilərək qəbul edilməsi yolu ilə çərçivəyə salınsın. Yoxsa “Nənəm mənə kor deyib, gəlib-gedənə vur deyib” prinsipi ilə iş həll olunmur. Sənin nə işinə qalıb ki, bölgə əhalisinə ev, su anbarı tikirsən, su daşıyırsan? Deməli, sən təcavüz edən tərəfi şirnikləndirir, erməni əhalini ürəkləndirirsən. Bu, açıq-aşkar Rusiyanın Azərbaycanın suveren hüquqlarına təcavüzü, müdaxiləsi kimi qiymətləndirilməlidir”.
4-11-2020, 09:32
Prezidentin köməkçisi: Barışıq asan olmayacaq
14-12-2020, 12:20
Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb
8-04-2021, 10:10
Deputat sülhməramlıların fəaliyyətindən danışdı: “Təzyiq vasitəsi kimi istifadə edirlər”
18-05-2021, 10:13
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
7-10-2020, 10:26
Hikmət Hacıyev: “Ermənistanın atdığı raket BTC-nin 10 metrliyinə düşüb”
8-12-2020, 15:27
Hikmət Hacıyev: "İndiyədək 266 koronavirus xəstəsinə cinayət işi açılıb"
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı