Səhiyyə sistemimizdə TAM NƏZARƏTSİZLİKDİR... - FAKT BUDUR!
Gündəm / Siyasət / Hadisə
Oxunub: 290
6 Eyl 2021 | 12:30
Səhiyyə sistemimizdə TAM NƏZARƏTSİZLİKDİR... - FAKT BUDUR!

capar.info : - Əvvəllər hava xəbərlərini izlədiyimiz kimi indi də koronavirusa yoluxanların statistikasını hər gün izləmək adətkarı olmuşuq. Günü-gündən çoxalan aktiv xəstə sayları bizi nə qədər qorxutsa da, bir çox hallarda yenə də pandemiya qaydalarını pozmaqda davam edirik. Düşünmürük ki, hər an özümüz də bilmədən virus daşıyıcısı ilə rastlaşa, hətta təmasda ola bilərik.
Bir neçə gün əvvəl şəhərimizdə yerləşən xəstəxanalardan birinə baş çəkməli oldum. Qan analizi vermək üçün məndən öncəki xanımı qapının ağzında gözlədim. Xanım işini bitirdikdən sonra qapıya doğru gəldi və mənə sürtünərək, otaqdan çıxdı. İçəri daxil olmaq istəyən zaman tibb bacısı buraxmadı və başladı hər tərəfi spirtləməyə. Yenə də heç nə başa düşmədim…

Qan analizini verdim və bir az otaqda ləngidim. Çünki tibb işçisindən cavabların haçan çıxacağı, online formada əldə etməyin mümkün olub-olmadığı barədə məlumat alırdım. Elə bu zaman bir neçə dəqiqə otaqdan çıxan qadın yenidən otağa girdi və stolun üzərinə nəsə qoydu.

Birdən qadının nəfəs alması diqqətimi çəkdi. O qədər çətinliklə nəfəs alırdı ki, elə bil bu dəqiqə ciyərləri sıradan çıxacaq. Qadının heç ayaq üstə durmağa da halı yox idi. Rəngi isə sapsarı... Vəziyyətini görüb halına acıdım və şəfalar diləməyə başladım. Xanımın isə "sağ ol" deməyə belə halı yox idi. Yoldaşı tez yaxınlaşıb onu otaqdan çıxartdı və bildirdi ki, yuxarı mərtəbədə də hansısa analizi verməlidirlər.

Özümü saxlaya bilməyib qadın haqqında maraqlanmağa başladım. Tibb bacısı bildirdi ki, bir az əvvəl söhbətləşdiyim həmin qadın covid xəstəsidir. O an elə bil damarımda qan dondu… Bütün neqativ fikirlər beynimi yeməyə başladı. Axı onun oturduğu stolda oturub qan vermişdim, otaqdan çıxarkən mənə sürtünüb çıxmışdı, heç yarım metr məsafə saxlamadan söhbətləşmişdim. Bütün bu fikirlərin narahatçılığı ilə xəstəxanadan uzaqlaşdım. Dərhal yaxınlıqdakı aptekdən spirt alaraq özümü dezinfeksiya etməyə çalışdım. Nə dərəcədə xeyri olub olmayacağı isə yəqin ki, bir neçə gün sonra məlum olacaq…

Bu günə qədər özüm də bilmədən yüzlərlə covid xəstəsi ilə rastlaşmışam, hətta görüşmüş ola bilərəm. Lakin həmin qadının necə ağır nəfəs almasına şahid olmağım və onun covid xəstəsini olduğunu bilməyim psixoloji baxımdan mənə böyük zərdə oldu. Düşünürəm ki, xəstəliyi bu qədər yaxında hiss etdikdən sonra daha diqqətli olacağam.

İndi isə gələk başqa bir məsələyə… Hamımız çox yaxşı bilirik ki, covid xəstələrinə və ailə üzvlərinə evdən çıxmaq qadağandır. Bəs bu qadın necə evdən çıxıb, xəstəxanaya gəlib və hətta bütün mərtəbələri gəzə bilir? Bunun iki yolu var. Ya covid analizi vermədiyi üçün adı sistemə oturmayıb, ya da sistemə oturmuş olsa belə, hansısa yollarla evdən çıxmağı bacarıb.

Tutaq ki, evdən çıxmağı bacardı. Bəs xəstəxanaya necə daxil ola bilib? Necə bu qədər rahat şəkildə xəstəxananın bütün xidmətlərindən istifadə edə bilir? Axı qaydalara görə, bütün ictimai iaşə obyektlərinin, müssisələrin, idarələrin, xəstəxanaların və s. qapısında yoxlanış aparılmalı, hərarət ölçülməlidir.

Görünür, artıq bu qaydalara da əməl olunmur və hər an təhlükə altındayıq. Odur ki, özünüz-özünüzü qorumağa və sağlam qalmağa çalışın. //bizimyol.info//
1-09-2021, 15:55
"Qısqanclığa görə öldürdüm" dedi, həqiqət ortaya çıxdı - Bakıdakı qətlin təfərrüatı
4-12-2020, 10:21
İnsanlar koronavirusa ən çox hansı hallarda yoluxur - Alimlərdən açıqlama
25-04-2020, 09:33
İmmunitetimizin güclü olduğunu necə yoxlamaq olar? - VİRUSOLOQLAR AÇIQLADI
3-06-2020, 13:12
Azərbaycanda koronavirusla bağlı TƏHLÜKƏ
24-12-2018, 13:22
"Falcon 9" raket daşıyıcısı ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb
26-10-2020, 10:24
Əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər - XƏBƏRDARLIQ
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı