Niyə bizdə attestatla ali təhsil yoxdur: - İşıq gələn yerə barmaq tıxamaq texnologiyası
Gündəm / Siyasət
Oxunub: 285
6 Eyl 2021 | 12:24
Niyə bizdə attestatla ali təhsil yoxdur: - İşıq gələn yerə barmaq tıxamaq texnologiyası

capar.info : - Bu gün tələbə adı alan gənclərin siyahısı dərc edilib. Sosial şəbəkələrdə bayram ab-havası var. Təbriklər, xoş diləklər, sevinc.
Tələbə adının ölkəmizdə bu qədər böyük sevinclə qarşılanmasının əsas səbəblərindən biri bizim diploma olan simpatiyamızdır. Uşaq hara olursa, olsun, bir yerə qəbul olunsun, o diplomu işlədəcəkmi, əmək bazarında özünə yer tapacaqmı - bu az adamı maraqlandırır. Çünki qəbul imtahanlarına hazırlaşərkən valideynlərinin çəkdikləri zəhmətin sayı hesabı bilinmir. 5 fəndən hazırlıq üzrə hər ay 50-100 manat vəsait, abituriyentin repetitor yanına gedib-gələ bilməsi üçün məktəb direktoruna “görüm-baxım”, müxtəlif ünvanlarda yerləşən repetitorların yanına getmək üçün nəqliyyat xərci (xüsusən şənbə-bazar günləri taksi) , “uşaq məktəbə girəcəkmi?”sualı ilə keçən yuxusuz gecələr, ailənin boğazından kəsilərək hazırlıqlara tökülən pullar...

Elə buna görədir ki, uşağın tələbə adını almasını doktaranturanı bitirmək kimi qiymətləndiririk. Çünki bilirik ki, çətini girənə qədər idi, ondan sonra mütləq o məktəb bitəcək, hələ heç kim ali məktəbdə “sinifdə qalmayıb”.

Adını unutduğum amerikalı diplomatlardan biri Cənubi Qafqaz səfərindən sonra deyib ki, Amerikada ali məktəbə 10000 nəfər daxil olursa, onların yarısı məzun ola bilir. Cənubi Qafqazda 10000 daxil olursa, 20000 məzun olur. Doplomat saxta diplomları, keyfiyyətsiz təhsili nəzərdə tuturdu.

Olmazmı ki, ölkəmizdə xaricdə olduğu kimi, attestatla təhsil sistemi tətbiq edilsin? Həm xaricə oxumağa qaçmazlar, vəsait özümüzə qalar, həm də bu doplom azarımız bir az səngiyər. İstəyən qəbul olunsun, amma hər istəyən də məzun ola bilməsin. O şiddətlə, o keyfiyyətlə dərs keçilsin ki, qəbul balından asılı olmayaraq ali məktəblərimizi bitirən məzunlarımızın həqiqətən zəhmət çəkərək o diplomu əldə etdiyi anlaşılsın.

Yoxsa burda kəsilənlər üz tuturlar Türkiyənin, Ukraynanın, Gürcüstanın, Belarusun attestatla təhsil verən ali məktəblərinə. Türkiyə məlumdur, keyfiyyətə önəm verir. Amma Belarus, Dağıstan ali məktəblərinin əlində diplomları olan vətəndaşlarımız var ki, heç o ali məktəbin qapısını da açmayıblar. Sadəcə, vəzifəyə getmək üçün ali təhsil şərtimiz var, onu da yerinə yetrimək üçün müxtəlif kanallarımız.

Qəbul şərtləri asanlaşdırılsın, oxumaq şərtləri ciddiləşdirilsin, tələblər sərtləşdirilsin. İstəyən daxil olmaq şansı qazansın. Lakin bilsin ki, böyük bir məsuliyyətin altına çiyin verir. Yoxsa bu gedişlə həyatımızda çox şey dəyişməyəcək.

Yeri gəlmişkən, Azərbaycanda 11-ci sinfi bitirib birbaşa bakalavr pilləsinə qəbul edən ölkələrin siyahısını da təqdim edirik. Bu ölkələr hamısı attestat və ingilis dili sertifikatı tələb edirlər.

Polşa, Litva, Latvia, Estoniya, Luksemburq (Fransız dili), Macaristan, Kanada, Niderland Krallığı və Avstriya.

Türkiyənin adı bu siyahıda ona görə yoxdur ki, bu ildən Türkiyə ali məktəblərinə qəbul Azərbaycan məzunları üçün yalnız YÖS imtahanları ilə mümkündür. Azərbaycan tərəfi attestatla qəbul imkanlarına məhdudiyyət gətirib. Necə deyərlər, daha bir işıq gələn yerə barmaq tıxandı. Özün təhsil verə bilmə və başqa yerdə təhsil almağa da qadağa qoy... Tərtəmiz Azərbaycan reallığıdır!

Xaricdə təhsil almaq üçün ikinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinfi bitirən şagirdləri birbaşa qəbul etmir. Həmin ölkələrdə orta məktəb 12 və ya 13 illikdir deyə həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiniz, ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız. Bu qrupa Britaniya, Fransa, Almaniya, Norveç, İsveç, Finlandiya, italiya, ispaniya , Koreya, Yaponiya, Çin və digər ölkələr daxildir.

Xaricdə təhsil yeni imkanlar, fərqli dünyagörüşü deməkdir. Gözəldir. Amma xaricə gedib geriu qayıtmaq istəməyən vətəndaşlarımız da var. Təhsil qaydalarını ildən ilə mürəkkəbləşdirib qəbul qaydalarını çətinləşdirməkdənsə, asanlaşdırmaq, öz təhsil sistemimizin inkişafına qatqıda bulunmaq daha faydalı olmazdımı?
Bizimyol.info
4-09-2020, 15:40
İxtisas seçimi edəcək abituriyentlərə MÜRACİƏT
10-08-2021, 10:36
Pul verəndə alırlar, axırda da diplomu tanımırlar - Qanunsuz təhsil böhranı
17-08-2021, 12:09
Ali məktəblərə ixtisas seçiminin tarixi açıqlanıb
4-03-2021, 17:58
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
16-01-2019, 13:30
Gömrük Akademiyasını bitirən hər bir tələbə Gömrük Komitəsində işlə təmin olunub
5-11-2018, 18:32
Təhsil naziri: "Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır"
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı