Azərbaycanlı terrorçunun atasından İLGİNC AÇIQLAMALAR - “Kaş alkaş olaydı, dindar olmayaydı”
Gündəm / Siyasət
Oxunub: 252
18 Ağu 2021 | 12:41
Azərbaycanlı terrorçunun atasından İLGİNC AÇIQLAMALAR - “Kaş alkaş olaydı, dindar olmayaydı”

capar.info : - Talibanın ali dini rəhbəri Hibətullah Möhləvinin babalarının 1917-ci ildə Salyanın Xalac kəndindən köçüb gedən azərbaycanlılar olduğuna dair iddialar yayılıb.
Bu məsələnin siyasi mənzərəsinə necə bir rəng qatacaq bilmirəm, amma fanatik dindarların beyinlərində müəyyən qarışıqlıq yarada bilər. Bunun qarşısını mütləq bəri başdan almaq lazımdır. “Niyə çay gəlməmiş çırmanırsan, nədən qorxursan?” şəklində verilən reaksiyaları da sanki duyuram. Lakin İŞİD gələndə Suriya çöllərinə axışıb özünü və ailəsini “cihad” uğruna qurban edən, sonradan min peşiman olan yüzlərlə insanlarımız olmadımı? Bu gün onlardan bir neçəsi barədə danışacağıq sizə...

***

Onun adı Ruslan idi. (Ad şərtidir) Məcburi köçkün ailəsində dünyaya göz açmışdı. Qəribə oğlan idi. Üzünə baxanda düşünürdün ki, dünya , aləm vecinə deyil, özünü inkişaf etdirməmiş yeniyetməydi hələ. Cəmi 17 yaşı var idi. O ərəfələrdə hansısa bir satanist qrupları axınına düşdü, imicini dəyişdi, qulağında sırğa, uzun qırmızılı-göylü saç düzümü, metal musiqi dinləmə həvəsi. Hiss olunurdu ki, bu sadəcə, kimlərinsə təsiri altına düşməkdir. Əsgərlik zamanı gəldi və atasına bildirdi ki, əsgər getməyəcək, dözə bilməz. Bir yolunu tapıb əsgərlikdən saxladılar.

Sonra nə oldusa, günlərin birində bu satansitlərə uymuş oğlan dönüb oldu dindar. Saçını-başını səliqəyə saldı, imici dəyişdi. Amma lap az keçmiş Ruslan dönüb oldu “əxi” və özünü də Abdullah adlandırmağa başladı. Uzun saqqal saxladı, şalvarı qısaltdı. Məhəllədəki tay-tuşlarına dindən “dərs verməyə” başladı. Bütün faciələr də bundan sonra başladı. Əvvəl-əvvəl əxi qardaşlarından evlərinə yardım məqsədli çantalar daşındı, sonra vətənində əsgərlik çəkməyi özünə dərd sanan “əxi Abdullah” bildirdi ki, Suriyada cihada qoşulmaq istəyir. Günlərin birində eyni küçədə yaşayan, ali məktəbdə oxuyan fikirdaşı ilə birlikdə qaçıb getdilər. Evlərindəkilərə bircə parça məktub qoymuşdular. “Biz cihada gedirik”. Öncə Türkiyəyə, ordan da Suriyaya gedəsiydilər. Getdilər. 2 ay sonra ali məktəbi yarımçıq qoyub gedən tələbə gəncin ölüm xəbəri gəldi, Abdullah isə hansı vasitələrləysə zəng edib bildirdi ki, məni burdan qurtarın, yoxsa mən də öləcəm. Heç deməyəsən, bellərinə partladıcı bağlayıb, kamikadze kimi göndərirlərmiş. Ondan öncə gedən bütün qruplardakı gənclərin ölüm səbəbi özünü partladaraq ölmələri və başqalarını öldürmələri olmuşdu. Abdullaha ölüm qorxusu güc gəlmişdi. Ailəsi rəsmi surətdə dövlətə müraciət etdi, bilirdilər ki, Abdullah geri gələcəksə, terrorçu kimi həbs olunacaq.

Amma ölümündənsə, həbsdə olmağına razı idilər. Abdullah olduğu düşərgədən aşıb sərhədi keçdi və keçən kimi də həbs edildi. 19 yaşında ikən 22 il müddətinə azadlıqdan məhrum edildi. O müddətdə valideyninin peşiman olaraq işlətdiyi bir sözü heç unutmayacam. “Kaş alkaş olaydı, amma dindar olmayaydı”.

İndi keçmiş Abdullah, indiki Ruslan hələ həbsdədir. Ömrünün ən gözəl illərini həbsxana divarları arasında keçirir. Amma fikirləri dəyişibmi? Yox. Çünki həbsdə olduğu müddətdə öz xalası qızını ona aldılar. Qız ərinin yolunu gözləyəcəyini deyib nikaha girdi. Qəribədir ki, nikahdan az sonra dönüb oldu hicablı, qapalı bir xanım. Hicaba qarşı deyiləm əsla. Amma onun örtünməyi adət etdiyimiz kimi deyildi, qapqara çadranın altından əlcək geyinir, üzünü niqabla örtməklə də yetinməyib, eyni əfqanıstanlı xanımlar kimi tor bir örpəklə də üstdən gözlərini örtür. Hətta qadınlara belə salam vermir. Deyir əri belə tapşırıb. Ruslan həbsxanada özü kimi fikirdaşlarının arasındadır. Radikal, fanatik dindaşlarının. Sizcə, düşüncələrini dəyişmək imkanı varmı?

***

İŞİD-in ikinci qurbanı gənc bir xanımdır. Gözəllik salonunda işləyir. Yox, o heç yerə getməyib. Toyundan 10 gün sonra əri deyib mən cihada gedirəm. Gediş, o gediş. Nə öldüsü var, nə qaldsısı. Səbihə 8 il qaynata, qaynana yanında yaşayıb, ərinin yolunu gözləyəndən sonra çıxıb gəlib atası evinə. Sevərək evlənmişdi, lakin indi yaşadığı tək duyğu əsəb və peşimanlıqdır. Əsəbi bu fikirləri cavanların beyninə dolduranlaradır, peşimanlığı itən illərinə, gəncliyinə, dağılan ailəsinə.

***

Növbəti qurban ərinə qoşulub gizli yollarla Suriyaya qaçan, orada əri döyüşdə ölən və özü də kölə kimi satılan, əldən-ələ düşən Nazandır. O Nazan ki, düz 3 il səhrada tozun-torpağın içində bilmədiyi, tanımadığ yad millətlərin içərisində yaşamayıb, “sürünüb”, yüzlərlə kişiyə təqdim edilib, başını necə bir daşa döydüyünü anlayınca təslim olanlar sırasında ölkəyə qayıdıb və indi həbs həyatı yaşayır. Ən pisi də budur ki, Ruslandan fərqli olaraq onu azadlıqda nə gözləyən var, nə istəyən. Ailəsi üz çevirib, yanına gedib-gələn yoxdur. Elə bircə onu bilirlər ki, Nazan 11 il sonra həbsdən çıxasıdır.Çıxmasını da arzu etmirlər, onun ölüm xəbərini eşitmək daha çox xoşlarına gələrdi, nəinki qaçıb “cihada” getdiyini, satıldığını, həbs olunduğunu eşitmək. Bax beləcə, məhv olmuş neçə ömürdən yalnız üçü barədə danışdıq. Hələ bu qurbanların ailələrinin çəkdikləri iztirablara toxunmadıq belə.

Din insana müdrik olmağı, sevməyi, dərk etməyi, özünü və yaradılış səbəbini, yaradanını tanımaq üçün təqdim edilmiş bir töhfədir, yoldur. Din insanı bu böyük kainatda tək qoymaq istəməyən yaradıcının göndərdiyi “çalışma klavuzu”, düzgün istifadə kitabçasıdır. Necə ki, yeni aldığımız hansısa texnoloji məhsulun içərsində onun işlədilməsinə, istehsalçısına dair bilgilər verilir, insana da bu bilgini dini kitablar, din verir. Din bir çoxlarının başqalarının təmiz duyğularını, düşüncələrini istismar edərək özünə qul etmək alətinə çevrilməməlidir. Cihad insanın öz nəfsiylə, öz tərbiyəsilə olur, gedib səhralarda qadınları köləyə çevirməklə yox. Din tutarlı əsas olmadan “öldür” əmrini verməməlidir. Allahı hər yerdə sevmək mümkündür. Onu sevməzdən, itaət etməzdən öncə dərk etmək lazımdır. Səndən nə istədiyini anlamaq lazımdır. //bizimyol.info//
14-12-2018, 13:22
Etibar Pirverdiyevi bitirən olayla bağlı ilginc iddialar... - Axı bu necə ola bilər?
29-09-2020, 12:01
Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı
10-12-2018, 13:24
"Zirə"nin baş məşqçisi 0-6 hesablı məğlubiyyət barədə: "Futbolçularla sabah danışacağıq"
25-09-2020, 16:02
“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist
11-08-2021, 12:53
Cavid Qurbanovun da KİTABI BAĞLANIR... - İLGİNC İDDİALAR...
17-08-2021, 09:48
“Taliban” liderləri dünyanı gəzirsə, Bakıya da gələ bilərlər" - GƏLİŞMƏ
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı