Nazim İbrahimov... necə?.. HƏBS OLUNACAQMI? - FAKT ODUR Kİ...
Gündəm / Siyasət
Oxunub: 283
10 Ağu 2021 | 12:47
Nazim İbrahimov... necə?.. HƏBS OLUNACAQMI? - FAKT ODUR Kİ...

capar.info: - Azərbaycanda vəzifəli qanqsterlər, mafioz fiqurlar, cinayətkar məmurlar qulağa adi gələn sözlərdir. Onların dövlətin sütunlarını zədələyən korrupsiya cinayətləri ilə qoşa addımlayan hərbə-zorba, kriminal hərəkətləri az olmayıb.
Bu illər ərzində Hacı Məmmədovlar, Akif Çovdarovlar dövlətin ən mühüm strukturlarında yüksək vəzifələr tutmaqla ən ağır cinayətləri törədiblər. İndi biri qəbirdə, biri isə məhkumluğun bir neçə il sonrası azadlıqdadır...
Dövlətin içində “dövlət” qurmuş bu odioz məmurlar özlərini Afrikada silahlı üsyan dəstələrinin başçıları, ya da amerikalı kovboylar kimi hiss edirdilər. Onlara elə gəlirdi ki, bunun bir sonu olmayacaq.
İndi bizə məlum olur ki, yenə də sistemin içində əli qana bulaşmış, lakin törətdiyi cinayəti gizlədənlər, onu qoruyanlar var imiş. Biri elə keçmiş korpus komandiri, general Rövşən Əkbərovun Ukraynada iş adamı Elçin Əliyevi öldürməsini bilib də gizlədən diaspora komitəsinin sabiq sədri Nazim İbrahim olsun.
Anaxeber.info bildirir ki, bu günlərdə onun ifadəsi üzə çıxıb və N.İbrahimov 2003-cü ildə verdiyi ifadədən fərqli olaraq, etiraf edib.
Sabiq komitə sədri 2003-cü ildəki ifadəsində vaxtilə dostu olmuş E.Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyib.
Lakin son ifadəsində sabiq komitə sədri qeyd edir ki, Ukraynada “Dnepr” otelində R.Əkbərovla görüşüb, general Elçini qətlə yetirdiyini ona bildirir. Və təsəvvür edin ki, 20 ildən çox qətl gizli saxlanılır.
Diaspora Komitəsi kimi önəmli postda rəhbər vəzifə tutan N.İbrahimov ordunun içində əhəmiyyətli bir fiqurun törətdiyi qətli illərlə istintaqdan gizlədir. Əslində generalın bu cinayəti törətməsi barədə istintaq orqanları zamanında çox yaxşı məlumatlı olub.
Onun 21 il sonra bu iş üzrə həbs edilməsi də arxasında başqa motivlər olduğuna ehtimallar yaradır. Xüsusən müharibə dövründə R.Əkbərovun adı bir sıra məsələlərdə hallanırdı. Ehtimal ki, həbsini aktuallaşdıran da məhz qətl yox, ordudakı fəaliyyəti olub.
Lakin fakt budur ki, N.İbrahimov 2003-cü ildə istintaqa yalan ifadə verib. Ən azı istintaqa həqiqəti deməliydi. Əgər bir dövlət məmuru generalın adam öldürməsini bildiyi halda bunu gizlədirsə, vay halımıza...
Cinayət Məcəlləsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Lakin söhbət generalın qətl törətməsində və cinayətin 1 il yox, 21 il gizlədilməsindən gedir. O halda N.İbrahimovun son ifadəsi onun cərimə ilə yaxasını kənara çəkməyə əsas ola bilməz, 2 illik də olsa həbsə göndərilməlidir.
Görün nə baş verib, ordu general R.Əkbərov Hacı Məmmədov qədər bir qanqsterlik edir, keçmiş komitə sədri isə bu cinayətə ələk tutur. Bu, dövlətə qəsddir.
Hakimiyyət strukturlarında kimlərə etimad göstərilib, kimlər ölkənin diaspor işini görürmüş...Bu adamları vəzifələrə yaxın buraxmaq olmaz.
Lakin biz hakimiyyətin həbslərə yanaşmasında da fərqliliyi görürük: məsələn, dövlətin milyardlarını talamış Ziya Məmmədov evində dincılir, Səlim Müslümov türməyə göndərilib, axı onlar ikisinin də əməllərində nə kimi fərq var? Hətta birincisi daha çox korrupsioner olub.
Və yaxud keçmiş səfir Eldar Həsənov yeyintiyə görə həbsə salınıb, hərçənd bir diplomatik korpusda maxinasiyanın həcmi milyonlar ola bilməz, deməli, ortada bilinməyən siyasi gerçəkliklər var və iqtidar onu qandallayıb, amma ölkədə sahibkarların dərisinin soyulmasının başında dayanmış, başına torba keçirib istintaq zirzəmilərində milyonlarını qapazlamış keçmiş MTN şefi Eldar Mahmudova güldən ağır söz deyən olmadı.
Eyni zamanda həbs edilən icra başçılarının işinə baxmaq olar - əgər Çovdarov azad edilirsə, əgər DSX generalı Əfqan Nağıyev buraxılırsa, XİN-də vəzifə tutmuş və korrupsiyaya görə saxlanılmış şəxslər bir-bir ev dustaqlığına buraxılırsa, onda İH rəhbərlərinin tutulmasının ictimai rəydə hansı təsirləri olacaq, rüşvətlə mübarizədə nə kimi effekti qalacaq?
O halda təbii ki, cəmiyyət bu həbsləri adi qarşılayır. Çünki daha yüksək ranqlı fiqurların ya azad edildiyini, ya da ittihamlara baxmayaraq həbs olunmadığını görürsə, bir əyalət başçısının qandallanmasına niyə təəccüblənsin ki?!
Bu mənada general R.Əkbərovun həbsi məhz törətdiyi əmələ görə deyil, siyasi hakimiyyətin açıqlamadığı nüanslara görə zəruri olub.
Əgər generalın xəyanət etdiyi iddiaları ilə bağlı məsələlər açıb-ağardılmasaydı, yəqin ki E.Əliyevin öldürülməsi daha 21 il də üstü tozlanmış istintaq materialları olacaqdı.
Lakin biz hüquqi və ədalətli cəmiyyət qurmaq istəyiriksə, məmurların cəzalandırılmasına yanaşmada ikitirəliyə yol verilməməlidir. Ziya Məmmədov, Fazil Məmmədov və digərləri Səlim Müslümovdan əməllərinə görə fərqlənmirlər.
Anaxeber.info
7-08-2021, 11:48
Külli miqdarda dövlət vəsaitini mənimsədiyinə görə həbs edilmiş məmurlar sistem tərəfindən necə əfv edilir? - Korrupsiya cənnəti…
6-08-2021, 15:27
Bakı hərbi prokuroru bu cinayəti araşdırdığına görə vəzifəsini itiribmiş... - İLGİNC
16-07-2021, 10:08
Bu gün general Rövşən Əkbərovun məhkəməsi başlayır
8-07-2021, 11:10
Fransada ermənilərin törətdiyi cinayətləri ört-basdır etməyə çalışan mer kimdir?
10-06-2021, 18:19
Deputatlara cavab verməyən məmurların SİYAHISI HAZIRLANACAQ
16-03-2021, 11:45
General-leytenant Rövşən Əkbərov həbs edilib - Baş Prokurorluq
Dün, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
Dün, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
Dün, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı