İnam Kərimovun kombaynları Putinin təyyarələrindən qat-qat innovativ imiş - Rus hərbi aviasiyasının şok qüsuru
Gündəm / Siyasət / Sosial
Oxunub: 310
6 Ağu 2021 | 15:24
İnam Kərimovun kombaynları Putinin təyyarələrindən qat-qat innovativ imiş - Rus hərbi aviasiyasının şok qüsuru

Çapar.info: - Məlum olduğu kimi, 44 günlük müharibədə Ermənistan Silahlı Qüvvələri öz hərbi təyyarələrindən yetərli səviyyədə istifadə edə bilməmişdi. Müharibənin ilk günlərində Qarabağ səmaları üzərində 2 düşmən təyyarəsinin qəzaya uğramasından sonra İrəvan ən ağır zamanlarında belə, hava hücumu alətlərindən istifadə etməkdən çəkinmiş, müharibə bitəndən sonra bunun əsl sirri meydana çıxmışdı. Sən demə, Rusiyanın ən güclü təyyarələri ilə silahlandırılan Ermənistanın əlində istifadə edə biləcəyi raketi yox imiş. Bir növ, müttəfiqi ona təyyarə əvəzinə “bahalı çərpələng” hədiyyə etmişdi.

“Ucuz ətin şorbası olmaz” atalar sözünü xatırladan bu həqiqət Ermənistanın sabiq Baş qərargah rəisi Movses Hakobyan müharibədən sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi açıqlamalar zamanı üzə çıxmışdı. Erməni generalın sözlərinə görə, Su-30SM təyyarələrini almaq əslində Baş Qərargah rəisi olarkən onun təşəbbüsü olub. Daha sonra isə bu təşəbbüsdən vaz keçib. Çünki Rusiya, Su-30SM təyyarələrində istifadə olunan raketləri satmırmış. Bu barədə Rusiya hökumətinin xüsusi fərmanı olduğunu öyrənən erməni general təyyarələri almaqdan imtina edib və mövqeyini İrəvan rəhbərliyinə də çatdırıb. Nikol Paşinyan isə bütün bunlara baxmayaraq həmin təyyarələri alıb. Nəticədə Ermənistanın əlində olan təyyarələr sadəcə göz aldatmaqdan başqa heç bir işə yaramayıb.

Ovqat.com-un hələ o zamankı araşdırmalarına görə isə, erməni generalın “bahalı çərpələng” iddiası əslində vəziyyətin zahiri görünüşü idi. Vəziyyətin batini tərəfi isə Ermənistana müftə hədiyyə edilən həmin təyyarələrin işə yaramazlığı idi və yəqin ki, Moskva öz eybini ört-basdır etmək üçün ona “tapançanın mərmisini” satmamışdı. Bu barədə hələ 44 günlük müharibə ərəfəsində qələmə aldığımız məqalədə bəzi nüanslara toxunmuşduq. Həmin nüansları təkrar gündəmə gətirməmişdən əvvəl, Rusiyanın ağız dolusu bəhs etdiyi digər təyyarəsinin texniki özəllikləri barədə son günlər ortaya çıxan digər bir məlumat barədə söz açmaq istəyirik.

Bəlli olduğu kimi, Rusiya yararsız silahlarını müftə sırıdığı Ermənistandan fərqli olaraq özü tam təchizatlı hərbi texnikalardan, o cümlədən təyyarələrdən istifadə edir. Yəni nəyi varsa, ondan faydalanır. Xüsusilə onun real döyüşlərin getdiyi Suriya kimi coğrafiyalarda “boş mərmi”lərlə üz qızartmaq şansı yoxdur. Məsələ də elə burasındadır ki, Suriyadakı rus aviasiyasının vəziyyəti Ermənistandakı Su-30 təyyarələrindən çox da fərqlənmir.

Bu iddianı Suriyadakı bir rus pilotunun öz təyyarəsinin kabinəsindən çəkib paylaşdığı foto-şəkil təsdiqləyib. Şəkildən aydın görünür ki, təyyarə coğrafi cəhətləri müəyyənləşdirən müasir GPS sistemi ilə təchiz olunmayıb. Başqa sözlə desək, Rusiyanın ən müasir hərbi təyyarələrində Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun taxılbiçən, pambıqyığan kombaynların dalına taxdığı “zınqrovlar”dan belə, yox imiş. Pilotlar bu əskikliyi aradan qaldırmaq üçün turistlərin ümid bağladıqları ucuz cihazlardan faydalanırmışlar.

Rusiyanın hərbi qüdrətini istehza obyektinə çevirən bu foto-şəkil ölkənin bir sıra hərbi ekspertləri və sosial şəbəkə səhifələri tərəfindən ciddi müzakirələrə yol açıb, ölkənin Hərbi Hava Qüvvələrin sərt tənqidə məruz qalıb.

"Bu fotoşəkilə görə, Su-34 kimi 4-cü nəsil ++ çoxfunksiyalı rus qırıcı-bombardmançısı peyk naviqasiya sistemi ilə təchiz olunmayıb və pilotlar Suriyada döyüş əməliyyatları üçün öz hesablarına turist naviqatorları almaq məcburiyyətində qalıblar. Ancaq Suriyada vətəndaş müharibəsi gedir və “Su-34”-lər ən çox istifadə edilən döyüş təyyarələrindən biridir. Elədirsə, Suriyaya göndərilməzdən əvvəl niyə təyyarələrin peyk naviqatoru təkmilləşdirilməyib və quraşdırılmayıb?”, - deyə rus internet mediası soruşur.

Qeyd edək ki, Rus hərbi təyyarələrinin işə yaramazlığı və çağın xeyli gerisində qalması nəinki indi, yaxud 44 günlük müharibə zamanı, hətta ondan xeyli əvvəl məlum olmuşdu. Ovqat.com-un 44-günlük müharibədən bir ay əvvəlki araşdırmalarına görə, Hindistan Rusiyadan aldığı təyyarələri texniki nasazlığı səbəbilə geri qaytarmış, əslində Ermənistana verilən də elə həmin “bahalı çərpələnglər” idi.

Yazımızda bildirilirdi ki, Hindistan Hərbi Hava Qüvvələri 1998-ci ildə Rusiya Federasiyası ilə 40 ədəd Su-30 qırıcısını almaq barədə müqavilə imzalayıb. Üzərindən xeyli keçdikdən sonra həmin təyyarələri alan Hindistan 2013-cü ildə onlardan 18 ədədi geri qaytarmaq fikrinə düşüb. İmtinanın səbəbi kimi isə sözügedən qırıcıların vektor idarəetmə funksiyasının olmaması göstərilib. Məlumata görə, Hindistan Moskva ilə apardığı uzun danışıqlardan sonra tərəflər, nəhayət, 2019-cu ilin iyul ayında daha müasir Su-30MKİ qırıcların alış-verişi barədə razılığa gəliblər...

Araşdırmalarımız nəticəsində o da məlum olmuşdu ki, Hindistanın almaqdan imtina edib geri qaytardığı təyyarələri Moskva İrəvandan əvvəl başqalarına sırımağa çalışıb. NATO ölkələri ləngliyinə görə “yarımmüdafiəçi” (“fullback) adlandırdıqları bu təyyarəyə, sözsüz ki, pul xərcləməzdilər. Moskva da məcburən müştərilərini 3-cü dünya dövlətləri arasında axtarıb. Geri qaytarılan təyyarələrdən 12-ni Afrika ölkələrindən birinə - Anqolaya 1 milyard dollara sata bilib. 2013-cü ildən 2019-cu ilin sonlarınadək digər Su-30SM-lərini satmağa xam müştəri tapa bilməyib. TASS-ın məlumatına görə, Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rosoboronexport” bu təyyarələri 23-24 oktyabr 2019-cu il tarixində keçirilən Rusiya-Afrika sammitində müzakirəyə çıxarıb. Sammitə 54 Afrika ölkəsinin liderləri dəvət edilib. Təyyarələrin həmin sammitdə satılıb-satılmadığına dair hər hansı məlumat isə yoxdur.

Məlumatların analizi qəribə bir mənzərə ortaya çıxarır. Belə bir ehtimal ortaya çıxır ki, “Rosoboronexport” Afrika sammitində yalnız 2 təyyarəsini digər Afrika ölkələrinə sırıya bilib. Yerdə qalanlarını isə, görünür, Ermənistana göndərib”.

Göründüyü kimi, bir Ermənistanın, bir Anqolanın, bir də Rusiyanın böyük mətah bilib gözünə təpdiyi hərbi təyyarələrin ciddi təchizat problemləri var. Üstəlik, onlar müasir silahlar qarşısında aciz və asan yemdirlər. Hər halda, amerikalı hərbi ekspert Maykl Kofman bu fikirdədir. Onun bildirdiyinə görə, yalnız alçaq təmas döyüşlərində güclü olan rus təyyarələri Çeçenistan və Gürcüstan müharibələrində böyük uğurlar qazansa da, onların Suriyada geniş istifadə olunan MANPADS silahlarına qarşı zəiflikləri ortaya çıxıb. İndi isə həmin rus təyyarələrində GPS cihazlarının belə olmaması həqiqətinin də gün üzünə çıxması Rusiyanın öz hərbi qüdrəti barədə yaratdığı mifi yerlə yeksan edir.//Ovqat.com
14-04-2021, 11:39
Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi
1-03-2021, 13:31
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
22-10-2020, 10:26
Ermənistanda 13 MiQ-29 peyda oldu
15-09-2020, 13:38
Azərbaycan və Türkiyənin hərbi təyyarələri Gəncə üzərində uçacaq
19-12-2018, 14:25
Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
13-12-2018, 14:13
Azərbaycan və Rusiya Baş Qərargah rəislərinin görüşü olub
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU