Əziz Əzizov şəhid ailəsini nə üçün aldadır?
Şəhid ailələrinə dövlət dəstəyi günün əsas reallığı olsa da, bu zəruri halı aşağılayan məmurlar da az deyil. Onlar üçün Vətən sadəcə, bir sözdür, buna görə şəhid ailələri onların maraq həddini aşmır. Heç kim qarant verə bilməz ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun atdığı hazırkı ikrahdoğurucu addımlar da dövlət dəyərlərinə, şəhid adına ləkədən başqa bir şey deyil. Bu fikri demək üçün əlimizdə tutarlı dəlillər var. Neçə müddətdir Birinci Qarabağ müharibəsində canını Vətən yolunda fəda etmiş Hafiz Quliyevin həyat yoldaşı, Suraxanı rayon şəhid Hafiz Quliyev adına küçədə, ev 23, mənzil 14-də yaşayan Əhmədova Şükufə Xancan qızı başına gələn xoşagəlməz halla əlaqədar, eyni zamanda başçının şəhid ailəsinə olan sayğısızlığı ilə bağlı redaksiyamıza müraciət edir, Əziz Əzizov tərəfindən süründürməçiliklərə məruz qaldığını, get-gələ salındığını bildirir. Biz də redaksiya olaraq şəhid ailəsinin səsinə səs vermək üçün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna yollandıq. Başçı ilə qapıda rastlaşdıq. Ona şəhid ailəsinin müraciəti əsasında gəldiyimizi və onunla şəhid ailəsinin problemi barədə bir-iki kəlmə danışmaq istədiyimizi dedik. O isə məmura yaraşmayan əda ilə, özü də çox kobudcasına - olmaz, - deyib cangüdənləri ilə avtomobilinə sarı getdi. Biz yenə də - biz sizinlə şəhid ailəsinin problemi haqda danışmaq istəyirik, - deyəndə, o, bir kəlmə - olmaz, dedim, vəssalam, - dedi və oradan uzaqlaşdı. Hörmətli Prezidentimiz İlham Əliyev az qala özü şəhid ailələrinin qulluğunda durmağa hazır ikən Əziz Əzizov kimi icra başçılarının, dövlət dəyərlərini bir heç sayan məmurların şəhid ailəsinə hörmətsizliyi nədən və haradan qaynalanır, biz deyə bilmərik, bildiyimiz odur ki, Ə.Əzizovun şəhid ailəsinə olan bu sayqısızlığı, başını Vətən qədər dik tutan şəhid xanımını aldatması, onu süründürməçiliyə və get-gələ salması yetişən nəsillərdə Vətən hissini öldürür və onun bu kobud hərəkəti ölkə qanunlarına, dövlətin təmiz adına əməlli-başlı ləkədir. Şəhid Hafiz Quliyev Birinci Qarabağ müharibəsində ona görə canını Vətənə fəda etmədi ki, günün birində Əziz Əzizov adlı bir başçı onun həyat yoldaşını alçaldıcı hallarla üz-üzə qoyacaq, özünün şəhid ruhuna hörmətsizlik edəcək. Bu gün Ə.Əzizov bilməlidir ki, məhz Hafiz Quliyev kimi oğulların sayəsində o, arxayın şəkildə az qala qoçuluq edir.
Bu gün Suraxanı rayonundakı küçələrdən biri Hafiz Quliyevin adını daşıyır. Ə.Əzizov heç olmasa, şəhidə dövlət tərəfindən edilən bu ehtirama hörmət qoymadı. Biz də inanırıq ki, Müzəffər Ali baş Komandan, ölkə prezidenti İlham Əliyv Əziz Əzizovun şəhid ailəsinə olan hörmətsizliyinə, mətbuat nümayəndəsinə olan saymazlığına biganə qalmayacaq, Ə.Əzizovun barəsində ciddi tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəcək. Əslində, Ə.Əzizovun bu hərəkəti elə ölkə başçısının apardığı uğurlu siyasətə zidd olan hərəkətdir.
Biz dedik, nəticəni isə Ə.Əzizov çıxarsın.
Raqif Nazimoğlu
25-03-2021, 17:45
Daha bir şəhid övladının adına 5000 AZN-lik hesab açılacaq
1-03-2021, 10:01
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
3-02-2021, 15:55
Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb
16-12-2020, 11:29
Lənkəranda şəhid və qazi ailələri üçün təsərrüfatlar yaradılıb
4-12-2020, 10:53
Bu gün şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür
30-05-2020, 11:02
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
Dün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Dün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Dün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Dün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Dün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Dün, 11:48
Yağış yağacaq – Bu günün havası
Dün, 11:39
Salah seçimini etdi
Dün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU