KARYERA BOŞLUQLARI,SÜRƏTLİ YÜKSƏLİŞ VƏ CAVABSIZ SUALLAR

Capar.info - Azərbaycanın təhsil idarəçiliyi sistemində son illər diqqət çəkən təyinatlardan biri də 2023-cü ilin oktyabrında baş verib. Eşqi Ələkbər oğlu Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. Bu post təkcə inzibati deyil, strateji əhəmiyyət daşıyır: məktəblər, müəllimlər, şagirdlər və bütövlükdə ümumi təhsil siyasəti bu qurumun qərarlarından asılıdır.Lakin bu təyinatla birlikdə Bağırovun keçdiyi yol da ictimai maraq doğuran sualları yenidən gündəmə gətirib.
Eşqi Ələkbər oğlu Bağırov 1990-cı illərdə anadan olub. 2006–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində bakalavr təhsili alıb. Hüquq diplomu alan minlərlə gənc kimi onun da qarşısında kifayət qədər klassik və açıq yollar var idi: vəkillik imtahanı, məhkəmə sistemi, hüquq-mühafizə orqanları, dövlət qulluğu üzrə testlər və s.
Lakin maraqlı məqam da elə buradan başlayır.
2010-cu ildə universiteti bitirən Eşqi Bağırovun 2014-cü ilə qədər – tam 4 il ərzində harada və hansı əsasla fəaliyyət göstərdiyi haqda Vikipediyasında heç bir məlumat yoxdur.
Normal hüquq təhsili almış, savadlı bir məzun ən azı vəkillik imtahanına hazırlaşar, hüquqi praktikada çalışar, ya da dövlət qulluğuna qəbul üçün imtahan verərdi. Bu baş verməyib.
Nazir dəyişdi, karyera başladı
Mediatv.az xəbər verir ki,2013-cü ildə Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasından sonra, 2014-cü ildə Eşqi Bağırov Elm və Təhsil Nazirliyində İnsan Resursları Şöbəsində məsləhətçi kimi işə başlayır. Açıq qalır sual:Hüquq üzrə yeni məzun, real iş təcrübəsi olmayan bir şəxs hansı meyarlarla Təhsil Nazirliyi kimi strateji bir sahəyə cəlb olunub?Dövlət qulluğuna qəbul imtahanı olubmu, yoxsa daxili təyinatmı?
Daha diqqətçəkən məqam isə odur ki, cəmi 4 il sonra bakalavr diplomu ilə Eşqi Bağırov 2018-ci ildə artıq İnsan Resursları Şöbəsinin müdiri vəzifəsinə yüksəlir.
Bu, on illərlə təcrübəsi olan, dövlət qulluğunda pillə-pillə irəliləyən yüzlərlə mütəxəssisin fonunda suallar doğurmaya bilməz.İnsan resursları – kadr seçimi, qiymətləndirmə, intizam, vəzifə yüksəlişi – dövlət idarəçiliyində ən həssas sahələrdən biridir. Belə bir struktura rəhbərlik üçün hansı real təcrübə və kompetensiyalar əsas götürülüb? Bu suala rəsmi cavab yoxdur. 2019-cu ildə,Təhsil Nazirliyində İnsan Resursları Şöbəsinin müdiri vəzifəsinə təyin olunandan 1 il sonra Eşqi Bağırov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistraturaya daxil olur. 2023-cü ilin oktyabr ayında Eşqi Bağırov Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunur. Bu post təkcə idarəçilik deyil, həm də on minlərlə müəllimin, yüz minlərlə şagirdin taleyinə təsir edən strateji mövqedir.
Bu təyinat fonunda cəmiyyətin verməyə tam haqqı olan suallar var:Təhsil sisteminin kadr siyasəti niyə yenə “sürətli yüksəliş” nümunələri ilə yadda qalır?Hüquq təhsilli, pedaqoji və ya təhsil idarəçiliyi üzrə dərin təcrübəsi olmayan şəxsin bu posta gətirilməsi hansı meyarlara əsaslanıb? Eşqi Bağırovun karyera yolu bir şəxsin uğur hekayəsindən çox, Elm və Təhsil nazirliyinin kadr siyasətində sistemli problemlərin güzgüsü təsiri bağışlayır. Boşluqlarla dolu CV, sürətli və izahsız yüksəliş və cavabsız qalan suallar…
Bu yazı ittiham yox, ictimai hesabat tələbidir. Çünki təhsil sistemində şəffaflıq yalnız şagirdlərdən və müəllimlərdən tələb olunmamalı, qərar verənlər üçün də eyni dərəcədə keçərli olmalıdır. Problem izah olunmayan mexanizmlər, şəffaf olmayan qərarlar və ictimai hesabatın yoxluğudur.
24-02-2025, 22:47
ADY-də yeni təyinat oldu
15-10-2024, 09:30
Kolleclərə direktor müavinləri təyin olunub - ADLAR
27-02-2024, 14:16
Rüşvət alan direktor işdən QOVULDU
15-11-2021, 13:35
Nazirlikdən yüksək vəzifəyə təyinatla bağlı AÇIQLAMA
11-08-2021, 16:37
Mustafa Abasbəylinin vəzifə karyerasında şübhəli məqamlar – O, dövlət postuna necə təyinat alıb?
27-07-2020, 19:33
Yeni Təhsil nazirini yaxından tanıyaq
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu