DTX- dan ŞOK ARAŞDIRMA! Yüzlərlə plastik kart, milyon dollar mənimsəmə - Gömrük generalının BAŞI DƏRDDƏ
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində üzə çıxan nəhəng korrupsiya faktını hazırda Dövlət Təhlükəsizliyi Xidməti araşdır. Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Nizami Məcidovun ünavanladığı 09 iyul 2019-cu il tarixli, DX-03/02-03-709 saylı məktubunda deyilir: "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsinin qərarlarının icrası olaraq Azərbaycan Respublikası Dövlət Gömürk Komitəsinin Bakı Baş Gömürk İdarəsinin 01 yanvar 2016-cı il tarixdən 27 may 2018-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmış və yoxlamanın nəticələrinə dair tərtib edilmiş sənədlər aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir”.
İxa.az xəbər verir ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Nizami Məcidovun cavab məktubundan aydın olur ki, Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı Baş Gömürk İdarəsinin 01 yanvar 2016-cı il tarixdən 27 may 2018-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətini Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsinin qərarları əsasında yoxlayıb.
Həmin yoxlama nəticəsində məlum olub ki, Bakı Baş Gömürk İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəini, yəni 2 630870 (iki milyon altı yüz otuz min səkkiz yüz yetmiş) manatı həmin zaman Baş İdarənin rəisi olan, gömürk xidməti general-mayoru Vüsal Zeynal oğlu Novruzovun plastik kartına köçürüb.
Beləliklə 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömürk İdarəsi, gömürk xidməti general-mayoru Vüsal Novruzovun plastik kartına köçürüb. Bu maliyyə fırıldağının reallaşması zamanı Nazilə Məmmədova özünün plastik kartına 77090 (yetmiş yeddi min doxsan) manat köçürüb.
Bundan başqa Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına 142800 (yüz qırx iki min səkkiz yüz manat), Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manat pul köçürülüb.
Bütün bu məlumatlar Dövlət Maliyyə Nəzarəti Xidmətin rəisi Cavanşir Yusifovun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə 01 may 2019-cu il tarixdə DX-03/02-03-438 saylı məktubda da əskini tapıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə Dövlət Maliyyə Nəzarəti Xidmətin rəisi Cavanşir Yusifovun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə 01 may 2019-cu il tarixdə DX-03/02-03-438 saylı məktubuna cavab olaraq 1000/623 Ş saylı, 20.06.2019-cu il tarixli əmri ilə Bakı Baş Gömürk İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 6-cı bəndinə əsasən tutduğu vəzifədən azad edib və DGK-nin sərəncamına götürüb.
Bakı Baş Gömürk İdarəsinin rəisi Vüsal Zeynal oğlu Novruzovun nəhəng korrupsiya əməlinə isə hansı hüquqi qiymət verildiyi, onun plastik kartına köçrülmüş 2 630870 (iki milyon altı yüz oyuz min səkkiz yüz yetmiş) manatın, eləcə də Nazilə Məmmədova özünün plastik kartına köçürülən 77090 (yetmiş yeddi min doxsan) manatın, Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına köçürülən 142800 (yüz qırx iki min səkkiz yüz) manatın və ən nəhayət Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına köçürülə 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manatın, yəni cəmi 3281280 (üç milyon ikiyüz səksən bir min ikiyüz səksən) manatın taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Bu nəhəng korrupsiya faktında diqqəti cəlb edən əsas məsələlərdən biri də Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına cəmi 142800 (yüz qırx iki min səkkiz yüz) manat, yəni hər birinin plastik kartına orta hesabla 557.8125 manat köçürüldüyü halda, Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına köçürülə 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manat, yəni hər birinin plastik kartına orta 43.052 manat köçürülüb.
Bakı Baş Gömürk İdarəsində işləməyən, ancaq plastik kartlarına 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manat köçürülən şəxslərin general Vüsal Novruzova yaxın şəxs olduqları haqqında iddialar var. Bu iddialara, eləcə də Vüsal Növruzovun əməlinə hansı hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmalar isə hələlik istənilən nəticə verməyib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis vəzifəsini icra edən Nizami Məcidovun məktubunda yoxlamanın nəticələrinə dair tərtib edilmiş sənədlərin aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olduğuna istinad edərək əlavə məlumat almaq üçün bu quruma müraciət etməyi məqsədə müfaviq hesab edir.
İndi söz Dövlət Təhlükəsizliyi Xidmətindir. Dövlət Təhlükəsizliyi Xidmətinə hazırda həm peşəkarlığı, həm də korrupsiya ilə mübarizə aparmaq sahəsində təcrübəsi ilə sələflərindən fərqlənən Əli Nağıyev kimi peşəkar şəxsin rəhbərlik etməsi Bakı Baş Gömrük İdarəsində baş vermiş nəhəng korrupsiyaya qanunvericiliyə uyğun ən sərt tədbirin görüləcəyi ilə bağlı ümidlər yaradır.
22-12-2018, 15:15
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
28-11-2018, 13:19
Azərbaycan ilə Rusiya arasında sərhəd nəzarətinin daha da gücləndirilməsinə dair müzakirələr aparılıb
9-01-2019, 14:14
Gömrük xidmətinin bir neçə əməkdaşı əmək vəzifələrini kobud şəkildə pozduqlarına görə gömrük orqanlarından xaric edilib
27-12-2018, 13:34
Sahibkarlara faiz subsidiyasının verilməsi müddəti uzadıldı
8-01-2019, 14:39
Mərkəzi Bank pilot layihə kimi ibtidai sinif müəllimlərinə təlim keçirib
18-11-2018, 13:33
İcra başçısının yeyintilərinə görə sələmçi maliyyə rəisi təşvişdə - Beyləqan dosyesi...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı