Vətən müharibəsinin 15-ci günü - Ermənistan ordusu geri çəkilməyə məcbur edilir
2020-ci il oktyabrın 11-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on beşinci günü.
Deqiq.info xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Gecə saatlarında Gəncə şəhəri "Skad-B" taktiki əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulur. Düşmənin Gəncəni növbəti dəfə atəşə tutması nəticəsində ümumilikdə 31 mənzil tamamilə dağıdılır, çoxsaylı mülki obyektlərə külli miqdarda ziyan dəyir. Beşi qadın olmaqla 10 nəfər həlak olur. Altısı uşaq, 16-sı qadın olmaqla 40 nəfər yaralanır. Düşmən müharibənin gedişində artıq dördüncü dəfə Gəncə şəhərini bombalamaqla vəhşi, barbar xislətini bir daha ortaya qoyur.
Günün müxtəlif saatlarında isə Mingəçevir şəhəri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalır. Raketlər ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilir.
Ön cəbhədə isə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ordusu düşmənin cavabını yenə də döyüş meydanında verir. Gecə ərzində ordumuzun həyata keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də beş ədəd "T-72" tankı, altı ədəd "D-20" və "D-30" haubitsası, beş ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, beş ədəd "2S1" "Qvozdika" özüyeriyən haubitsası, səkkiz ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası məhv edilir və sıradan çıxarılır. Canlı qüvvə sarıdan da xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da olur.
Erməni silahlı qüvvələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərir. Ancaq qüdrətli ordumuzun çevikliyi sayəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, o cümlədən hərbi texnikası sıradan çıxarılır. Bununla da ermənilərin işğal etdikləri ərazilərdəki əsas qüvvə və ehtiyatlarına ciddi zərbə vurulur. Həmçinin, Hərbi Hava Qüvvələrimiz tərəfindən Ermənistanın 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verərək döyüş meydanından qaçmağa məcbur edilir. Səhər saatlarında isə işğalçı ordunun Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən pilotsuz uçuş aparatı məhv edilir.
Təbii ki, müharibənin on beşinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib
28-10-2022, 11:57
Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan iki il ötür
22-10-2020, 10:15
MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur
13-11-2020, 14:40
Fransa parlamentinin üzvləri Gəncəyə gediblər
27-09-2020, 12:52
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
15-10-2020, 09:11
MN: Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edildi
13-10-2020, 15:43
Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 3 uşaq hər iki valideynini itirib - HESABAT
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı