Ordumuz sovet hərbi texnikasından tam imtina edir? - AÇIQLAMA
Azərbaycan Ordusu bu gün ən müasir silah-sursat, hərbi texinka və avadanlıqlarla təmin edilib. Xüsusilə də, Türkiyə, İsrail və Pakistandan alınan silahlar sayəsində hərbi arsenalımız müasirləşib.
Lakin hələ də bəzi sovet istehsalı silahlar hərbi parkımızda qalmaqdadır. Buna baxmayaraq Azərbaycan dost və müttəfiq ölkələrin dəstəyi ilə Sovet texnikasını müasirləşdirir və yeni imkanlar qazandırır.
Capar.info - ya danışan ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanda SSRİ istehsalı olan texnika çox az qalıb:
"Bütün dünya ölkələrinin silahlı qüvvələrində modernləşdirmə işləri gedir. Bu proses daha çox hərbi-texniki avadanlıqlarla əlaqədardır. Müasir müşahidə, kəşfiyyat, yaxud nişanalma, optik cihazlar və ya başqa funksiyaları olan daha müasir rəqəmsal texnologiya inkişaf etdikdə, bu və ya digər hərbi texnikanın üstündə olan avadanlıqlar da müəyyən formada təkmilləşir. Bununla da istər tank, istər qırıcı, istərsə də hansısa texniki vasitə olsun daha müasir tələblərə cavab verir. Lakin bu texnikaların baza hissəsi var. Azərbaycanda SSRİ istehsalı olan texnika, demək olar ki, çox az qalıb. Hərbi texnikalar daha çox Türkiyə və İsrail, hətta Azərbaycanın öz müdafiə sənayesində istehsal olunan bəzi cihazlarla təmin olunur. Lakin baza hissəsi eyni qalır. Bu, həm təyyarələrə, həm artileriyya raket yayılım qurğularına, hərbi gəmilərə də aiddir. Rusiyada da keçmiş SSRİ-də istehsal olunan çoxlu texnikanın bazası olduğu kimi qalıb. Lakin hansısa avadanlıqlar, digər hissələr dəyişə və daha müasir ola bilər. Azərbaycanda, əlbəttə ki, silahlandırmaya çox referensial yanaşırlar. Burada dünyada olan təcrübə, təlim və döyüşlərdə olan təcrübə, 44 günlük müharibədə olanların bəzi təhlilləri nəzərdən keçirilir. Bundan irəli gələn hansısa qərarlar qəbul olunmaqdadır. Hətta müharibədə hansı ölkədən alınan avadanlıq daha yaxşı özünü göstəribsə, o avadanlığa etibarlılıq daha da artır. Beləliklə də, həmin avadanlıq daha çox istifadə olunur. Bu gün sovet texnikasından imtina etmək və ya onları tam dəyişməyə ehtiyac yaranarsa, belə qərar, əlbəttə, qəbul olunar. Mən deməzdim ki, bütün sovet texnikası necə varsa, elə də qalıb. Amma deyərdim ki, artıq müasir yanaşma Azərbaycanda olan bütün texniki vasitələrdə geniş istifadə edilir. Bu da müharibənin olmasına şərait yaratdı. Təəssüf hissi ilə ona görə deyirəm ki, biz torpaqlarımızı güc yolu ilə azad etməli olduq. Qarşı tərəf masa arxasında, dinc yolla bu məsələni həll etmək istəmədi".
Hərbi ekspert vurğulayıb ki, hazırda Rusiya ilə Ukrayna arasında, eləcə də Yaxın Şərqdə gedən döyüşlər yaxından izlənilir:
"Hərbi sənaye kompleksləri daim axtarışda olur və bu prosesləri izləyib, məlumat toplayır, texnikadan istifadə edən hərbçilərlə sıx əməkdaşlıq edirlər. Məsələn, bu gün Ukraynada kənardan baxdıqda müəyyən texnikaları tor və dəmirdən olan əlavə elementlərlə müşahidə edirik. Bu avadanlıqlar, təbii ki, dronlara qarşı nəzərdə tutulub. Artıq dronların tətbiqi barədə hərbçilərin, eləcə də, təbii ki, hərbi sənaye komplekslərinin tədqiqat aparan heyətləri tərəfindən qərarlar qəbul olunur. Bu da öz effektivliyini göstərir. Bununla bərabər, əlbəttə, zirehli texnikanı, yaxud tankın özünü qoruyan dinamik qurğularla qorunması müşahidə edilir. Artıq yeni qurğular sayəsində atılan raket, artıq yüz metryaxınlaşdıqda tank mərmisi ilə vurulur. Buna baxmayarq, biz Rusiya-Ukrayna müharibəsində görürük ki, tankların üstündə dəmir barmaqlıqlar, torlar və başqa avadanlıqlar var. Hətta xaricdən baxanda anlamaq olmur ki, bu tank, yoxsa hansısa texniki vasitədir. Bütün bu döyüşlər müşahidə olunur və məlumatlar toplanır. Daha sonra toplanan məlumatlar əsasında istehsalın imkanları qiymətləndirilir. Bunun nəticəsində müəyyən qərarlar qəbul edilir və döyüş texnikasına lazımi əlavə avadanlıq, yaxud hissələr əlavə olunur. Azərbaycan Ordusunda istər sovet və Rusiya, istər Türkiyə, istərsə də İsrail istehsalı olan hərbi texnika Azərbaycanın qarşıda qoyulan ordu quruculuğu prosesində effektiv istiqamətlərə görə istifadə olunur. Həmin hərbi texnika və avadanlıqlar müasir tələblərə cavab verir və Ordumuzun qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün effektivdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin ordu quruculuğunda müasir prinsip yanaşmaları və modern silah-sursat, hərbi texniki vasitələrlə Ordunun silahlandırmasının nəticəsi olaraq, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatları özünü doğrultdu. 44 günlük müharibə zamanı qazanılan qələbənin tədiqat və təhlilinin davamı olaraq, öz yerli hərbi-texniki istehsalımızla yanaşı, istər Türkiyə və İsrail, istərsə də digər ölkələrlə hərbi-texniki əməkdaşlıq edirik. Azərbaycanda olan silah-sursat və texnikanın təkmilləşdirilməsi daim diqqət mərkəzindədir və proses demək olar ki, dayanmır. Azərbaycan öz ehtiyaclarından irəli gələrək lazımi qərarlar qəbul etməkdədir".
3-05-2021, 10:15
Bu baxımdan ABŞ və İsrail Azərbaycanla müqayisə oluna bilməz - HƏRBİ EKSPERT
11-05-2020, 16:41
İlham Əliyev: “Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb”
18-11-2018, 13:27
Musabəyov: Bakı və Minsk birlikdə hərbi texnika istehsal edə bilər
14-08-2024, 14:30
Badaber düşərgəsi: Sovet əsirlərinin əfqan mücahidlərinə qarşı ən böyük üsyanı
19-01-2021, 10:11
Azərbaycanın pilotsuz uçuş aparatları müasir müharibələrin strategiyasını dəyişdi
28-02-2023, 10:30
Qazaxıstan MN: Ukraynaya hərbi texnika göndərilməyib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı