5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR.

Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur
Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.
Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
“Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
Xalq arasında deyilir ki , müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib.
Azərbaycanda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz müəllim kadrları hazırlamaq sahəsində böyük təcrübəyə malikdir.
Son statistikaya görə, ölkədə 4546 təhsil müəssisəsində 1 milyon 700 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 166 min 764 nəfər pedaqoji işçi məşğul olur. Uşaqlarımızın təhsil və tərbiyəsi ilə məşğul olan bu insanların əməyi bir də ona görə çox əhəmiyyətlidir ki, onlar müstəqil Azərbaycanımızın gələcəyinin qurucularını hazırlayırlar.
Ancaq ölkədə pedaqoji kadr çatışmazlığı ilə bağlı problem hələ də qalmaqdadır. Bu gün ucqar rayonlardakı dağ kəndlərində belə problemlər var.
Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.
Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.
MÜƏLLİM – bu sözdən müqəddəs nə ola bilər?! Çoxlarımız fikirləşib deyərik ki,yalnız “Ana” və "Vətən" kəlmələri!
Amma, daha dərindən fikirləşsəniz anamız bizi dünyaya gətirib ilk addım atmağı, ilk sözləri deməyi öyrədibsə, müəllimlərimiz də ağ vərəqlər üzərində ilk dəfə “Ana, Ata, Vətən,” kəlmələrini yazmağı öyrətmiş, onların mənasını açıqlamış, bizə uzaq ulduzların sirrini açmış, tariximiz və keçmişimizlə tanış etmişdir. Onlara da Anamıza olan eyni ehtiram və sevgi ilə yanaşmağımız düz olmazdımı?
Onları sıralamamalıyıq, birinci və ikincilərə bölməməliyik.
Hər il 5 oktyabr 100-dən çox ölkədə Beynəlxalq Müəllim günü (World Teaches' Day) qeyd edilir. Bu bütün müəllimlərin, təhsil sistemi işçilərinin peşə bayramıdır.
Müəllimlərin sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və dəyərli xidmətini azacıq da olsa qiymətləndirmək üçün bu bayram bir vasitədir.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər.
Biz də bu bayramın sevincini onlarla bir hiss edərək Əziz Müəllimlərimizi təbrik etmək istəyirik.
Həm orta və ali məktəbdə mənə savadlı olmağı, daim öyrənməyin və öyrətməyin necə gözəl bir şey olduğunu başa salan, elmə, təhsilə
ürəyimdə sevgi yaradan müəllimlərimi, həm də həyatın çətin yollarını keçməkdə, pisi yaxşıdan ayırmaqda , səbrli olmaqda mənə yol göstərən, həm sevincli, həm də kədərli anımda daim yanımda hiss etdiyim əziz müəllimimi, onların simasında bütün müəllimləri bu bayram münasibətilə təbrik edirəm və əziyyətlərinə görə minnətdarlığımı bildirirəm.
Sizlər üçün yaxşı tələbə ola bilmişəmsə nə xoşbəxtəm.
Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan həyatım boyu borclu olduğum bütün müəllimlərimi və onların şəxsində əsl müəllim adına layiq olan bütün müəllimləri təbrik edirəm!
Bayramınız mübarək!
Xəyalə İbrahimli
Capar İnfo saytnın sədir müavini








10-05-2020, 11:55
Allah ümummilli lider Heydər Əliyevin ruhunu şad etsin!
12-12-2018, 15:25
Gənc nəsil ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir
30-09-2020, 12:02
Peşə məktəblərində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
7-05-2022, 15:41
“Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq” - RƏY
19-04-2020, 22:19
Dünyanın ən iri hava gəmisi Bakıda eniş etdi
5-12-2018, 15:50
Yasamal Rayon Mərkəzi Kitabxanası ulu öndər Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinə start verib
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı