Bakıda Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirildi - FOTO
Gündəm / Siyasət
Oxunub: 349
12 Ekm 2022 | 20:28
Bakıda Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirildi - FOTO
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Azərbaycanda vergi islahatları üzrə texniki yardım” mövzusunda icra olunan layihə çərçivəsində Dünya Bankının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Xidmətdən verilən məlumata görə, nümayəndə heyətinə Bankın dövlət sektoru üzrə aparıcı mütəxəssisi və tapşırıq qrupunun rəhbəri Raul Feliks Xunkera Varela rəhbərlik edir.

Görüş zamanı DVX rəisi Orxan Nəzərli “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” çərçivəsində 2018-ci ildən qurulmuş birgə əməkdaşlığın hazırda uğurla davam etdirildiyini, layihənin vergi inzibatçılığının cari vəziyyətinin qiymətləndirilməsində səmərəli olduğunu vurğulayıb. Bildirib ki, həyata keçirilən qiymətləndirmələr vergi inzibatçılığının keyfiyyət artımı üçün istifadə ediləcək.

Dünya Bankının nümayəndə heyətinin rəhbəri Raul Feliks Xunkera Varela layihə çərçivəsində işlərin davam etdiyini bildirib. Qeyd olunub ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım proqramının ilk iki mərhələsində əvvəlcə “Tax Diamond” platformasının “Vergi inzibatçılığının funksional qiymətləndirilməsi” modulu əsasında vergi inzibatçılığının 12 fəaliyyət istiqaməti, ikinci mərhələdə isə BPR (Business Process Reengineering) platformasının “Biznes proseslərinin qiymətləndirilməsi” modulu üzrə 5 fəaliyyət istiqaməti qiymətləndirilib. Əldə edilmiş nəticələr əsas götürülərək, 2020-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulan layihənin müddəti qarşılıqlı razılaşma əsasında uzadılıb. Hazırda yeni bir mərhələ olaraq İKT idarəçiliyinin qiymətləndirilməsi (Core ICT Governance Assessment) layihəsinin icrasına başlanılıb.

Orxan Nəzərli diqqətə çatdırıb ki, layihənin növbəti mərhələsi DVX rəhbərliyi tərəfindən diqqətlə izlənilir və qurumun informasiya texnologiyaları sahəsinin 14 meyar üzrə qiymətləndirilməsi prosesinə xüsusi önəm verilir. Qeyd olunub ki, məlumat bazalarının idarə edilməsi, təhlükəsizlik, kommunikasiya infrastrukturu, sistemlərin inteqrasiyası, proqram mühəndisliyi təcrübələri, proseslərin idarə olunması, məlumat və informasiya mübadiləsi prosesləri ilə bağlı qiymətləndirmənin nəticələrinə əsasən, təkmilləşdirilməsi nəzərdə tutulan iş prosesləri üzrə artıq müvafiq fəaliyyət planı hazırlanıb.

Raul Feliks Xunkera Varela bildirib ki, budəfəki səfərdə əsas məqsəd İT sahəsində icra edilən layihə çərçivəsində işlərin təqdim olunması, risk menecmenti sahəsində əməkdaşlığın qurulması ilə bağlı təkliflərin verilməsi və texniki yardım layihəsinin ümumi iş planının müzakirəsindən ibarətdir.

Görüşdə maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər geniş müzakirə edilib.
6-05-2021, 13:30
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
16-12-2021, 20:48
QHT-lərə Dövlət Dəstəyi Agentliyində İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib (FOTO)
18-12-2018, 13:38
Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsraildə gömrük-buraxılış məntəqəsinin iş prinsipi ilə tanış olub
13-11-2020, 15:05
Rusiya nümayəndə heyəti Ankaraya gəlib
16-04-2021, 10:36
İtaliya nümayəndə heyəti Ağdam şəhərində səfərdə olub
14-04-2021, 10:10
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı