Fəxrəddin Altun: Türkiyənin haqlı tezislərini görməzdən gəlməyə çalışanları narahat etməyə davam edəcəyik
Dünya
Oxunub: 228
21 Ağu 2020 | 14:33
Fəxrəddin Altun: Türkiyənin haqlı tezislərini görməzdən gəlməyə çalışanları narahat etməyə davam edəcəyik Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin müstəqilliyinə, beynəlxalq haqq və hüquqlarına təcavüz edən cəhd və iddialara qarşı aparılan mübarizəni Dəmirörən xəbər agentliyinə şərh edib.
-Co Baydenin açıqlamaları son günlərin ən çox müzakirə olunan gündəm mövzusu oldu. Sizcə bu açıqlamaları bu qədər əhəmiyyətli edən nə idi?
-Müstəqillik türk millətinin xarakteridir. Beləki, geridə qoyduğumuz 100 ildə ən çox qiyamçılarla və qəyyum mərkəzləri ilə mübarizə aparmışıq. Qurtuluş savaşından 15 iyula qədər müstəqilliyimizə nə vaxt qəsd edilibsə bir olmuşuq.
Co Baydenin ifadələri Türkiyə üçün buna görə əhəmiyyətlidir: 15 iyul xain dövlət çevrilişi cəhdi zamanı uniformalı terrorçuların təlimat aldığı terrorçu lider Amerika Birləşmiş Ştatlarındaydı. Bu kritik dövrdə ABŞ-ın vitse-prezidenti vəzifəsində olan bir siyasətçinin ağzından Türkiyə siyasətini dizayn etmə niyyətinin etiraf edilməsi çox böyük bir hadisədir.Digər tərəfdən bu etiraf Amerika quruluşunun əslində hamının bildiyi ikiüzlülüyünü yenidən təsdiq etmişdir. İllərdir Rusiyanın prezident seçkilərinə müdaxilə etdiyini iddia edənlər indi başqa bir ölkənin daxili siyasətinə müdaxilə edəcəklərini bəyan edirlər.
Tariximizdə bu cür cəhdlər hər zaman Türkiyənin müstəqilliyini və suverenliyini müdafiə edən liderləri hədəf almışdır. Mərhum Adnan Menderesdən rəhmətlik Turqut Özal və Nəcməddin Ərbakana qədər millətin maraqlarını başqalarının maraqlarından üstün tutanlar hədəf olmuşdur. Biz dövlətimizi, liderimizi, müstəqilliyimizi heç kimə qurban vermədik. Bundan sonra da qurban vermərik.
-Ərdoğana qarşı hücumların arxasında müstəqillik iradəsinə sahib çıxması ola bilərmi?
-Əlbəttə. Cənab Prezidentimiz Türkiyəni birilərinin oyunlarına alət etsəydi, hüquqlarımızın qəsb olunmasına, terror dəhlizlərinə, muxtariyyət sınaqlarına göz yumsaydı, çox rahat bir iqtidar dövrü keçirərdi. O yolu seçsəydi, bu gün özünə hər fürsətdə hücum edən qərb mediasından təriflər alardı. Ancaq o, yalnız millətin təqdirinə və sevgisinə sahib oldu. Birilərinin bundan narahat olması son dərəcə təbiidir.
Baydenin açıqlamalarına gəlincə, ilk növbədə hədəfdəki müstəqillik iradəsinin necə təcəssüm etdiyinə, Türkiyənin maraqlarının harada olduğuna baxmaq lazımdır. Həm ölkə xaricində, həm də daxilində biriləri "ağzımızın dadı qaçmasın" düşüncəsi ilə ölkəmizin idarə olunmasını istəyir. Hərkəs "Suriyada, Liviyada, Aralıq dənizində, hətta Kiprdə nə işimiz var"? deyənləri çox yaxşı tanıyır. Türkiyə yenidən asılı bir ölkə halına gələrsə, hər şeyin güllük gülüstanlıq olacağına inananlar var. Halbuki dostluq və müttəfiqlik başqa,asılı olmaq başqa şeydir. Siz özünüzə hörmət etməsəniz, heç kimdən hörmət gözləyə bilməzsiniz.
Cənab Prezidentimiz millətə unutdurulmağa çalışılan bu özünəinamı yenidən aşılamışdır. Məhz bu səbəblə Ərdoğanın şəxsinə edilən hücumların əslində Türkiyəyə, müstəqilliyimizə edildiyini görməliyik. Məhz bu səbəbdən Bayden Ərdoğanın devrilməsiylə Türkiyənin yola gətirilməsini bir tutur.
- Baydenin sözləri buna görə bu qədər vacibdir?
- Bəli.Baydenin sözlərinin bu qədər reaksiya almasını normal hesab edirəm. Türkiyə artıq dünyanın bir ucunda bir sıra qapalı görüşlərdə hansısa formaya salına biləcək bir ölkə deyil.Bunu istəsələrdə, istəməsələrdə öyrənəcəklər.
- ABŞ prezidentliyinə namizədin çıxışında sizi ən çox narahat edən məqam nə oldu?
- Bu çıxışdan narahat olmayan birinin vətənpərvərliyindən şübhə edilməlidir.Mən ən çox müxalifət partiyalarını dəstəkləyən vətəndaşlarımız üçün təəssüfləndim.Əsgərimizi,polisimizi,hətta övladlarımızı şəhid edən PKK terror təşkilatına dövlətcik qurmağa çalışan bir dövlətin prezidentliyə namizədi Türkiyəni təsirsiz hala gətirmək üçün müxalifətə dəstək olacaqlarını söyləyir.Müxalifət partiyalarımız ABŞ-a belə bir siqnal verirsə,bundan yalnız xəcalət duyula bilər.
- Bayden öz çıxışında belə deyir: “Ərdoğanı çevrilişlə deyil, seçki yolu ilə devirməliyik”. Bu sözlərdən nə başa düşülməlidir?
- Xalqımızın 15 iyul tarixində prezidentimizin liderliyi ilə tarix yazdığı başa düşülməlidir. ABŞ-ın on illərdir bütün dünyada dövlət çevrilişləri həyata keçirdiyini öz rəsmi qeydlərindən bilirik. Nəticə etibarı ilə, “çevriliş deyil seçim”ifadəsi əsasən Türkiyədə iktidarın ancaq seçimlə dəyişdirilə biləcəyinin qəbul edilməsidir. Bu seçimin yox, məcburiyyətin ifadəsidir. Bu, Gəzi Parkı hadisələrindən, hətta7 fevral böhranından bəri prezidentimizin qətiyyətinin və millətimizin dəstəyi ilə aparılan mübarizənin nəticəsidir. 15 iyulda tankların qarşısında özlərini sipər edən millətin qələbəsidir.
- Çıxışla bağlı reaksiyalar haqqında nə düşünürsünüz?
Əksi düşünülə bilməz. Bu çıxışa“amma,lakin” demədən qarşı çıxmayan kimsə özünü müstəqillik tərəfdarı,anti-imperialist və ya vətənpərvər adlandırmamalıdır. Kənd sakinlərindən tutmuş şəhər sakinlərinə qədər, uşaqlardan tutmuş yaşlı insanlara qədər hamı bu sözlərin nə demək olduğunu çox yaxşı bilir.Bizim nə qlobal qəyyum mərkəzlərinə nə də onların əlbirlərinə veriləcək bir qarış torpağımız,bir tikə çörəyimiz var.
- Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin CNN İnternational-a müsahibəsi zamanı sizin bəyanatınız oxundu. Bu proses necə baş verdi?
- Bizim hər bir platformada Türkiyənin haqqını, hüququnu müdafiə etmək kimi bir məsuliyyətimiz var. Dünyanın aparıcı təşkilatları ilə daim əlaqə saxlayırıq. Yunanıstan baş nazirinin müsahibəsi barədə məlumat aldıqdan sonra dərhal kanala açıqlama göndərdik. Burada tezislərimizi əsas yönləri ilə izah edərəkteleviziya kanalında oxunmasını istədik. Nəticədə Christiane Amanpour tərəfindən Türkiyənin açıqlaması olaraq oxundu. Türkiyənin həmişə sülh və dialoq tərəfdarı olduğunu, ancaq nə öz hüquqlarımızın, nə də Kipr türklərinin hüquqlarının pozulmasına imkan verməyəcəyimizi açıq şəkildə nümayiş etdirdik. Burada əsas məsələ bəynatın altında kimin adının olması deyil, heç kimin dünyanın ən böyük kanallarından birində Türkiyənin arxasından danışa bilməyəcəyini göstərməkdir. Türkiyənin haqlı tezislərini görməzdən gəlməyə çalışanları narahat etməyə davam edəcəyik.
16-07-2020, 13:12
Vaşinqtonda Azərbaycan diplomatları Türkiyəyə dəstək ifadə ediblər
2-07-2020, 11:55
Ərdoğanın sosial şəbəkə ilə bağlı açıqlaması gündəm oldu
6-12-2018, 16:34
"Fəxrəddin Manafov birdəfəlik getdi"
19-08-2020, 12:12
XİN: Azərbaycan Türkiyənin beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir
28-05-2020, 12:52
“Yaxın vaxtlarda görəcəksiniz” – Ərdoğandan kritik açıqlama
20-06-2020, 12:06
Rayonlara getməyə cəhd edən 5000-ə qədər maşın geri qaytarıldı - DYP
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı