Kamil Zeynallının insanlıq həqiqəti
Cəmiyyət
Oxunub: 278
30 Haz 2021 | 11:57
Kamil Zeynallının insanlıq həqiqəti Həqiqətin tərəfdarları az olur. Çoxları həqiqəti yalnız kənardan tərifləyir. Digərləri yalnız təhlükə olmadıqda onun ardınca gedirlər, sonra isə ondan açıq-aşkar üz döndərirlər, hiyləgərlər isə özlərini sədaqətli və həqiqət, düzlük, haqq - ədalət keşikçisi kimi göstərirlər.
Əsil həqiqət tərəfdarları isə tərəddüd etmədən, hətta onu gözləyən təhlükəni belə qorxmadan haqq- ədalətin, həqiqətin ardınca gedirlər...
Bu cür sınaqlarda belə insanlara çona dönük çıxanlar çox olur. Hiyləgərlər təmtəraqlı söhbətlər zamanı yüksək vəzifəli şəxslərin maraqlarına toxunmamaqdan ötrü, yaxud özünə yer eləməkdən ötrü həqiqətdən imtina edirlər.
Ancaq safürəkli ərlər saxtalıgı, süniliyi həqiqətə qarşı xəyanət kimi qəbul edirlər. Beləlıri öz uzaqgörənliyi ilə yox, mətanəti ilə daha çox fəxr edirlər və həmişə də həqiqətə sədaqətli olurlar.
Bu oçerkdə haqqında söz açdığım,sizlərin hamınızın yaxşı tanıdığınız Kamil Zeynallı da həqiqətpərəstlik nümunəsidir.
Kamil Zeynallı (Kamil Heybət oğlu Zeynallı) 6 yanvar 1985-ci ildə Göyçay rayonunda doğulub. İbtidai təhsilini Göyçayda 2 saylı məktəbdə oxuyub. Daha sonra Bakıda 47 saylı məktəbdə təhsilini davam etdirib. Orta təhsilini 193 saylı məktəbin nəzdində axşam məktəbində başa vurub. Özünün müsahibələrindən birində dediyinə görə, məktəb vaxtı dərslərini oxusa da, dəcəlliyinə görə iki il sinifdə qalıb. Bəlkə də hiperaktivliyinə səbəb idmanla məşğul olmasıymiş.
Füzuli bölgəsində hərbi xidmətdə olub. Amma onu tək böyütmüş anası narahat olmasın deyə aldadıbmış ki, bəs nisbətən az təhlükəli olan Naxçıvanda əsgərlik edir. Anası xeyli sonra həqiqəti başa düşüb.
Dava-dalaşda iştirak etdiyinə görə, həbsə də düşüb Kamil. Onun əyri yola düşməsi üçün hər cür zəmin varmış olduğu mühitdə. Lakin iradə gücü ilə, eləcə də ondakı işığı görən sadiq dostların köməyi ilə idmandan möhkəm yapışıb və nəhayətdə tanınmış fitnes məşğçisi olub. Zəhmətsevərliyi və təlqin məharəti sayəsində sənətçiləri, reperləri, müğənniləri, aktyor və aktrisaları fitnesə cəlb etməyi bacarıb. Perspektivi nəzərə alıb İdman Akademiyasını da oxuyub.
Kamilin insanpərvər xüsusiyyətləri pandemiyanın pik vaxtında üzə çıxdı. İmkanlı şəxsləri tətbiq olunan məhdudiyyətlər səbəbindən iş yerini itirən imkansız vətəndaşlara kömək etməyə, bununla da sosial problemlərin həllində dövlətə tərəf müqabili olmağa çağıran Kamil Zeynallı özü bu müstəvidə şəxsi nümunəvi təşəbbüslər göstərərək kasıb insanlara dəstək oldu, lazımi ünvanlara müxtəlif sovqatlar çatdırdı. O və çağırışına hay verənlər fəqir-füqəraya ərzaqla yanaşı məişət əşyaları və avadanlıqları, əlil arabaları, dərmanlar payladılar. Onun çagırışıyla evsizlərə ev tikənlər, torpaq hədiyyə edənlər də oldu. Telefonuna, feyzbuk profilinə, instaqram direktinə gün ərzində yüzlərlə, minlərlə imdad diləkləri daxil olurdu Kamilin. Beləliklə, Kamil həm də sosial şəbəkə fenomeninə çevrildi. Artıq səsi-sorağı ölkəmizin hüdudlarını aşdığından, onun profillərini ermənilər şikayət etdilər, ölümlə də hədələdilər, bu səbəbdən bir müddət instaqram səhifəsi bağlı da qaldı.
Düşmənə sonsuz nifrət bəsləyən Kamil Zeynallı hələ keçən ilin yayında Tovuz istiqamətində gedən döyüşlər zamanı adaşı Kamil Musəvi ilə birlikdə cəbhə bölgəsinə gedərək şəhid ailələrini ziyarət etmişdilər. Atışma başlayanda gecədən səhərə kimi Tərtərdə, Ağdamın kəndlərində olmuşdular. Əsgərlərin qarşısında çıxış da etmişdilər.
Kamil deyir ki, xalqa elədiklərinin müqabilində dövlətdən vəzifə, kreslo güdmək naqislikdir. O etiraf edir ki, yardımlar paylayarkən, bəzən hissə qapılaraq karantin qaydalarını pozub da. Çünki ilk vaxtlar virusun oldugina elə də inanmayıb. Hətta qızını da özü ilə gəzdirib ki, uşağa kasıbların nə çəkdiyini göstərib mərhəmət hissi aşılasın.
Qəhrəmanla dostlaşmaq qəhrəman xas cəhətdir. Belə əsrarəngiz yanaşma öz-özünə yaranmasa, heç bir inadcıl səy onun doğulmasına kömək edə bilməz. Bu sirli və gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir.
Kamil Zeynallı Vətən müharibəsi dövründə qəhrəman əsgər və zabitlərimizin yanında oldu onların şücaətini vəsf etdi. Onun şəhid Xudayar Yusifzadəyə rəğbətinin ifadəsi olaraq yazdığı ürəkürpədici sözləri yada salaq: "Sən necə də gözəl insan imişsən, necə nurlu üzün, siman, gözəl səsin, avazın, söhbətlərin varmış. Ömrüm boyu unutmaram sənin mənə təşəkkürünü, unutmaram sənin batıq yanaqlarını, əziz qardaşım. Allah qismət eləsin, səninlə axirətdə görüşüm, şəhidim! Mən ölümü ona görə sevirəm ki, o biri dünyada sənin kimi qardaşlarımla görüşəcəm, əgər qismətim olsa... Görüşmək ümidi ilə, Allah sənə də, mənə də rəhm və rəhmət eləsin, əziz qardaşım".
Kamil Zeynallı Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə hər iki ayağını itirən kapitan Polad Rzayevin evində olub qazimizin ayaqlarından öpəndə də hər kəsin qəlbini riqqətə gətirmişdi.
Kamil təkcə imtiyazlı kateqoriyadan olan insanların deyil, ümumiyyətlə, haqqı tapdalanan, hüquqları pozulan hamının müdafiəsinə qalxır, cəmiyyətdə rast gəlinən eybəcərlikləri qamçılayır, insanlara yuxarıdan aşağı baxan, istismarçılıq yolunu tutan şəxsləri tənqid edir. Yadımdadır, o, bir dəfə KİV-ə verdiyi müsahibədə işə qəbul məsələsində gənc, xarici görünüşü cazibədar olan xanımlara üstünlük verən, fiziki qüsurlu adamları isə yaxına buraxmayan şirkət sahiblərini sərt tənqid etmiş, hətta onları şərəfsiz adlandırmışdı: “İş adı ilə çağırırlar, baxırlar xarici görünüşünə, sonra da axşam zəng edib görüşə dəvət edirlər. İşi qurursansa, kişi kimi qur və idarə et. Bu xarici görünüş sənə nə verəcək? Axı, o sənin işini apara bilməyəcək. Xarici görünüşü xoş olmasa da, işini mükəmməl bacaran istedadlı insanlar çoxdur”.
Kamili yaxından tanıyanlar yaxşı bilirlər ki, onun yanında oldunsa, dostluğun, dostluğa ləyaqətin mütləq sədaqət detektorunda ölçüləcək. Onunla bir yerdəsənsə, gözə almalısan ki, o, rastlaşdığınız üçüncü şəxsə qafil dediyi sözlə, elədiyi qeyri-ordinar jestlə sürpriz təsir bağışlaya bilər. Və bu söz həmin o ümumi tanışınızı (və onunla birgə səni) məmnun da edə bilər, məyus da. Amma arxayın olun ki, o sürpriz mütləq və mütləq həqiqətin təntənəsi olacaq. Düz söz isə heç də həmişə şirin olmur. Sadəcə, palaza bürünüb elnən sürünənlər və son məqsəd kimi elin yuxarı başındakı xalçaya doğru irəliləyənlər, adam olub adamlara qoşulanlar və uzaqbaşı adamlara böyüklük etməyi qarşıya məqsəd qoyanlar Kamil Zeynallının İnsanlıq həqiqətini anlaya bilməzlər. Kamili ancaq Kamil kimi olanlar, Kamil təbdə, Kamil xislətdə olanlar anlaya bilər...

Nüşabə Əhməd

Kamil Zeynallının insanlıq həqiqətiKamil Zeynallının insanlıq həqiqətiKamil Zeynallının insanlıq həqiqətiKamil Zeynallının insanlıq həqiqəti
4-09-2020, 15:31
Gülay Kamildən boşanmasından danışdı: "Belə də olmalı imiş"
25-08-2020, 11:53
"Rəhbərin mənəvi haqqı olmalıdır ki..." - İlham Əliyev
14-07-2020, 12:11
Namiq şou əhlini qınadı:"Camaata qıcıq verirsiniz"
29-04-2021, 10:28
Tarixi həqiqəti təhrif edib siyasi manipulyasiya xidmət edən “soyqırımı” - Deputat
10-06-2021, 12:04
Ermənistanda seçkiqabağı qarışıqlıq: Paşinyanla Koçaryan tərəfdarları arasında toqquşmalar olub
4-08-2020, 17:48
"Vətəndaşlar işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı