Vaksin olunanların metrodan istifadəsinə şərait yaradılsın - TƏKLİF
Cəmiyyət
Oxunub: 340
9 Nis 2021 | 11:59
Vaksin olunanların metrodan istifadəsinə şərait yaradılsın - TƏKLİF Koronavirusdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. İnsan vaksin olunmaqla virusun ona yaradacağı təhlükələrdən özünü qorumuş olur.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, beynəlxalq təcrübəyə əsasən vaksinasiya olunmuş insanların əlavə üstünlüklər əldə etməsi mümkündür:
“Bildiyiniz kimi bir sıra ölkələr artıq ərazisinə giriş üçün vaksin olunmağı şərt kimi qoyur. Məsələn, Səudiyyə Ərəbistanının yeni qərarına əsasən, Həcc ziyarətinə getmək istəyənlər mütləq vaksinasiya olunmalıdır. Bir sıra ölkələrdə vaksinasiya olunmuş insanlara ölkədaxili hərəkətdə də sərbəstlik verilir. Bu baxımdan Azərbaycanda da bu cür qaydaların tətbiq olunması məqbuldur. Bu gün karantin qaydalarının yenidən tətbiq edilməsi ehtimalı insanları çox narahat edir.
Çünki əgər məcburiyyət qarşısında sərt karantin tətbiq olunarsa, insanlar yenə də müəyyən şərtlər daxilində, o cümlədən SMS vasitəsilə evdən çıxmalı olacaqlar. Lakin tam vaksin olunmuş insanlar bu cür qadağalardan azad oluna bilərlər. Ona görə də hər bir vətəndaş bu üstünlüklərdən faydalana bilmək üçün vaksinasiya olunmalıdır. Hesab edirəm ki, hər bir vətəndaş vaksinasiyanın ciddiliyini qəbul etməli və vaksinasiya olunmalıdır.
Vaksinasiya ilə bağlı şayiələrə inanmaq lazım deyil. İndi insanlar şayiələrə inanaraq hesab edirlər ki, hansısa vaksin yaxşıdır, hansısa vaksinin fəsadları var. Bu məsələdə ancaq peşəkarların sözlərinə qulaq asmalıyıq, şayiələrə inanmamalıyıq. Əgər bu bəladan qurtulmaq istəyiriksə, vaksin olunmalıyıq. Yəni vaksin olunmaqla biz həm özümüzü koronavirusdan etibarlı şəkildə qoruyuruq, həm də qadağalardan uzaq durmaq imkanı əldə etmiş oluruq”.
Deputat həmçinin vaksin olunmuş şəxslərin metroya girişinin də sərbəst olması təklifi ilə çıxış edib. O qeyd edib ki, bu gün Bakıda sərnişin sıxlığının aradan qaldırılması üçün metronun açılmasına ciddi ehtiyac var, lakin metroda yoluxmaya münbit şərait olduğu üçün hələki onun fəaliyyətini bərpa etmək olmur: “Düzdür bu gün Bakı Nəqliyyat Agentliyi kifayət qədər yaxşı işləyir. Lakin metronun işləməməsi istər-istəməz sıxlığın yaranmasına səbəb olur. Ancaq gələcəkdə yalnız vaksin olunmuş şəxslərin buraxılması şərtilə metronun fəaliyyətinin bərpa edilməsi mümkün ola bilər, yəni tam vaksinasiya olunmuş şəxslərin metrodan sərbəst şəkildə istifadə etməsi üçün şərait yaradıla bilər. Hesab edirəm ki, insanlar vaksinasiya prosesində aktiv iştirak etməli, vaksin olunanların sayı artmalıdır ki, bu cür qərarların qəbul edilməsi üçün şərait yaransın”.
11-03-2021, 17:17
Koronavirus artmaqda davam etsə, yenidən çətin vəziyyətlə üz-üzə qala bilərik - AÇIQLAMA
9-03-2021, 11:35
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
9-03-2021, 10:45
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
2-03-2021, 10:59
Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
1-03-2021, 13:38
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
7-12-2020, 10:48
Azərbaycan Türkiyə ilə birlikdə vaksin əldə etmə imkanlarını müzakirə edib
Dün, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
Dün, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
Dün, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı