Ermənistan “Bayraktar”lar əldə edə bilər - NƏ BAŞ VERİR?

Avqustun 5-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçiyə gedəcəyi haqda məlumat verilib. Səfər ərəfəsində Ərdoğan bəzi maraqlı açıqlamalar verib. Türkiyəyə Rusiyada “Bayraktar” istehsal edən ortaq zavod tikmək barədə Putinin ona təklif verməsi barədə açıqlama da eyni qəbildəndir. Bəs Ankara Rusiyada pilotsuz uçuş aparatlarının birgə istehsalına razılaşarmı?
“Rusiya Türkiyəyə ”S-400" raketləri satıb. Moskva ilə Ankara arasında bu raketlərin Türkiyə ərazisində birgə istehsalına dair razılaşma da var. Bu razılaşma varkən Ankaranın Moskvanın pilotsuz uçuş aparatlarının birgə istehsalına “yox” deməsi çətindir".
Bu ehtimalı politoloq Elxan Şahinoğlu irəli sürüb.
“Ancaq mümkün razılaşma Türkiyə-Ukrayna münasibətlərində gərginlik yarada bilər. Digər tərəfdən Rusiyanın ”Bayraktar’’lar əldə etməsi Azərbaycanın da maraqlarına cavab vermir. Kim zəmanət verə bilər ki, Rusiya “Bayraktar”lar əldə etdikdən sonra bu dronları strateji müttəfiqi Ermənistana ötürməyəcək?", - deyə o qeyd edib.
“Bayraktar” şirkətinin rəhbəri Haluk Bayraktar isə CNN-ə demişdi ki, şirkət Rusiyaya bu dornları satmağa hazırlaşmır. Yada salaq ki, kapitulyant ölkə Hindistan dronlarına da maraq göstərir.
“Türkiyə hələlik Rusiya ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı ilə bağlı mümkün əməkdaşlıq məsələsini nəzərdən keçirmir”.
“Hürriyet” qəzeti bu barədə Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmail Demirə istinadla məlumat yayıb.
“Bunun baş tutub-tutmayacağı barədə bir söz deyə bilmərəm. Hazırda gündəlikdə belə bir planımız yoxdur və bu istiqamətdə heç bir iş aparılmır. Proses Türkiyənin siyasəti çərçivəsində formalaşır, biz yalnız onun texniki tərəfləri ilə bağlı işlər görürük”, - deyə İsmail Demir Rusiya ilə PUA sahəsində əməkdaşlığın mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman bildirib.
CNN Türk telekanalının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin iyulun 19-da Tehranda keçirilən görüş zamanı guya türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana “Baykar” PUA-larının istehsalı sahəsində əməkdaşlıq təklif edib. “Baykar” kompaniyasının rəhbəri Haluk Bayraktar isə daha öncə deyib ki, Türkiyə Rusiyaya pilotsuz uçuş aparatları verməyib və gələcəkdə də verməyəcək. Türkiyə son illərdə təkcə öz silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün pilotsuz döyüş aparatlarının istehsalına başlayıb. Hazırda Türkiyənin “Bayraktar TB-2" PUA-ları altı dövlətin - Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukraynanın silahlı qüvvələrində istifadə olunur. Onlar İkinci Qarabağ müharibəsində, həmçinin Suriya və Liviyadakı döyüş əməliyyatlarında tətbiq edilib.
Rusiya-Türkiyə birgə istehsalı baş tutarsa, Ermənistanın “Bayraktar”lara legitim yolla sahiblənməsi ehtimalı nə dərəcədə ciddidir? Dia.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, “Baykar” şirkəti Türkiyə dövlətinə məxsus deyil: “Yəni bu şirkət bir sahibkarındır. Həmin sahibkar da daha əvvəllər öz fikrini deyib. Rusiya tərəfinin istəyi ola bilər, amma bu istəyin gerçəkləşməsi əvvəl başdan sahibkarın marağında deyil. Bu gün Rusiyanın müasir silah arsenalı çatışmır. Ermənilərə də belə silahları verə bilmirlər. Çünki özlərinə çatmır. Rusiya bu istiqamətdə vəziyyəti dəyişmək üçün yollar axtarır. Bu baxımdan belə təkliflər irəli sürür. Ermənistanın Hindistana üz tutması da gözləniləndir. Pakistan məsələsinə görə Hindistan Ermənistana 3-5 dron verə bilər. Amma məsələ 3-5 dronla həll olmur. Müharibənin taleyini dronlar deyil, bir çox faktorlar həll edir. Ermənistan dron əldə etsə belə, bu, güc balansını dəyişə bilməz”.
25-12-2021, 21:29
Ukrayna Türkiyə dronlarının istehsalına BAŞLADI
27-12-2021, 13:06
İraq Türkiyədən 8 "Bayraktar TB2S" alır
16-11-2021, 18:03
Türkiyədən döyüş dronu alan ölkələr - SİYAHI
22-10-2020, 11:16
“İti qovan” Pilotsuz Uçuş Aparatlarının istehsalı davam edir
8-11-2021, 13:34
Rusların "BAYRAKTAR" ƏNGƏLİ...
19-07-2022, 20:48
Kanadalılar Ukraynaya “Bayraktar” almaq üçün PUL YIĞMAĞA BAŞLADI
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı