“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Sosial
Oxunub: 213
19 Nis 2021 | 10:39
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər “YAŞAT” Fondu ölkə başçısının müvafiq Fərmanı ilə yaradılıb. Fond yaradılan gündən bir platforma - yashat.gov.az təsis olunub və “YAŞAT” Fondunun fəaliyyəti həmin platforma üzərindən həyata keçirilir. Saytın “Müraciət et” bölməsinə Fərmanla “YAŞAT” Fondunun əhatə dairəsinə aid olan şəxslər müraciət edə bilərlər. Fondun əhatə dairəsinə aid olan şəxslər şəhidlərin ailə üzvləri, müharibə zamanı xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərdir. Fondun fəaliyyəti çərçivəsində əsas məsələlərdən biri də şəffaflığın, operativliyin və hesabatlılığın təmin edilməsidir.
Fondun fəaliyyətini təşkil edən struktur vahidində çalışan əməkdaşlar şəhidlərin ailə üzvləri, eləcə də qazilərdən ibarətdir. Bu komanda ilə biz böyük işlər görürük.
Bunu xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş III “Fərqli Fərdlər” Konqresində “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova deyib.
Onun sözlərinə görə, "YAŞAT" Fondu yaranan andan etibarən əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər: “Bundan əlavə, sayt üzərindən 2 min 690 ağır yaralanmış qazimiz qeydiyyatdan keçib. Ümumilikdə Fondun əməkdaşları 14 mindən çox şəhid ailə üzvü və yaralı ilə görüşüb. Onların problemləri, ehtiyacları dinlənilib və qeydiyyata alınıb. Ümumi müraciətlərdən 5 min 685-i artıq öhdəliyə götürülüb.
Fondun dörd fəaliyyət istiqaməti var. Onlara məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması və təhsil xərclərinin ödənilməsi aiddir. Bu istiqamətlər üzrə 4 mindən çox insana dəstək göstərilib.
Bu platformanın yaradılma məqsədlərindən biri də hesabatlılığın və şəffaflığın təmin edilməsidir".
O bildirib ki, hazırda “YAŞAT” Fondunun prioritet məsələlərindən biri də ağır yaralanmış qazilərin öz sağlamlıqlarına qovuşmalarıdır: “Bu sahədə də kifayət qədər böyük işlər görməyə çalışırıq. Belə ki, İsraildən dəvət olunmuş oftalmoloqlar tərəfindən 140-dan çox qazinin gözü müayinə olundu, əməliyyatlar aparıldı, bəzi qazilərin gözlərinə protezlər yerləşdirildi. İsrailli həkimlər ölkəmizə humanitar yardım məqsədilə gəlmişdilər.
Yaralıların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması məqsədilə onların müalicəsi həm ölkəmizdə, həm də Türkiyə Respublikasında aparılır. 51 ağır yaralı qazimiz müalicə məqsədilə qardaş ölkəyə göndərilib. Ən böyük istəyimiz əlil arabasında və ya xərəkdə yola saldığımız ağır yaralı qardaşlarımızın ölkəmizə ayaq üstə geri dönmələrini görməkdir. Biz bunun üçün əlimizdən gələni edirik. Növbəti siyahılar hazırdır. Qarşıdakı günlərdə onlarla qazimiz müalicə üçün Türkiyəyə göndəriləcək. Onu da qeyd edim ki, beş qazimiz sağlamlığına qovuşaraq ölkəmizə geri qayıdıb. Bu, bizi çox sevindirir.
Fondun fəaliyyəti çərçivəsində müxtəlif layihə və aksiyalar da həyata keçirilir. Bunlardan biri sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə bağlı olan layihədir. Həmin layihə çərçivəsində şəhid övladlarının ilkin olaraq zəruri xərclərinin qarşılanması məqsədilə körpələrin analarına 1000 AZN vəsait təqdim olunur. Ondan sonra həmin uşaqlar üçün bank hesabı açılır və müqavilə bağlanır. Həmin bank hesabına Fonda edilmiş ianələr vasitəsilə 5000 AZN vəsait yerləşdirilir. Vəsait 16 yaşı tamam olduqdan sonra uşağın özü tərəfindən bank hesabından çıxarıla bilər. Bankla edilmiş razılaşmaya əsasən vəsaitin üzərinə illər üzrə faiz gələcək. Uşağın anası valyutanı istədiyi kimi dəyişə bilər. Həmçinin ana ilə bank arasında bağlanmış müqaviləyə əsasən həmin vəsait bəzi istisna hallarda qeyd edilən vaxtdan tez hesabdan çıxarıla bilər.
Bundan əlavə, Fondun əsas istiqamətlərindən biri də təhsil istiqamətidir. Biz çalışırıq ki, həm qazilərin özlərinin, həm də şəhidlərimizin övladlarının yüksəksəviyyəli təhsil xidmətlərindən faydalanmasına nail olaq. Bir neçə özəl məktəblə danışılıb və onlarla müqavilələr bağlanılıb. Bu barədə elan da verilib. Şəhidlərin övladları həmin elan üzrə qeydiyyatdan keçərək müvafiq prosedur-qayda təmin olunduqdan sonra o məktəblərdə ödənişsiz olaraq təhsil alacaqlar. Həmçinin ölkə xaricində təhsil alan şəhid övladları var ki, onların da bir neçəsinin təhsil xərclərini "YAŞAT" Fondu qarşılayacaq”.
29-03-2021, 10:48
Ağır yaralı 27 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərildi
25-03-2021, 17:45
Daha bir şəhid övladının adına 5000 AZN-lik hesab açılacaq
28-12-2020, 10:11
“Heydər Əliyev Fondunun bütün təşəbbüsləri cəmiyyətimiz üçün nümunədir”
31-07-2020, 12:11
Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
20-07-2020, 13:55
Mehriban Əliyevadan Tovuzda şəhid olan 12 hərbçi ilə bağlı TAPŞIRIQ
14-12-2018, 12:13
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
Bugün, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
Bugün, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
Bugün, 10:29
Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
Bugün, 10:28
Cəbrayılda minalar aşkarlanıb
Bugün, 10:26
Ələt-Astara magistralında təhlükəli vəziyyət - FOTO
Bugün, 10:23
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
Bugün, 10:20
Bakıda 10 yaşlı oğlan itkin düşüb
Bugün, 10:19
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
Bugün, 10:16
Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb
Bugün, 09:51
Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyev Cənablarına
Bugün, 09:31
Rusiyada böyük bir şəhərin sakinləri təcili təxliyə edilir
Dün, 22:35
Goranboyda usta yıxılaraq öldü
Dün, 22:31
Şakiradan tamaşaçılarına xoş xəbər
Dün, 22:27
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi
Dün, 11:19
Malatyada avtobus aşdı: 22 yaralı var - FOTO
Dün, 10:37
İranın İsrailə hücumu qızılın qiymətinə təsir edib
Dün, 10:25
Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb
Dün, 10:22
Tokayev İrəvana səfər edib
Dün, 09:53
Lənkəran sakini Balakəndə 10 kiloqram narkotiklə saxlanılıb - FOTO
Dün, 09:46
Rusiyada daşqınlar nəticəsində 14 mindən çox evi su basıb
Dün, 09:45
Akif Çovdarov yenidən hakim qarşısında
Dün, 09:44
İş adamını sifarişlə öldürən şəxslərdən xəbər var
Dün, 09:42
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dün, 09:38
Azərbaycanda zəlzələ olub
14-04-2024, 11:56
Bakıda motosiklet ağaca çırpıldı, sürücü öldü
14-04-2024, 11:53
Bakıda gənc oğlan sübh tezdən özünü asdı
14-04-2024, 11:49
Küçədə atışma, ölən və yaralananlar var
14-04-2024, 11:47
Baqiri əməliyyatdan danışdı
14-04-2024, 11:35
Biznesmenin yarım milyardı oğurlandı
14-04-2024, 11:30
İordaniyadan Tehrana sürpriz
14-04-2024, 10:27
İran İsrailə ballistik raketlər atdı
14-04-2024, 10:21
Baydendən Netenyahuya-MESAJ
14-04-2024, 10:14
İsrail hava məkanını açdı
14-04-2024, 10:12
İran niyyətini açıqladı
13-04-2024, 16:50
Məşhur aktyor və futbolçu ağır xəstəlikdən öldü
13-04-2024, 16:43
Bakının mərkəzində kafedən oğurluq edilib
13-04-2024, 16:37
Bakıda motosiklet ağaca çırpıldı, sürücü öldü
13-04-2024, 16:33
Televiziya ulduzu milyonlarla dollar oğurlamaqda ittiham olunur
13-04-2024, 16:29
Güləş Federasiyası İtaliya idmançısının rüşvətlə bağlıittihamlarına cavab verib