Vəkillər Kollegiyasının hesabat-seçki konfransı keçirilib
Dekabrın 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının növbəti hesabat-seçki konfransı keçirilib.Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Rəyasət Heyətinin rəhbər qurumlarının tərkibi seçilib. Səsvermə nəticəsində Rəyasət Heyətinin sədri Anar Bağırov yekdilliklə yenidən bu vəzifəyə seçilib. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının tərkibi də formalaşdırılıb. Habelə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyası təsdiqlənib.
Tədbirdə məlumat verilib ki, son bir ildə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 iclası keçirilib. İclaslarda Rəyasət Heyəti tərəfindən keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilib, Kollegiyanın fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilib.
Qeyd edilib ki, il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda respublikada fəaliyyət göstərən vəkillərin sayı 939-dan 1503-ə çatdırılıb. Rəyasət Heyətinin apreldə keçirilmiş iclasında vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar yaradılmış Komissiyanın hazırladığı rəyə əsasən, hər il iyulun 30-nun Azərbaycan vəkillərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul olunub.
Diqqətə çatdırılıb ki, Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir. Bölgələrdə bu yardıma çatımlılığı təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus alınıb. Bu mikroavtobus vasitəsilə Bakıda fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilib. İndiyədək Siyəzən, Hacıqabul, Qusar və Masallı rayonlarında bu qəbildən əhaliyə xidmətlər göstərilib.
Ölkədə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Vəkillər Kollegiyasının həm vəkillərin, həm də vətəndaşların tələblərinə cavab verən, tam yeni və müasir internet saytının istifadəyə verilməsi olub.
Bu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vəkil bürolarının yaradılması planlaşdırılır.
Bildirilib ki, 2017-ci ildə ölkə ərazisində 39 vəkil qurumu fəaliyyət göstərib. Son bir il ərzində isə regionlarda 11, ümumilikdə 31 yeni vəkil qurumu fəaliyyətə başlayıb. Bununla da respublikamızda vəkil qurumlarının sayı 70-ə çatıb. Qanunsuz “vəkillik” hallarına qarşı geniş mübarizə çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətində “Qaynar xətt” yaradılıb.
Vurğulanıb ki, Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti fəaliyyətə başladığı gündən beynəlxalq əməkdaşlığa xüsusi önəm verib, bir çox görüşlər keçirib, səfərlər təşkil edib. Qurum müxtəlif beynəlxalq tədbirlərdə iştirakla yanaşı, bir sıra tədbirlərin də təşəbbüskarı və təşkilatçısı olub. Belə ki, noyabrın 15-16-da Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans keçirilib. Tədbirdə 16 xarici ölkədən nümayəndələr, yerli və xarici ekspertlər iştirak ediblər.
Tədbirdə il ərzində Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti tərəfindən görülmüş digər tədbirlər barədə də ətraflı məlumat verilib.
8-12-2018, 14:26
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
5-12-2018, 15:53
Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçilib
2-12-2018, 11:41
Şamaxıda fermerlərlə görüş keçirilib
25-11-2018, 12:50
Suraxanı və Qusar rayonlarında vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
7-11-2018, 16:17
Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır