Plyonka vuran sürücülər 150 manat cərimələnəcək? - RƏSMİ CAVAB
Bildiyimiz kimi, Azərbaycanda bir neçə ildir ki, mayın 1-dən noyabrın 15-dək maşınların arxa şüşələrinə plyonka və ya jalüz vurmağa icazə verilir. Ötən il noyabrda bu müddət bitdikdən sonra Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əvvəlki ildən fərqli olaraq arxa şüşələrdə plyonka və digər örtüklərdən istifadə edən sürücüləri cərimələmədi. Belə ki, DYP rəhbərliyi müddətsiz olaraq, arxa şüşələrin örtməsinə icazə verə qanun qüvvəyə minənə qədər sürücüləri cərimələməyəcəyini bildirmişdi. Artıq mayın 1-dən etibarən arxa şüşələrin örtülməsinə icazə verildiyi üçün plyonka cəriməsi yenidən gündəmə gəlib. Bu barədə deputat Fazil Mustafa da fikir irəli sürərək bildirib ki, DYP cərimələrin yazılmasını bir ay daha ertələsin.Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirdi ki, arxa şüşələrə plyonka vurduğuna görə sürücülərin cərimələnməsi hələlik müzakirə olunmur:
“Əksəriyyət məsələni yanlış başa düşüb. Hamı elə bilir ki, mayın 1-dən sonra plyonka vuran sürücülər cərimələnəcək. Ancaq tamamilə yanlışdır. 2019-cu ilin noyabrında DYP rəhbərliyi günəş şüalarının ilboyu maşının salonuna düşməsini nəzərə alıb qərar verdi ki, müddətsiz olaraq, arxa şüşələrə hər hansı örtük vurulmasına icazə verilənədək heç bir sürücü buna görə cərimələnməsin. Məlum olduğu kimi, dekabrda parlament buraxıldı, fevralda seçkilər keçirildi. Daha sonra isə pandemiya ilə əlaqədar həmin qanunun müzakirəyə çıxarılması və müzakirəsi gecikdi. Buna baxmayaraq, bu barədə qanun qəbul olunmadığı təqdirdə mayın 1-dən sonra da arxa şüşələrə plyonka vuran sürücülər cərimələnməyəcək. Onsuz da həmin tarixdən noyabrın 15-dək arxa şüşələrə örtük vurulmasına icazə var. Yəni, qanun qəbul olunmasa belə cərimə yazılmayacaqdı. May ayında plyonka, pərdə yaxud hər ikisinin də vurulmasına icazə verildikdən sonra ictimaiyyətə açıqlama verəcəyik. Mayda qərar verilməsə belə noyabrın 15-dək gözləyəcəyik. Əks halda DYP tərəfindən cəmiyyətə açıqlama veriləcək və müəyyən məlumatlar qeyd olunacaq. DYP rəhbərliyinin tapşırğına əsasən, hazırda yol polisi əməkdaşlarımız plyonka vuran sürüclərə cərimə yazmır. Yalnız avtomobilin ön şüşələrinə plyonka vuranlar saxlanılaraq, barəsində inzibati tədbir görülür”.
Qeyd edək ki, qanunsuz olaraq, avtomobilin arxa şüşələrinə plyonka vuran sürücülər 150 manat cərimə olunur.
Bu barədə deputat Fazil Mustafa Milli Məclisin plyonkaya görə cərimələnməni ləğv etməyəcəyi təqdirdə bu təklifi verəcəyini bildirib:
"Demək "İctimai TV"-də maşınlarda olan plyonkalarla bağlı cərimə məsələsinə dair açıqlama vermişəm. Bildirmişəm ki, bu cərimələr ləğv olunmalıdır. Bunun üçün qanunvericilikdə dəyişikliyə ehtiyac var. Ən azı may ayının sonunadək DYP cərimələrin tətbiq olunması ertələsin ki, məsələyə Milli Məclisdə baxmaq mümkün olsun. Bilindiyi kimi 6 ay öncə bu cərimələr ertələnmişdi. İndi bu məsələyə biz yenidən qayıtmaq istəyirik, gündəmə gətiririk. Əgər Milli Məclisdə bu və ya digər səbəbdən baxılmasa (yəni mənim təşəbbüsüm hələ qanunun qəbul olunması demək deyildir!) o halda başqa bir variant təklif edirəm ki, heç olmazsa simvolik qiymətlər ödəməklə plyonka taxmaq icazəli olsun və buna görə sürücüləri cərimələməsinlər. Nömrə məsələsində də belədir, kim istəyir şöhrət üçün gedib bahalı saydığı nömrəni ala bilir. Kim istəmirsə, sadə nömrə ilə maşınını sürür. Bir ağıllısı konvensiyadan danışır, digəri mənim fikrimə təəccübləndiyindən, başqa birisi də nə dediyimə baxmadan rəy verir. Çıxışımın sonuncu variantla bağlı hissəsini kəsib müzakirəyə çıxarırlar. Hətta gözümün nurunu töküb kitabla bağlı paylaşım edirəm, kitab qalır bir tərəfə, orada da plyonkadan sual verirlər. Onu da deyim ki, cəmiyyətdə "zerkalnı" maşın nömrəsi, plyonka vərdişinə də açığı gülməli baxıram və hər cür imkanlarıma rağmən heç vaxt bundan istifadə etmirəm. İnsanlar niyə buna bir həyati məsələ kimi yanaşırlar, anlamaq mümkün deyil. Buna rağmən çalışdığımız odur ki, vətəndaşın üzərinə buna görə cərimə yazılmasın, vəssalam".
14-04-2020, 11:13
Bakıda icazəli çörək daşıyan sürücü cərimə edilib
11-04-2020, 21:46
Karantin qaydalarını pozanların sayı azalıb - DYP
10-04-2020, 13:17
Kəndlilər Bakıya kənd təsərrüfatı məhsulları gətirə bilərmi? – ŞƏRTLƏR AÇIQLANDI- RƏSMİ
7-04-2020, 19:57
BŞBPİ: “İcazə olmadan hərəkət edən şəxslər, avtomobillərin sürücü və sərnişinləri yoxlanılır”
6-08-2019, 14:26
Dövlət Yol Polisi AÇIQLAMA YAYDI - CƏZA
23-12-2018, 15:11
Bakıda 200-ə yaxın qayda pozan sürücü cəzalandırılıb
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"