“Borçalıda dini təsirini itirməsi Azərbaycanın ciddi strateji səhvi idi” - NƏ ETMƏLİ?

"Müsəlman Birliyi" hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin aclıq aksiyası keçirməsinə Borçalı türkləri arasındakı bir qrup dindar dəstək verib. Onlar Borçalıda əllərində Bağırzadənin fotosu ilə aksiya keçiriblər.
Xatırladaq ki, hərəkat rəhbəri iyunun 23-dən etibarən aclıq aksiyasını dayandırıb. O, aksiyanı dayandırmasını onunla əsaslandırıb ki, aclığa qoşulan digər dindarların səhhətində problemlər yaranıb, eyni zamanda, aclığı dayandırmaqla bağlı hörmət etdiyi şəxslərdən çağırış gəlib.
Borçalıda İran dini ideologiyasının bu qədər vüsət almasını ekspertlər təhlükəli sayırlar. Qeyd edilir ki, uzun illərdir İran emissarlarının Gürcüstanda Azərbaycan türklərinin sıx yaşadığı bölgədə - Borçalıda təbliğat fəaliyyəti öz nəticəsini göstərir. Dia.az-ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı AYNA-nın suallarını cavablandırarkən deyib ki, İranın Borçalıda “dini kanton” yaratmaq imkanı 2011-ci ildə - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) orada təsir gücünü itirməyə başladığı dövrdə yaranıb:
- Gürcüstanın 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesində ilkin hədəfi Rusiya kilsəsinin təsirini azaltmaq və Acariya müsəlmanları idisə, dalğa 2009-cu ildə Borçalıya da çatdı və QMİ yalnız 3 il – 2011-ci ilə qədər müqavimət göstərməyi bacardı. Ya müqavimət göstərə bilməməkdən, ya da strateji yanlışların nəticəsində, yaxud hər iki səbəbdən Azərbaycan dini təsir gücünü itirdi, əvəzində İran aktiv şəkildə bölgəyə daxil oldu.
İran hələ 1990-cı illərin sonu 2000-ci illərin əvvəlində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərir, şərtlərin yaranmasına hazırlaşırdı. Bölgədə Azərbaycanın dini təsirini İranın əvəzləməsində Gürcüstanın da öz maraqları var. 2018-ci ildə bu mövzuları bir az araşdırmışdım. Hələ o vaxt Borçalı bölgəsində İranın şeyx düzəltdiyi Mirtağı Əsədovun rəhbərliyində 500-dən çox aktiv iştirakçı var idi, indi sayları bir qədər də artıb. Əsədov 2011-ci ildə - proses başlayanda Azərbaycan vətəndaşlığından imtina edərək, Gürcüstan vətəndaşlığını qəbul etdi və sonra baş verənlərə nəzər saldıqda, hər şeyin illərlə hazırlanan planın parçası olduğu aydın olur. Hesab edirəm ki, bölgədə dini təsirin itirilməsi Azərbaycanın ciddi strateji səhvi idi.
- Dediniz ki, İranın Gürcüstanda dini təsirini artırmaqda Gürcüstan maraqlıdır. Bunda səbəb nədir?
- Gürcüstanda dini icmalar - həm xristianlıq, həm müsəlmanlar üzərində dövlət nəzarəti əvvəllər olmayıb, yaxud daha zəif idi. Gürcüstan dövləti 1990-cı illərdə Abxaziya və Cənubi Osetiya məsələsində “Rus Pravoslav Kilsəsi Patriarxlığı”nın bu bölgədəki əhali üzərindəki təsir gücünü gördü və bu təsir nəticəni müəyyən etməkdə ciddi rol oynadı. 2003-cü ilə, Mixail Saakaşvilinin hakimiyyətə gəlişinə qədər xristian icması üzərində Rusiya kilsəsinin, müsəlmanlar arasında şiə məzhəbinə məxsus olanlar üzərində QMİ-nin, Acarıstanda yaşayan sünnilər üzərində müəyyən qədər Türkiyənin təsiri olub. Dövlətin dini icmalar üzərində nəzarəti ələ almaq istəyi xüsusilə Rusiya kilsəsinin təsirini azaltmaq planına xidmət edirdi. Buna paralel olaraq, Gürcüstan Pravoslav Kilsəsinin nüfuzunun gücləndirilməsi istiqamətində işləyirdilər.
Müsəlman icması ilə bağlı Gürcüstan fərqli xətt tutdu. Acarıstanda xüsusilə gənclərin xristianlaşdırılması fəaliyyəti aparılırdı, müəyyən qədər buna nail oldular da. 2011-ci ildə isə Gürcüstan Müsəlmanları İdarəsi yaradıldı və QMİ faktiki bölgədən çıxarıldı. Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərliyinə gətirilən Camal Paksadze sünni məzhəbinə məxsus din xadimidir və bu addım da QMİ-nin bölgədəki təsirinə qarşı atılmış addım idi. 2012-ci ildə QMİ-nin Gürcüstan nümayəndəliyi təsis edilsə də, bu, effekt vermədi.
- Yəni burada QMİ-nin səhvi böyükdür...
- Əlbəttə! QMİ-nin Gürcüstanda dini təsiri əlindən alınandan sonra Gürcüstan dövləti müsəlmanları bir təşkilat altında birləşdirmək məqsədilə Gürcüstan Müsəlmanları İdarəsini (GMİ) yaratdı. Bu quruma sünni məzhəbinə məxsus inanclıların çoxluq təşkil etdiyi Acarıstanda uzun illər imam olmuş Camal Paksadzenin gətirilməsi də Tiflisin, məzhəbindən asılı olmayaraq, ölkədəki bütün müsəlmanları bir çətir altında birləşdirmək və nəzarət gücünü artırmaq istəyindən xəbər verirdi. 2012-ci ildə QMİ-nin Tiflis nümayəndəliyi təsis edilsə də, əvvəlki təsir imkanlarını qaytarmaq mümkün olmadı.
GMİ-nin yaradılmasında məqsəd Gürcüstandakı bütün müsəlmanların bir qurumun çətiri altında toplanması idi, lakin 2011-ci ildə qeydiyyata alınan və şiə məzhəbinə məxsus inanclıları öz ətrafına toplayan Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (GMADİ) bu prosesdə məzhəb ayrı-seçkiliyinə getdi. Onların uzun müddət davam edən məhkəmə çəkişmələri də olub. Əsasən Borçalı bölgəsində fəaliyyət göstərən GMADİ İranla sıx işləyir, “Gürcüstan Əhli Beyt Cəmiyyəti”, “Əhli Beyt Aşiqləri Forumu”, “Hüseyniyyə” Cəmiyyəti, “İmam Əli Xeyriyyə Fondu”, “Zeynəb Qadınlar Birliyi”, “Şəms” qrupu, “Əl Mustafa Beynəlxalq Universiteti” kimi dini təmayüllü təşkilatları kurasiya edir. Məlumatlara görə, Marnuelidə İmam Əli və İmam Hüseyn adına məscidlərə nəzarət edirlər. Bu, Marneulidəki 4 məsciddən ikisidir və İranın təsiri altındadır.
- Məsələ burasındadır ki, bu, Gürcüstanın özü üçün də təhlükə vəd edir.
- Bu, ilk baxışdan Gürcüstan dövlətinin müsəlman icması ilə bağlı siyasətinə uyğun gəlmir və buna baxmayaraq, vəziyyətin dəyişməməsi, İran təsirinin güclənməsi şübhələrə yol açır. Burada rəsmi Tbilisinin maraqları var. Birincisi, sünni və şiə məzhəbinin qarşıdurması müsəlman icmasının birləşməsinə mane olur. İkincisi, şiələrin özləri arasında da qarşıdurma var və belə vəziyyət dövlətin nəzarət imkanını gücləndirir. Üçüncüsü, bu vəziyyətdə İranın bölgədəki təsiri artır, yaxud ən azı stabil olaraq qalır.
Belə görünür ki, Gürcüstan azərbaycanlılar üzərində QMİ-nin dini təsirini İranın təsiri ilə əvəzlənməsinə dəstək verdi. Bu, milli kimliyin yerini dini kimliyin tutması və Bakının Borçalıda milli kimlik üzərindən mümkün təsirinin sıradan çıxarılmasına hesablanmış addım idi. Bugünkü nəticələr tam olmasa belə, tədricən buna nail olduqlarını göstərir. İran da şiələr üzərində siyasi maraqlarını həyata keçirir. Son proseslər də bunun əyani nümunəsidir.
- Azərbaycanın strateji səhvini bundan sonra düzəltmək imkanı varmı?
- Bunun üçün köklü dəyişiklik lazımdır. Çünki şiə məzhəbinin iyerarxiyasına görə, bu gün Azərbaycanda dini rəhbərlər İrana bağlıdırlar. Biz ilk növbədə bu vəziyyəti dəyişməliyik. Bunun üçün də Azərbaycanda şiəliyi İranın siyasi təsirindən çıxarmaq lazımdır. İndi elə vəziyyət yaranıb ki, nəinki Borçalıdakı strateji səhvi düzəltmək haqda düşünməli, öncə ölkə daxilində problemi həll etməliyik. Azərbaycanın inanclı insanı anlamalıdır ki, İran şiəlik üzərindən siyasi maraqlarını həyata keçirir. İranın Əhli-Beyt eşqindən sui-istifadə etdiyini görməmək, yumşaq desək, ağılsızlıqdır. Təəssüf ki, real vəziyyət mənfidir. Borçalıda strateji səhvi din üzərindən düzəltmək çətin görünür, amma intensiv iş aparılmalı, dini maarifləndirmə həyata keçirilməlidir. Bu da dediyim kimi, gerçək şiəliklə İran şiəliyinin fərqini anlatmaqdan keçir, bunu hər şeydən öncə bizim dini liderlər qəbul etməlidir. Ki, bu da çətin görünür. Lakin indi edə biləcəyimiz yeganə şey bölgədə davamlı işin aparılmasıdır, buna paralel olaraq, dini kimliyin milli kimliyi üstələməsinə qarşı da işlər görülməlidir.
24-06-2022, 21:42
İranın Azərbaycandakı planı iflasa uğradı: - Qurulan sxem, “KƏRİMə”dəki kəramətsizlik
30-11-2021, 12:19
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
21-10-2021, 15:41
İranın Azərbaycandakı “molla şəbəkəsi” - Onlar KİMDİR?
5-10-2021, 20:19
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün ağzına su alıb oturmamalıdır" - ÇAĞIRIŞ
3-07-2020, 12:35
Bəhram Bağırzadənin səhhəti ilə bağlı MƏLUMAT
21-06-2020, 13:00
Bəhram Bağırzadənin SON DURUMU ilə bağlı AÇIQLAMA
18-06-2026, 19:05
Rusiya Ukraynanın PUA mərkəzini vurdu
18-06-2026, 19:03
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
18-06-2026, 18:59
İran uranı zənginləşdirməkdən çəkilir
18-06-2026, 18:57
Keçmiş vəkil hakim qarşısında
18-06-2026, 18:54
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür
18-06-2026, 18:45
Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq