Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 144
30 Kas 2021 | 12:19
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...

capar.info : - Bir neçə aydır ki, İranla Azərbaycan arasındakı gərginlikdən yaranan “buzların” əridiyi müşahidə olunur. İstər rəsmi Tehrandan, istərsə də Bakıdan verilən qarşılıqlı müsbət mesajlar münasibətlərin normallaşdığını göstərir.

Qeyd edək ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi və məsuliyyət zonasında olan Qarabağakı erməni separatçılarına İrandan daşınan yüklər faktı Bakının kəskin narazılığı ilə qarşılandı. Tehran Xankəndidəki separatçılara dəstək göstərmədiyini iddia etsə də, ortaya ciddi faktlar çıxdı. Azərbaycanın bu yöndə atdığı addımlardan qıcıqlanan İrandan istər qeyri-rəsmi, istərsə də rəsmi şəkildə xoşagəlməz, təhdid xarakterli bəyanatlar verildi.

Son 15 gündə isə rəsmilər tərəfindən isti mesajların şahidi oluruq. Aşqabadda noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilən görüşdə qarşılıqlı şəkildə dostluq və qardaşlıqdan bəhs edilməsi münasibətlərin gərginlik xəttindən çıxdığının göstəricisidir.

Qeyd edək ki, prezidentlərin görüşündə Azərbaycanla İran arasında Şimal-Cənub və Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Zəngəzur dəhlizi açıldıqdan sonra İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi bildirilib. Tərəflər Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən danışarkən artıq regionda geosiyasi vəziyyətin dəyişdiyi diqqətə çatdırıblar. Bundan sonarkı proseslərdə bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi də vurğulanıb.

İranın media nümayəndələrinin suallarını cavablandırarkən Rəisi İranla Azərbaycanın qədim dostluq əlaqələrinin olduğunu bildirib. Rəisinin digər ifadələrində də Bakıya müsbət yanaşmalar olduğu sezilib: “Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil”, - Rəisi bildirib.

İki ölkə arasındakı münasibətlərin gərginlik fazasından çıxmasını, verilən bəyanatları şərh edən politoloq Sədrəddin Soltan xatırladıb ki, İkinci Qarabağ müharibəsi dövründə də, ondan sonrakı dövrdə də Tehranın yanaşması, Bakıya qəzəbi və qərəzi məlumdur: “Rəsmi Tehran faktiki olaraq Bakı ilə münasibətləri süni şəkildə korlamaq istəyirdi. Amma bu cədlər uğursuzluqla nəticələndi. Bunu anlayan İran əməkdaşlığın daha yaxşı olduğunun fərqinə vardı. Görünür, Tehran əməkdaşlığın onlar üçün də faydalı olduğunu başa düşüb. Aşqabadda prezidentlərin görüşü münasibətlərin bundan sonra inkişaf xətti ilə gedəcəyinə ümidi artırır”.

“İmzalanan İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Sazişə nəzər salmaq da vacibdir. Bu sənəd gələcəkdə tərəflər arasında karbohidrogen yaxud energetika sahəsində əməkadşlığa nümunələrdən ola bilər”, - deyə analitik qeyd edib.

“Əlbəttə, iki ölkə arasında gərginliklər zaman-zaman müşahidə edilib. Maraqların toqquşduğu məqamlar bu gərginliyə təsir göstərir. Bundan sonra İranla Azərbayacan arasında perspektivdə yeni gərginliyin yaranmayacağını demək sadəlövlük olardı. Hər iki ölkənin fərqli eyni zamanda ortaq maraqları var. Maraqlar toqquşanda gərginliklər yaranır”, - S.Soltan fikrini yekunlaşdırıb.

Siyasi icmalçı Asif Nərimanlı da AYNA-ya bildirib ki, İlham Əliyevlə İbrahim Rəisinin görüşündəki atmosfer, verilən mesajlar İran-Azərbaycan münasibətlərindəki gərginliyin arxadan qaldığını göstərir: “Lakin bu bir görüşdə əldə olunan nəticə deyil. Bilirik ki, bundan öncə müxtəlif səviyyələrdə təmaslar olub və Tehran bölgədə Bakı və Ankaranın “3+3” format təklifinə münasibətini müsbətə doğru dəyişdirdi. Buna səbəb də Ermənistan üzərindən bölgədəki prosesə Tehranın müdaxilə edə bilməməsi və Moskvadan istədiyini almaması idi. İran yeni reallıqları qəbul etməyə məcbur olur. Əliyev-Rəisi görüşündə Zəngəzur dəhlizi məsələsinin müzakirə edilməsi də bunu deməyə əsas verir. Bununla yanaşı, Azərbaycan-İran-Türkmənistan arasında qaz nəqli üzrə Sazişin imzalanması ilə Bakı strateji gediş etdi. Həm Türkmənistanın yeni bazara çıxışını təmin edir, həm də İrana müəyyən divident qazandırmaqla üstünlük əldə edir”.

“Hesab etmirəm ki, İran-Azərbaycan münasibətlərində normallaşma Tehranın İrəvana dəstəyinin kəsilməsi ilə nəticələnəcək, lakin proseslər İranın Azərbaycanla əməkdaşlıqdan başqa yolun olmadığını anlaması yönündədir. Xüsusilə Zəngəzur dəhlizinin açılmasından sonra İranın Cənubi Qafqaza çıxışı böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşəcək. Azərbaycan da bu təsir imkanından rıçaq kimi yox, əməkdaşlıq üçün istifadə etməyi təklif edir”, - analitik vurğulayıb.

A.Nərimanlının qənaətincə, iki ölkə arasında İsraillə münasibətlər, o cümlədən, İranın dini müstəvidə siyasəti və digər məsələlərdə fikir ayrılığı hələ də qalır: “Lakin qarşıdakı dövrdə bu fikir ayrılığı ikinci planda olacaq”.
7-10-2021, 11:46
İrandan səfirimizi geri çağıra bilərik - HƏQİQƏTƏN DƏ...
22-09-2021, 08:35
Molla rejimi Qarabağ Zəfərimizi HƏZM EDƏ BİLMİR... - BUNUN BAŞQA ADI YOXDUR...
15-09-2021, 11:25
Qarabağ ətrafında gərginlik: örtülü tələb, aşkar təzyiq - NƏ BAŞ VERİR?
14-09-2021, 20:52
“Tehran ondan narahat olsun ki...”
13-09-2021, 15:32
İran TIR-ları YENƏ DƏ Qarabağda... - "Azərbaycanın İrana nota verməsinə baxmayaraq..."
22-11-2018, 13:37
Prezident Türkmənistanda danışıqlardadır + YENİLƏNİB
Dün, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
Dün, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
Dün, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
Dün, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
Dün, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
Dün, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Dün, 17:10
Abşeronda QƏZA: Ölən var
Dün, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
Dün, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
Dün, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu
25-03-2024, 13:36
25 mart iki bürc üçün xüsusi gündür: Uğur gətirəcək
23-03-2024, 13:04
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 13:01
Bu ölkə dizel və benzinin qiymətini artırdı
23-03-2024, 12:59
İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı
23-03-2024, 12:56
Kanaldan naməlum kişi meyiti tapıldı
23-03-2024, 12:54
Məktəbli avtobusu ilə betonqarışdıran toqquşub, ölənlər var
23-03-2024, 12:51
Keşiş qızının sevgilisi üçün killer tutdu
23-03-2024, 12:48
Martda 40 dərəcə şaxta XƏBƏRDARLIĞI
23-03-2024, 12:46
Qubada Türkmənistan vətəndaşı qazdan boğuldu
23-03-2024, 12:44
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 12:42
Moskvada terror törədən 4 nəfər tutuldu
20-03-2024, 13:39
BMW piyada keçidində piyadaları vurdu