İranın Azərbaycandakı planı iflasa uğradı: - Qurulan sxem, “KƏRİMə”dəki kəramətsizlik
Siyasət / Dünya
Oxunub: 196
24 Haz 2022 | 21:42
İranın Azərbaycandakı planı iflasa uğradı: - Qurulan sxem, “KƏRİMə”dəki kəramətsizlik
Sosial sarsıntılar, daxili problemlərin çoxluğu, inqilablar, çevriliş cəhdləri İranın yaxın siyasi tarixinin xarakterinə hopub.

İslam Respublikasının xarici siyasət konsepsiyası çoxşaxəlidir, amma bu, bərabərhüquqlu tərəfdaşlıq motivlərinə deyil, böyük rəqabət və hikkəli siyasi məzhəb tezislərinə söykəndiyindən Tehran çoxlu problemlərlə üzləşir.

Bu problemlərin üstünə qalın torpaq təbəqəsi atıb onu örtmək üçün İran ideoloji baza yaradır və beyinlərə yeritdiyi təbliğatla İranın xoşbəxtlər ölkəsi, islamın ali qoruyucusu təəssüratını yaratmağa çalışır.

İranın kəşfiyyat fəaliyyəti az xərclə çox iş görməyə hesablanıb, bu həddə çatmaq üçün isə Tehran bir xeyli tər töküb.

İran bir zamanlar gənclərin Qum hövzəsində dini təhsil almaları üçün cəlbedici ideyaları maliyyə vəsaiti ilə dövriyyədə saxlayırdı. İndi artıq Qumun yetirməsi olan məzunlar özlərinin vəfa borcu ilə həmin siyasəti ayaqda tuturlar.

MEXANİZM belə qurulub:

Bu gün İranda dini təhsil almaq üçün kəşfiyyatın büdcəsindən pul xərcləməsinə ehtiyac yoxdur. Çünki İrana sədaqətli və müti olan məzunlar apardıqları propaqanda ilə müctəhidlər üçün topladıqları xümslərlə Tehranın büdcə xərclərini azaldırlar. Bununla da istədiklərinə insanlardan topladıqları pullarla nail olmağa çalışırlar.

Müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə islam dinini məzhəb maraqları zəminində önə çəkməklə yaymaq və hakimiyyətlərə alternativlər formalaşdırmaq İran siyasətinin kökündə dayanır.

İranın dərin siyasi məramlara xidmət edən bu cür siyasəti çoxlu toxumlar səpib və həmin toxumlar bu gün yetişmiş bir ideoloji kadr halına gəlib. Bu kadrlar Yaxın Şərq regionuna, Türkiyəyə, Azərbaycana səpələnərək təbliğatlarını aparır.

Onlar məscidlərdə, hüzr məclislərində, şəriət toylarında dəridən-qabıqdan çıxaraq, səslərinə İran ritorikası ilə xüsusi avaz verərək təbliğatlarını beyinlərə yeridirlər.

Ancaq İraqdan, Yəməndən, Suriyadan fərqli olaraq, İran Azərbaycanda və Türkiyədə özünün nüfuz dairəsini gücləndirə bilməyib. Çünki Azərbaycanın da, Türkiyənin də güclü sekulyar ənənəsi var və bu hər iki ölkənin xalqı dini inanclarını əsasən milli düşüncə sistemi ilə inkişaf etdirib. Diqqət etsək, görərik ki, İranın təsiri altında olmaqdan həzz duyanlar həmişə Azərbaycanla Türkiyə əleyhinə səylərini birləşdiriblər.

İran Azərbaycanın SSRİ-dən ayrılıb müstəqil olmasından sonra yaranan ideoloji boşluqdan istifadə edərək cəmiyyəti tələyə salmaq istədi, amma bu məkrli plan zaman keçdikcə iflasa uğradı.

Hərçənd ki, İran özü üçün bəlli bir baza da formalaşdırmışdı və Qarabağ münaqişəsi zamanı həmin baza şiə məzhəbçiliyi ilə qələbənin mümkünlüyünü qeyd edirdi.

Amma Azərbaycanın zəngin multikultural ənənəsi döyüşən cəbhənin tərkibində də özünü göstərdi və sübut olundu ki, İranın təsir dairəsinin tezisləri yalnız milli müqavimət ruhunu qırmağa və ya onu ancaq məzhəb kontekstinə daxil etmək kimi zərərli niyyətlərə əsaslanıb.

Bu zəhərli tikanlar özlərini Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra aydın şəkildə qısqanclıqla göstərdi, Azərbaycan övladlarının şəhidliyini utanmaz-utanmaz özlərinin siyasi şiəlik məzhəbi çərçivəsində izah etməyə girişdilər.

Həyasızlıq və hikkə irançı məfkurənin təməlini təşkil edir, Azərbaycan isə yalnız dövlətin strateji təmkinlə gördüyü tədbirlər və xalqın yad ideoloji cisimlərə qarşı immuniteti, müqaviməti sayəsində “Tehran”ı ölkədən əhəmiyyətli dərəcədə sıxışdırdı.

Deməli, çəkilən bu qədər xərc, ardınca bu xərclərin yetişdirdiyi “din xadimləri”nin, meyxanaçıların, rövzəxanların təlimat əsasında yığdıqları ianələr havaya səpələnmiş vəziyyətə gəldi.

İran Azərbaycanda bununla da hakimiyyətə və konstitusiya quruluşuna zidd hərəkat formalaşdırmaq imkanından məhrum oldu və əsəb içində qıvrılaraq küncə sıxılmış kimi dişlərini qıcamağa başladı.

Son günlər İranda Azərbaycan əleyhinə küyçü və böhtan kampaniyası da baş qaldırmaqdadır. Beyin hüceyrələri Qum dənəcikləri ilə doldurulmuş şəxslər ölkədə şəriət dövləti yaratmaq çağırışlarını səsləndirirlər.

Bu, Tehranın növbəti şəbəkə işi idi və sxemini belə təsvir edə bilərik:

- Azərbaycanda dünyəvi dövlətin təməllərini sarsıtmaq üçün ortaya bir şayiə atılır;

- Ardınca həbsxanada olan bir şəxs aclıq aksiyasına başlayır;

- Ardınca şəriət dövləti sisteminə əsaslanan “KƏRİMə dövləti”nin qurulması üçün çağırışlar edirlər;

- Bunun paralelində İran televiziyalarında və internet resurslarında Azərbaycanın dövlət təməllərinə qarşı hədyanlar yağdırılır;

- Dövlət orqanları qarşısında İranın siyasi lüğəti ilə şüarlar səsləndirilir;

- Bu məqsədləri Azərbaycanın ictimai şüurunda ciddi müqavimətlə üzləşəndən sonra uğursuzluq burulğanında boğulduğunu görən marginal qrupa İrandan təlimat gəlir;

- Bu təlimatdan sonra ilahiyyatçı kimi tanınan şəxs həbsxanada aclıq aksiyasını dayandırır.

Hakimiyyətin və ya idarəetmə prinsiplərinin dəyişdirilməsini tələb etmək qeyri-qanuni deyil. Bu hüquqları Azərbaycan Konstitusiyası öz vətəndaşlarına tanıyır.

“KƏRİMə”yə gəlincə, bu, dövlətin təməl sisteminin dağıdılmasına çağırışdır, konstitusiya quruluşunun dəyişdirilməsinə hesablanan addımlardır.

Bu cür çağırışlara görə Cinayət Məcəlləsinin 281-ci maddəsində cəza da nəzərdə tutulub və belə hallar dövlət əleyhinə çağırışlar adı ilə hüquqi tövsif edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan cəmiyyətinin baxış bucağı ilə dövlət quruluşu paralellik təşkil edir.

Azərbaycan xalqı sekulyardır, dini inanc sistemini özünəməxsus şəkildə milli əsaslarla multikultural ənənəyə çevirə bilib.

Buna görə də yad ideoloji cisimlərə qarşı olduqca güclü immunitet formalaşıb və nə KƏRİMƏlər, nə də MƏDİNƏlər QƏRİNələr keçsə də, bu immun sistemini sıradan çıxara biləcək.

Azərbaycan xalqının fərdləri hansısa bir tərəddüd içərisində qalanda “Allah kərimdir” deyir, bu, milli inanc sisteminin yaratdığı leksikondur və bu leksikona heç kim öz zəhərli neştərini sanca bilməz. İrandan gələn “KƏRİMə” bunun önünə keçməyə çalışanda sarsıdıcı zərbə aldı və belə bir şey olsa, yenə eyni aqibətlə üzləşəcək.

İranın kəşfiyyat fəaliyyəti təkcə Azərbaycanda yox, dünyada da ifşa edilir, Tehran israilli iş adamlarının, diplomatların öldürülməsi planlarını həyata keçirə bilmir, əvəzində isə özünün alimləri bir-bir aradan götürülür.

Bu xüsusda, Türkiyə də ölkəsinin kəşfiyyat poliqonuna çevrilməməsi üçün İsraillə koordinasiyalı şəkildə iranlı kəşfiyyatçıları ifşa edir və onlar həbs olunurlar.

İran Azərbaycanla Türkiyəni rəqib, İsraili isə qatı düşmən kimi dəyərləndirir.

Hər üç ölkə isə İranın məqsədlərini puça çıxarır, bu baxımdan İranın Azərbaycanla Türkiyəni hədəf alan ideoloji tərzi davam edəcək.

Aqşin Kərimov
9-10-2021, 09:47
Bakı İranın krim-tranzitini məhv etdi - FAKT BUDUR!
5-10-2021, 20:19
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün ağzına su alıb oturmamalıdır" - ÇAĞIRIŞ
27-09-2021, 18:05
“İran “əqrəb siyasəti” yeridir! – “Azərbaycanı “sancır”, amma...”
23-09-2021, 20:38
İran nədən narahatdır? - Tehranda üçtərəfli görüşə hazırlaşırlar
16-09-2021, 20:58
“Bakı və Tehran sonunda “ortaq məxrəc” tapacaqlar” - GƏLİŞMƏ
23-06-2021, 10:23
ABŞ İranın 30-dan çox internet saytını bloklayıb
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır