Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Dövlətimiz hər zaman vətəndaşının, hərbçisinin yanındadır”
İyulun 7-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Milli Məclisdə Tərtər rayonundan olan Vətən müharibəsi iştirakçılarının bir qismi ilə görüşüb. Görüş iştirakçılarını salamlayan Sədr müavini ötən il qazanılmış tarixi Şanlı Zəfər münasibətilə görüş iştirakçılarını təbrik edib. Bildirib ki, Şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz uzun illərdir işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından həmişəlik azad edib. Qazanılmış bu tarixi qələbə hər bir Azərbaycanlının qürur mənbəyidir. Bu qələbə Ulu öndər Heydər Əliyevin dövründə ordu quruculuğu, peşəkar hərbi qulluqçuların hazırlanması, idmanda kütləviliyin təmin edilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi istiqamətində aparılan müdrik siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Xalqımızın bir yumruq kimi birləşməsi, istər ön cəbhədə, istərsə də arxa cəbhədə görülən işlər tarixi qələbəmizi təmin edib.
Sədr müavini bildirib ki, müharibədən sonrakı dövrdə aparılan abadlıq və quruculuq işləri öz bəhrəsini verir və Qarabağımıza yeni nəfəs gəlməkdədir. Şuşa şəhəri uzun illərdən sonra yenidən festivallara, mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb, infrastruktur yenidən qurulur, hava limanları tikilir, habelə ağıllı şəhər və ağıllı kənd konsepsiyaları icra olunur.
Adil Əliyev diqqətə çatdırıb ki, Şəhid ailələri və qazilərimizin qayğıları hər zaman cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Dövlət tərəfindən onların çətinliklərinin həlli istiqamətində lazımi addımlar atılır, bu məqsədlə “YAŞAT” Fondu təsis edilərək fəaliyyətə başlayıb. Eyni zamanda, cənab Prezidentin müvafiq Fərmanıyla Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərini qısa müddət ərzində həll etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının strukturlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb.
Görüşdə iştirak edən Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları Təşkilatının Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun övladı Emin Hüseynli səmimi qəbula görə təşəkkürlərini bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Vətən müharibəsi nəticəsində qazanılmış qələbədən və xalqımızın öz dədə-baba yurd-yuvalarına qovuşmasından məmnunluqlarını ifadə ediblər. Qeyd edilib ki, qazanılmış bu Şanlı qələbədən bütün Dünya Azərbaycanlıları qürur duyur.
Görüşdə iştirak edənlər ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda görüş iştirakçılarına Milli Məclisin Gənclər və idman Komitəsinin “Fəxri Fərmanı” təqdim edilib.
Görüş iştirakçıları Bakı şəhərinə səfərləri çərçivəsində Şəhidlər Xiyabanını və Hərbi Qənimətlər Parkını da ziyarət ediblər.
5-06-2021, 19:42
Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir
24-05-2021, 16:04
Milli Məclis Sədrinin müaviniAdil Əliyev: “Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu”
17-05-2021, 16:23
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi”
30-04-2021, 11:23
Milli Məclisdə gənclərlə görüş keçirilib
18-03-2021, 16:55
Milli Məclisdə görüş
22-02-2021, 10:04
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...