Adil Əliyev: Minalanmış sahələrin xəritəsinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir
İyunun 5-də Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsinin iştirakçısı, habelə müharibədə iştirak edən həkim, arxa cəbhədə fəallıq göstərmiş jurnalistlər və gənclər ilə görüşüb.Adil Əliyev şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsindən söhbət açaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdiyini, bununla da ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, insanların uzun müddət həsrət qaldıqları dədə-baba torpaqlarına qovuşduğunu bildirib. Vurğulayıb ki, istər döyüş meydanında, istərsə də danışıqlar masasında qazanılmış uğurlar düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Ermənistanın müharibədəki ağır məğlubiyyətini həzm edə, müharibədən sonrakı dövrdə ölkədə baş verən xaosu tənzimləyə bilməməsi onun dövlət olaraq tənəzzülünün əsasını təşkil edir.
Adil Əliyev, eyni zamanda, iyunun 4-də Kəlbəcər rayonunda baş verən, peşə vəzifələrini icra edərkən 2-si media nümayəndəsi olmaqla, 3 nəfərin minaya düşərək həlak olmasını Ermənistanın törətdiyi növbəti müharibə cinayət olduğunu bildirib. Habelə görüşdə iştirak edən media nümayəndələrinə Ermənistanın törətdiyi müharibə cinayətlərinin işıqlandırılmasını davam etdirmələrini tövsiyə edib. Deyib ki, dövlətimizin başçısının Ermənistanın beynəlxalq hüququn tələblərini pozduğunu, minalanmış ərazilərin xəritəsinin verilməsindən imtina etdiyini dəfələrlə beynəlxalq ictimaiyyətə çatdırsa da, bu günədək Ermənistanın bu təcavüzkar siyasətinin qarşısı alınmayıb.
“Beynəlxalq təşkilatların münaqişə ilə bağlı 30 il səssiz qalmasından sonra ölkəmiz öz suveren hüquqlarını bərpa etdi, bununla da dövlətimizin qüdrətini dünyaya bir daha göstərdi. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Xarıbülbül” musiqi festivalının keçirilməsi ölkəmizin hərbi sahə ilə yanaşı, iqtisadi və digər sahələrdəki qüdrətini də dünyaya bir daha göstərir”, - deyən Milli Məclis sədrinin müavini Vətən müharibəsindən sonrada şəhid və qazi ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, onların problemlərinin həlli məqsədilə dövlətimizin başçısının Sərəncamına əsasən “YAŞAT” Fondunun yaradıldığını, Fond tərəfindən bu sahədə genişmiqyaslı işlər aparıldığı, eyni zamanda, hər bir azərbaycanlının bu işdə daha fəal iştirakının arzuedilən olduğunu diqqətə çatdırıb.
Görüş iştirakçıları səmimi qəbula görə təşəkkürlərini bildiriblər. Vətən müharibəsi iştirakçıları, habelə arxa cəbhədə fəallıq göstərənlər tarixi Zəfərdə kiçik də olsa xidmətlərinin olmasından qürur duyduqlarını bildirib, müharibədən sonra da həkimlərimiz tərəfindən qazi və şəhid ailələrinin müalicəsi və müayinəsinin aparılmasının xalqımızın böyüklüyünün təcəssümü olduğunu qeyd ediblər. Habelə media nümayəndələri ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının, Ermənistanın müharibə cinayətlərinin geniş işıqlandırılmasının prioritet istiqamət olaraq qalacağını bildirib.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində və arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

24-05-2021, 16:04
Milli Məclis Sədrinin müaviniAdil Əliyev: “Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu”
17-05-2021, 16:23
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi”
30-04-2021, 11:23
Milli Məclisdə gənclərlə görüş keçirilib
18-03-2021, 16:55
Milli Məclisdə görüş
22-02-2021, 10:04
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı olan gənclərlə görüş keçirilib
6-11-2020, 10:56
Milli Məclis Sədrinin müavini Adil Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimovla görüşüb
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir