Fuad Heydər: Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
Möhtərəm Prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı çox mühüm məqamlarla yadda qalan böyük bir siyasi hadisə oldu. Dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-dən artıq sualını dörd dildə səlis və faktlarla cavab verdi. Dövlətimizin başçısı əsasən 44 günlük Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonrakı mövcud vəziyyət və regionda baş verən proseslər barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Mətbuat konfransının xalqımız üçün mühüm bir gündə – Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi xüsusi qeyd edilməlidir. Cənab Prezident erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə bir daha xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxarılmayacağını vurğuladı.Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana getdikcə artan maraqdan xəbər verirdi. Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici media indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi ki, bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib.
Eləcə də Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. Dövlətimizin başçısı bir neçə mühüm məqamlara diqqəti yönəldərək bildirmişdir ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır. Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındadır. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. İlk növbədə bu mərkəzin yaradılması ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılmış oldu. Türkiyə isə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etməsi Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir. Hazırda Azərbaycana Türkiyədən böyük bir heyət gəlib. 100 nəfərdən çox heyət, minaların təmizlənməsi işləri və təlim kursları aparılmışdır. Eyni zamanda, bundan sonra müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə əməkdaşlığımız davam etdiriləcəkdir. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur. Buna görə də Azərbaycanda Türk Ordusunun kiçik modelinin yaradılması nəzərdə tutulub ki, artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Bununla yanaşı, dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, xüsusi ilə də hərbi sahədəki əməkdaşlıq çox geniş inkişaf edir. 44 günlük müharibə günlərində Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlüyü təmin etmişdir. Türkiyə tərəfi ilə yeni kontraktlar imzalanaraq Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, Azərbaycan Ordusunun hərbi gücümüzü böyük dərəcədə gücləndirəcəkdir. Şübhəsiz ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığımız gündən-günə möhkəmlənir və gələcəkdə də davam edəcəkdir.
Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Bu reallıqların formalaşması Azərbaycan – Türkiyə tərəfdaşlığı və sarsılmaz dostluğu ilə bütün dünya tərəfindən qəbul edilməsində önəmli rol oynadı. Bu gün isə bu tərəfdaşlıq regionda artıq sadəcə sülhün və təhlükəsizliyin deyil, eyni zamanda da region ölkələri və qonşu dövlətlərin iştirakı ilə gələcəkdə həyata keçiriləcək yeni birgə layihələrin təhlükəsizlik təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. Bundan sonra artıq digər region ölkələri də beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılması işində fəal iştirak edəcəklər və bu da ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olacaq.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini
2-03-2021, 11:09
Prezidentin mətbuat konfransı informasiya müharibəsində Azərbaycanın daha bir uğurudur
2-03-2021, 10:25
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat
1-03-2021, 10:32
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
26-02-2021, 12:17
Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib
26-02-2021, 12:13
Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
26-02-2021, 11:50
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...