İqbal Ağazadə Ali Baş Komandana və xaricdə yaşayan azərbaycanlılara səsləndi
"Gəncəyə atılan raketlər bir daha sübut edir ki, humanitar atəşkəs düşmənə havadarları vasitəsilə fürsət yaratmaqdan başqa heç bir məqsəd güdmür.Rusiya bu münaqişədə tərəfsiz olmayıb, o hər zaman Ermənistanın dəstəkçisidir. Nə rolunu, nə də xislətini dəyişməyib.
Azərbaycan xalqı bu atəşkəsin nəticəsini belə də gözləyirdi. Biz tarixi unutmadıq. Şuşa, Laçın məhz vasitəçilər bizi atəşkəs masasına oturdanda işğal edildi.
Ümid Partiyası olaraq Ali Baş Komandanı haqq işimizi son kəndimizə bayraq sancılana kimi davam etdirməyə çağırırıq. Hamımız Vətənimizin, ordumuzun yanındayıq, əsgərik!
Qardaş Türkiyəyə səslənirik: Azərbaycana bütün sahələrdə dəstək verin, xüsusilə beynəlxalq arenda əsas ağırlıq sizin üzərinizdədir.
Xaricdə yaşayan həmvətənlərimiz bütün imkanlarını səfərbər edib haqq işimizi yaşadıqları ölkələrin səlahiyyətli qurumlarına çatdırsınlar. Özəlliklə Rusiyada yaşayan həmvətənlərimiz daha fəal olmalı, bizim müdafiəmiz üçün tatarları, başqırdları, çeçenləri, udmurtları, Dağıstan xalqlarını bu prosesə cəlb etməli, onların parlamentində müzakirə üçün imkanlar aramalıdırlar.
Güney Azərbaycanlılarımız İrandan Ermənistana gələcək hər bir dəstəyi durdurmalıdırlar, savaş davam edir.
Yəhudi dostlarımız hər zaman Azərbaycanla birlikdə olublar, bu gün onların dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, xalqımızı sevən yəhudi dostlarım imkanlarını əsirgəməyəcəklər.
Nəhayətdə, xalqımız birlik və bərabərliyini davam etdirməli, düşmən təxribatının bizi parçalamağa yönəlik addımlarına daha sıx birləşməyimizlə cavab verməliyik.
İşğalı aradan qaldırmaq istiqamətində Xalq-Dövlət birliyimizi sarsıtmaq üçün hər cür təsir və təzyiqlərlə bizi atəşkəs masasına oturtdular. Bilirlər ki, birliyimizi parçalayacaq ilk şey atəşkəsdir. Ona görə ordan başlayırlar.
İqtidar xalqımıza, birliyimizə, ordumuza güvənərək bütün təzyiqlərə sinə gərib haqq işimizi davam etdirməli, biz isə birliyimizi qorumalıyıq.
Atəşkəs pozulub artıq, düşmən bunu göstərdi!
Qarabağsız Azərbaycan yoxdur!
Hamımız əsgərik!"
İqbal Ağazadə
Ümid Partiyasının sədri
1-10-2020, 11:15
Azərbaycan əsgəri, Azərbaycan zabiti vətəndaşlıq borcunu şərəflə yerinə yetirir
30-09-2020, 10:16
Milli Məclis Sədrinin müavini Adil Əliyev: “Zəfər bizimdir!”
29-09-2020, 12:12
“İlham Əliyevin ətrafında səfərbər olmuşuq”
16-07-2020, 13:12
Vaşinqtonda Azərbaycan diplomatları Türkiyəyə dəstək ifadə ediblər
16-04-2020, 18:30
Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ: 5 gün ardıcıl...
28-12-2018, 12:38
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...