Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar tədbir keçirilib. Bu barədə AZƏRTAC-a nümayəndəlikdən məlumat verilib.Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük bayramıdır. Bu gün Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır. Bunun üçün isə, ilk növbədə, dünyanın müxtəlif ölkələrində, tarixi vətənlərindən uzaqlarda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, strateji məqsədin, birliyin, bərabərliyin möhkəmləndirilməsi son dərəcə zəruri olan məsələlərdəndir. Məhz buna görə də əvəzsiz şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev fəaliyyəti dövründə bütün məqsədyönlü işlərlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin qurulmasına, onların milli həmrəyliyinin təmin olunmasına yaxından diqqət yetirib, səfərdə olduğu xarici ölkələrdə yaşayan soydaşlarımızla görüşüb, onlarla səmimi müzakirələr aparıb, bir sözlə, bu istiqamətdə real ardıcıl tədbirlər həyata keçirib. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Ümummilli Liderimizin səyi nəticəsində istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ide¬ologiya və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsinə nail olunub, dünyada yaşayan azərbaycanlıların malik olduqları potensialın ümummilli maraqlara, problemlərin həllinə yönəldilməsi işi uğurla təmin edilib. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci ildə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib, həmin günün hər il bütün ölkədə dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırıb. Həmin qərara əsasən, 1991-ci ilin son günü –dekabrın 31-də Həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunub.
Bildirilib ki, dövlət müstəqilliyinin qorunub saxlanılmasının ən vacib şərtlərindən biri məhz xalqın milli birliyə və həmrəyliyə malik olmasıdır. Ümummilli həmrəylik xalqın və onun qurduğu dövlətin güclənməsinə, qüdrətlənməsinə o zaman səbəb olur ki, o, özünü təkcə hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Bu mənada ulu öndər Heydər Əliyevin aşağıdakı müdrik fikirləri milli həmrəyliyə və milli birliyə ən müdrik çağırış hesab olunur: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır”. Ulu Öndərin dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, bu siyasi xətt dahi şəxsiyyətin ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən işlərdən, uğurlu nəticələrdən bəhs edən Bəxtiyar Əsgərov deyib: “Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişləndirilməsi muxtar respublikanın daha da müasir görkəmə qovuşmasına zəmin yaradıb. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri bu qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoyub. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzinə çevrilib. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz azərbaycançılıq amalı, Heydər Əliyev ideyaları ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edir. Bu gün müstəqil Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların yeganə istinadgahıdır, ümid yeridir. Vətənimizin bütövlüyü, onun suverenliyinin bərpası, üçrəngli bayrağımızın tezliklə işğal altında olan bütün torpaqlarımızda, doğma Qarabağda dalğalanması üçün həmrəyliyimizin daimi olması əsas hədəfdirsə, müstəqil dövlətimizin qorunması, onun siyasi-iqtisadi təməlinin daha da möhkəmləndirilməsi də hər bir azərbaycanlının ümdə vəzifəsidir.
28-12-2018, 12:39
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Madriddə də qeyd edilib
27-12-2018, 13:24
Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahı
26-12-2018, 13:52
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb
24-12-2018, 13:37
Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib
2-12-2018, 12:16
Daşkənddəki Diplomatiya Məktəbində təşkil edilən tədbirdə ölkəmiz də təmsil olunub
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır