Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir - TƏHLİL
Siyasət
Oxunub: 210
19 Eyl 2020 | 11:03
Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir - TƏHLİL Çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Müasir dövrümüzdə buna nail olmaq asan deyil. Belə ki, son onilliklərdə informasiya-kommunikasiya texnologiyalarının misli görünməmiş inkişafı informasiyanın əldə olunması, hazırlanması, yayılması ilə bağlı çox böyük imkanlar yaratdığı kimi yeni çağırışlar, təhdidlər də meydana gətirib və bu baxımdan, Azərbaycanın belə təhdidlərə qarşı duruş gətirməsi dünya tərəfindən qəbul edilir. Xüsusən dini ekstremist ideyaların yayılması və ona qarşı mübarizə Azərbaycanda əsas təsisatlardan biri kimi nəzərdən keçirilir. Bu, ilk növbədə onunla şərtlənir ki, dini ekstremist ideologiyalar və cərəyanların ideoloqları çox asanlıqla kütləvi auditoriyaya çıxış imkanları əldə ediblər. Ötən əsrdə buna nail olmaq üçün çox böyük resurslar tələb olunurdusa, hazırda insanlara, geniş auditoriyaya xitab etmək olduqca asanlaşıb. Sosial şəbəkələrin meydana gəlməsi, KİV-in sayının kəskin artması yeni tribunalar yaradıb. Dini ekstremizm və etnik separatizmin ideoloqları müxtəlif vasitələrlə bir çox hallarda sosial şəbəkələri, KİV-i, vətəndaşları bu ideyaların ötürücüsünə, yayımçısına çevrilməsinə çalışırlar.
Azərbaycanda dini etiqad azadlığı mövcuddur, bu bəzən dini ekstremizm ideoloqları tərəfindən məharətlə istifadə edilir. Reytinq, auditoriyanın diqqəti uğrunda sərt rəqabət, amansız mübarizə KİV-in bu və ya digər hadisə ilə əlaqədar reaksiyası və davranışı üçün müəyyən şablonlar yaradır, dini ekstremist cərəyanların ideoloqları bundan məharətlə istifadə edir. Başqa ciddi problem peşəkarlığın azalması və redaksiya siyasətinin reytinq mübarizəsi şərtləri ilə formalaşmasıdır. Sosial şəbəkələrdən istifadə edənlərin sayının çoxalması, informasiyanın ötürülməsi və yayımlanmasının yeni texniki vasitələrinin meydana gəlməsi peşəkarlıq amilini arxa plana keçirib. Bu amil də dini ekstremizm ideoloqları üçün imkanlar yaradır. Tədqiqatçılar qeyd edirlər ki, dini ekstremist cərəyanlar, terrorçular öz fəaliyyətlərini planlaşdırarkən məhz bu iki amili nəzərə alırlar. Bu cür fəaliyyətlər üçün ilk növbədə ictimai diqqəti çəkmək əsas vəzifədir. Terrorizmin tanınmış tədqiqatçılarından biri Yan Hartman qeyd edir ki, “terror aktının publikliyi terror strategiyasının əsas başlıca elementidir. Əgər terror aktı ictimaiyyətdə informasiya rezonansı yaratmırsa, bu, sosial münaqişə aləti kimi faydasız olur”.
Analoji strategiya dini ekstremist cərəyanlara da aiddir. Dini ekstremist cərəyanlar, onların ideoloqları ictimai dini zəmində ayrı-seçkilik, təfriqə yaradan zorakılığı təbliğ edən konkret məsələlərə kökləməyə çalışır və mümkün qədər böyük informasiya rezonansına nail olmağa səy göstərirlər. Eyni zamanda, konkret dinin, dini cərəyanın, yaxud sektanın üstün olması barədə KİV və jurnalistlərdən istifadə edərək, rəy yaratmağa, tolerantlıq, multikulturalizm mədəniyyətinin əsaslarını sarsıtmağa çalışırlar.
Bu cür fəaliyyətlərin, strategiyaların qarşısının alınması üçün dövlətlər, beynəlxalq təşkilatlar, jurnalist təşkilat və birlikləri, həmçinin redaksiyalar qanunvericilik islahatları həyata keçirir, peşə standartları və etik davranış qaydalarını, nəzarət mexanizmlərinin yeni reallıqlara cavab verməsinə səy göstərirlər. İlk növbədə təkmil normativ baza vacib şərt sayılır. Normativ baza redaksiyalar və jurnalistlər üçün əsas oriyentr rolunu oynamalıdır. İctimai rezonansa səbəb ola biləcək, ələlxüsus, dini ekstremizm, terrorizmlə bağlı məsələlərin işıqlandırılması məsələləri qanunvericiliyin, peşə standartlarının tələbləri nöqyeti-nəzərindən dəyərləndirilməlidir.
Bu sahədə Azərbaycan qanunvericiliyi müasir çağırışları kifayət qədər nəzərə alır. “KİV haqqında” qanunun 10-cu maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”.
Sözügedən qanunun 11-ci maddəsində ayrıca qeyd olunur ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanununun 9.3-cü maddəsi dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması ilə bağlı və xüsusən dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatların yayılmasını qadağan edir.
Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının 3.11-ci maddəsində göstərilir ki, “Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır”.
Sözügedən qaydaların 3.12-ci maddəsində qeyd olunur ki, “jurnalist və redaksiya terror hadisəni şişirdən, terrorçuların məqsədinə xidmət edən qorxu effekti yaradan, terroru öyən və terror hərəkətinə bəraət qazandıran reportajlar verməməlidir”.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd olunur ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi “terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; Zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar barədə informasiya yerləşdirməməlidir”.
Ekspertlərin fikrincə, cəmiyyətin dini ekstremizmə qarşı mübarizədə rolu ilə bağlı aşağıdakı məsələlər xüsusilə önəm kəsb edir. Dini ekstremist cərəyanlar və onların ideoloqlarına onların imkanların, ən başlıcası isə nüfuz və reputasiyasından istifadə etməyə imkan verilməməsi; insanların həyatı və təhlükəsizliyinin bütün məsələlərdən öndə olmasının qəbul edilməsi; dini ekstremizm fəaliyyəti barədə əldə olunan məlumatların dərhal hüquq-mühafizə orqanlarına verilməsi; informasiya qaynaqlarına xüsusi həssaslıqla yanaşılması, hər bir məlumatın kütləvi ajiotaja səbəb ola biləcəyinin diqqətdə saxlanılması; baş vermiş hadisələrin hər hansı dinlə əlaqələndirilməsinin yol verilməzliyinə nail olmaq. Bütün bu sadalanan problemlərin həlli istiqamətində rəsmi Bakı müsbət dönüş yarada bilib. Bakı Dünya Dini Liderlərinin Zirvə Görüşlərinə, sivilizasiyalar və mədəniyyətlərarası dialoq forumlarına və digər bu kimi mötəbər tədbirlərə ev sahibliyi edir. Bir sözlə, bütün dünya “Azərbaycan təcrübəsi”ndən yararlanır.

APA Analitics
17-09-2020, 13:03
İlham Əliyev yeni çağırışlara uyğun iqtisadi baza formalaşdırır
9-09-2020, 10:41
Ermənistanın Azərbaycanda dini, mədəni və tarixi irs nümunələrinə qarşı törətdiyi cinayətlər bəşəriyyətə qarşıdır - Aydın Quliyev
21-08-2020, 14:55
Azərbaycanda ilk innovativ rəqəmsal kitab nəşr olundu
28-07-2020, 11:41
Prezidentdən Qurban bayramı münasibətilə Azərbaycan xalqına TƏBRİK
8-01-2019, 14:30
QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri “House of One-Vəhdət Evi” Fondunun sülhməramlı səfiri seçilib
5-11-2018, 18:33
İlahiyyat İnstitutunun məzunları üçün iş imkanları yaradılacaq
Bugün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Bugün, 15:04
Harri Kasparov həbs olundu
Bugün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Bugün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Bugün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Bugün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Bugün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Bugün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Bugün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Bugün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir