İlham Əliyev yeni çağırışlara uyğun iqtisadi baza formalaşdırır
Prezidentin mütərəqqi islahatları postpandemiya dövründə Azərbaycanın hərtərəfli yüksəlişi üçün yol xəritəsi olacaqQlobal böhran səbəbindən dünya iqtisadiyyatında potensial artım templərinin aşağı düşməsi, ilin əvvəlindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışlar müəyyənləşdirib.
Bu səbəbdən də həyata keçirdiyi islahatlarla Azərbaycanın uzunmüddətli dövr üçün dayanıqlı inkişafinı təmin edən Prezident İlham Əliyev yeni çağırışları şərtləndirən addımlar atır, mühüm qərarlar qəbul edir. Ən islahatçı Prezidentin bu gün reallaşdırdığı iqtisadi islahatlar postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını təmin edir.
İqtisadiyyatın tənəzzülündən yüksəliş mərhələsinə keçidi şərtləndirən islahatlar
Hazırkı əlverişsiz qlobal mühitdə əsas məqsəd isə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlər yaratmaqdır.
Təbii ki, dünya iqtisadiyyatını son 8 ayda iflic duruma salan qlobal böhran bütün ölkələrin iqtisadi durumuna mənfi təsirlərini bu gün də göstərməkdədir. Ancaq etiraf etməliyik ki, böyük dövlətlərin iqtisadiyyatındakı tənəzzül 20-31 faiz həddinə yüksəldiyi halda, Azərbaycanda bu rəqəm cəmi 2,8 faizdir. Ancaq onu da vurğulamalıyıq ki, Azərbaycan pandemiya ilə mübarizə tədbirlərini yalnız öz iqtisadi imkanları çərçivəsində reallaşdırıb. Yəni bəzi ölkələr kimi nə beynəlxalq təşkilatlardan ianə alıb, nə də hansısa dövlətlərdən yardım istəyib. Dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər, vətəndaş sağlamlığının qorunması istiqamətində atılan addımlar, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində qəbul edilən dəstək proqramları digər ölkələr üçün nümunəvi xarakter daşıyıb. Məhz bu tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizdə koronavirusla mübarizədə müsbət dinamika müşahidə olunur.
Normal həyata qayıdış isə dövlətin postpandemiya dövrü üçün yeni çağırışlara adekvat addımlar atmasına real zəmin yaradır. Buna görə də Prezident İlham Əliyev hər zaman olduğu kimi, uzaqgörən siyasəti ilə növbəti ildə iqtisadiyyatın hazırkı tənəzzüldən yüksəliş mərhələsinə qədəm qoyması üçün mütərəqqi islahatlarını reallaşdırmağa başlayıb.
Prezidentin iqtisadiyyatın liberallaşdırılması istiqamətində atdığı addımlar, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin, İqtisadi Şuranın yaradılması islahatların tərkib hissəsidir.
Dövlət başçısı hesab edir ki, əldə edilmiş sosial-iqtisadi göstəricilərin qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Bunun üçün isə milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək tələb olunur.
Qlobal böhran göstərdi ki, daha çevik, operativ qərarların qəbul olunması, korporativ idarəçilikdə yeniliklərin tətbiq edilməsi və bəzən mərkəzləşdirilmiş siyasətə üstünlüyün verilməsi yarana biləcək daha böyük problemlərin qarşısının alınmasında öz faydasını verə bilər.
Buna görə də ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığının artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, idarəçilik modelinin təkmilləşdirilməsi və nəticədə dövlət büdcəsinin səmərəli istifadə olunmasını təmin etmək zərurəti yaranıb. Bu da, əlbəttə ki, müasir çağırışlar, yeni trendlər fonunda iqtisadiyyatın liberallaşdırılması nəticəsində reallaşa bilər.
Bir sözlə, İlham Əliyev qlobal böhran şəraitində həyata keçirdiyi struktur islahatları ilə iqtisadi və korporativ idarəetməni daha da modernləşdirir. Dövlət başçısı çevik, şəffaf, obyektiv informasiya sisteminə əsaslanan və ayrı-ayrı strukturları bir tam halında sinxronlaşdırmağı bacaran yeni idarəetmə modeli yaradır.
Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı iqtisadi strategiyası böhran şəraitində belə sosial-iqtisadi və struktur islahatlarının həyata keçirilməsinə təkan verir.
İstənilən böhranla mübarizə aparmağa qadir olan dövlət
Son 8 ayda Azərbaycanda reallaşan sosial-iqtisadi layihələrə nəzər yetirsək görərik ki, İlham Əliyev həm vətəndaş sağlamlığının qorunması, həm də sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edib, böyük layihələr reallaşdırıb. Bütün bunları isə dövlət öz imkanları hesabına həyata keçirib.
Yəni bu çətin dönəmdə Azərbaycan heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almayıb. Dünya ölkələrinin əksəriyyəti maddi yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda, Azərbaycan heç kimdən yardım almadan, öz imkanları hesabına yaşayır. Hətta dövlətin xarici borcu da əksər ölkələrlə müqayisədə aşağı səviyyədədir.
Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin iqtisadi islahatları nəticəsində əldə edilən bazanın hesabına reallaşır. Dövlət başçısının söylədiyi kimi, bununla da Azərbaycan istənilən böhranla mübarizə aparmağa qadir olan dövlət olduğunu təsdiqləyir.
Pandemiya ilə mübarizə tədbirləri fonunda ölkə iqtisadiyyatında 8 ayda 2,8 faizlik azalma müşahidə olunsa da, qeyri-neft sektorundakı 1,6 faizlik artım sevindirici haldır. Çünki bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir. Həm də onu təsdiq edir ki, Azərbaycanda qeyri-neft sektoru qlobal böhran şəraitində də inkişafdadır.
İqtisadçılar ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağını proqnozlaşdırırlar. Qeyd edilir ki, neftin qiyməti 35 dollar olacağı halda ölkəmizdə ÜDM-in həcmi 2021-ci ildə 3 faiz, 40 dollar olacağı halda 3,4 faiz, 45 dollar olacağı təqdirdə isə 3,8 faiz artacaq. Proqnozlara görə, 2021-ci ildə ölkəmizdə ən sürətli inkişaf tempinə 35,7 faizlə turizm sektoru başçılıq edəcək. Daha sonra informasiya və rabitə (9 faiz), kənd təsərrüfatı (4,9 faiz) sektorlarının artımı gözlənilir.
Göründüyü kimi, postpandemiya dövrü üçün verilən proqnozlar nikbinlik yaradır. Bu, bir daha onu göstərir ki, İlham Əliyevin inkişaf konsepsiyası Azərbaycanın hərtərəfli yüksəlişi üçün yol xəritəsidir.
Ümumiyyətlə, İlham Əliyevin həyata keçirdiyi islahatlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edib. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılıb.
Prezidentin yeni çağırışlara uyğun reallaşdırdığı islahatlar da ondan xəbər verir ki, postpandemiya dövründə ölkə iqtisadiyyatının dayanıqlığı təmin ediləcək və Azərbaycan iqtisadi cəhətdən heç bir sıxıntı yaşamayacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
2-09-2020, 12:08
Sosial Tədqiqatlar Mərkəzi “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda tədqiqat aparıb
19-06-2020, 23:50
Anar Məmmədov: Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi
15-06-2020, 17:06
Sahibə Qafarovadan islahatlarla bağlı AÇIQLAMA
17-04-2020, 21:33
Milli Məclisin sədri Sahibə Qafarova: Ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir
14-04-2020, 21:18
Prezident videomüşavirə keçirdi: "Dərin islahatlar ili olacaq"
6-12-2018, 21:46
Eldar Yunusov:Azərbaycan yüksək sürətlə inkişaf edir
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...