Ermənistanın Azərbaycanda dini, mədəni və tarixi irs nümunələrinə qarşı törətdiyi cinayətlər bəşəriyyətə qarşıdır - Aydın Quliyev
Prezident İlham Əliyev Azərbaycana yeni təyin edilmiş İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən Ermənistanın təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar fəlakətlərinin miqyasına bir daha diqqət cəlb etdi.Bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin fikir və mülahizələrinin ən dəyərli təsiri ondan ibarətdir ki, Azərbaycan lideri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları və işğal siyasətinin Azərbaycanın sadəcə 20 faiz ərazilərinin qoparılması ilə nəticələnmədiyini, üstəlik xalqımızın amansız etnik təmizlənməyə məruz qoyulduğunu, vəhşi qətliamlar qurbanına çevrildiyini, müqəddəs islami dəyərlərimizin təhqir edildiyini, tarix və mədəniyyət abidələrimizin vəhşicəsinə dağıdıldığını, korlandığını, memarlıq və arxeoloji dəyəri böyük olan saysız eksponatlarımızın talan edildiyini və özgəninkiləşdirildiyini bəşəriyyətə və insanlığa qarşı ən ağır cinayət əməlləri kimi inamlı şəkildə sübut etdi:
"Qiymətli mədəni irs və mənəvi sərvət nümunələri sayılan abidə və eksponatların planlı şəkildə məhv edilməsi Ermənistanın Azərbaycana qarşı təkcə əsassız ərazi iddiaları siyasəti aparmadığını, eyni zamanda etnik, dini genosid siyasəti apardığını sübut edir.
Ermənistanın dövlət siyasəti səviyyəsində islami dəyərləri alçaldaraq hətta məscidlərə heyvanat buraxmaq kimi cinayətlərə yol verdiyini hörmətli İran səfiri ilə müzakirə mövzusuna çevirməklə Prezident İlham Əliyev bütün İslam dünyasının ali mənafeləri çərçivəsində olan strateji təsirli prosesə yeni təkan verdi. Azərbaycan Prezidenti İslam dünyasında həmrəylik və birliyin daha da möhkəmləndirilməsini əsas vəzifələrdən biri kimi təsadüfən xatırlatmadı. Azərbaycan Prezidenti bununla bütün İslam dünyasının dini irs və dəyərlərimizin müdafiəsi ətrafında daha sıx birləşmək strategiyasının nə qədər əhəmiyyətli və vacib olduğunu yenidən ortaya qoydu. Azərbaycan Prezidenti aydın və təsirli mesaj verdi ki, Ermənistanın İslam dini dəyərlərinə və müqəddəslərə təhqiramiz qeyri-insani münasibətinə hamılıqla kəskin reaksiya verilməməsi İslam dünyasında həmrəyliyin dərinləşməsinə ən dağıdıcı təsir göstərən faktordur. Ermənistanın işğal altındakı ərazilərdə məscidlərə həqarət etməsi tək Azərbaycana qarşı deyil, bütün insanlığa və islam dünyasına həqarətdir".
Ekspert deyib ki, həqiqətən də məscidlərə heyvan bağlayan bir təcavüzkar dövlətin eyni vaxtda başqa İslam ölkələri ilə yaxınlaşmaq cəhdləri ilk növbədə qonşumuz İran kimi dini dəyərlərin aliliyinə ilahi həqiqət qədər ardıcıl önəm verən İslam dövlətlərini narahat etməlidir: "Ekspertlərin hələ 1994-cü ilin reallıqları ilə apardıqları hesablamalar Ermənistanın Azərbaycana hərbi təcavüzlə azı 23 trilyon manat ziyan vurduğunu mübahisəsiz təsdiqləyib. Lakin dini, mədəni və tarixi irsin təkrarsızlığı nəzərə alınarsa, Ermənistanın məhv etdiyi tarixi mədəni və mənəvi irs nümunələrinin real dəyərini dolğun hesablamaq sadəcə mümkün deyil.
Bütün bu faktlar Ermənistanın sadəcə təcavüzkar və işğalçı olduğunu yox, həm də faşist və vandal təbiətli dövlət omduğunu sübut edir. Faşist Almaniyasının hitlerçi məfkurə daşıyıcılarının işğal etdikləri ərazilərdən mədəni sərvətləri talan edib daşımaq, məhv etmək siyasətini eynilə Ermənistanın dövlət rəhbərləri Azərbaycan ərazilərində törədirlər. Ən bağışlanmaz cinayət isə odur ki, Ermənistan bu cinayətləri həm də məscidlərə qarşı törədib.
Azərbaycan Prezidentinin toxunduğu fakt və mətləblər dünyanın diqqətini bir daha ona cəlb etdi ki, Ermənistanın Azərbaycan torpaqlarında dini, mədəni və tarixi irs nümunələrinə qarşı törətdiyi cinayətlər 1954-cü il beynəlxalq Haaqa konvensiyasına, 1992-ci il Avropa konvensiyasına, 1972-ci il YUNESKO konvensiyasına və saysız-hesabsız digər beynəlxalq humanitar hüquq aktlarına tamamilə zidd olmaqla bəşəriyyətə və insanlığa qarşı cinayət xarakteri daşıyır".
13-08-2020, 11:55
İlham Əliyev Vladimir Putinə zəng edib
29-07-2020, 09:32
Mikayıl Cabbarov: Ermənistanın təcavüzkar siyasəti bölgədəki iqtisadi əməkdaşlığın genişlənməsinə ciddi maneələr yaradır
19-06-2020, 23:50
Anar Məmmədov: Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi
4-06-2020, 22:33
Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb
16-12-2018, 13:21
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub
21-11-2018, 13:21
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...