Ermənilər Laçında doqquzuncu əsrə aid abidəyə saxta “tarixi lövhələr” yerləşdiriblər
Mədəniyyət
Oxunub: 376
3 Ara 2020 | 10:56
Ermənilər Laçında doqquzuncu əsrə aid abidəyə saxta “tarixi lövhələr” yerləşdiriblər Laçında alban xristian memarlığının ən möhtəşəm incilərindən olan Ağoğlan məbədinin üzərində alban dövrünə aid ornamentlər silinib, abidənin üzərində erməni dilində 26 ədəd saxta "tarixi” lövhə yerləşdirilib.
Bunu AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.
Onun sözlərinə görə, kompleksin ərazisində Ermənistanda istehsal olunan və qədimlik görkəmi verilən, məbədə və əraziyə heç bir aidiyyəti olmayan xaç daşları basdırılıb.
E.Kəlbizadə bildirib ki, Ağoğlan məbədinin erməniləşdirilməsi prosesinə 1992-ci ildə işğaldan dərhal sonra başlanılıb:
"Laçın rayonunun tarixi abidələri ermənilər tərəfindən məhv edilib. Rayonun ərazisindəki Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar baxımsız vəziyyətdə qalıb, abidələr dağıdılıb.
İşğaldan əvvəl rayon ərazisində geniş yayılmış daş heykəlləri, xüsusən qoç və at fiqurlarının bir qismi ermənilər tərəfindən oğurlanıb, bir qismi isə məhv edilib. Bununla yanaşı, 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş Laçın Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binası və 10 mindən artıq eksponatı məhv edilib və aparılması mümkün olanlar isə daşınıb”.
E.Kəlbizadə əlavə edib ki, ümumilikdə işğala qədərki dövrdə Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr var idi:
"Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.
Qədim türk yurdu Laçında məskunlaşmanın tarixi ən geci eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Bununla yanaşı, Qobustan və Gəmiqayadan sonra Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılmışdır. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir”.
1920-ci il noyabrında keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Azərbaycan torpağı olan Zəngəzur bölgəsinin 2 yerə bölündüyünü xatırladan tarixçi alim əlavə edib ki, nəticədə Zəngəzur qəzasının 6 min 742 kvadrat verstlik ərazisindən 3 min 105 kvadrat versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qalır, 3 min 637 kvadrat verstlik hissəsi isə Ermənistana verilir.
Tarixçi qeyd edib ki, əzəli türk yurdu olan Laçın işğalçı Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji əhəmiyyətli rayondur:
"Birmənalı şəkildə demək lazımdır ki, 1992-ci ildə Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması və işğalın bu qədər uzun sürməsi mümkünsüz olacaqdı”.
1-12-2020, 10:41
Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
5-11-2020, 10:40
Şuşanın bütün abidələri türk-müsəlman dünyasının ruhunu daşıyır
27-10-2020, 10:46
Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim
15-10-2020, 10:08
Dini icma sədri: Keşikçidağ qədimdən alban kilsəsi olub
23-09-2020, 11:26
Tarixçi: Ermənilər Azərbaycanın qədim alban və xristian abidələrini məhv edirlər
17-09-2020, 12:30
İmişlidə orta əsrə aid Gözətçi qalasının qalıqları aşkarlanıb
Bugün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Bugün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Bugün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Bugün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Bugün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Bugün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Bugün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"