"Patı" satılan daha bir neçə yer İFŞA EDİLDİ
Hadisə
Oxunub: 411
15 Tem 2021 | 11:00
"Patı" satılan daha bir neçə yer İFŞA EDİLDİ Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonunda həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb. Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.
Baş İdarə əməkdaşlarının Yevlax rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz olaraq kultivasiya ilə məşğul olan Səbuhi Məmmədov saxlanılıb. Onun yaşadığı Aşağı Qarxun kəndindəki evinin həyətinə baxış zamanı 9 kiloqram 450 qram qurudulmuş marixuana və 7 kiloqram 800 qram yaş halda çətənə kolu aşkar olunub. Səbuhi Məmmədov çətənə kollarını satmaq məqsədi ilə xüsusi qulluq edərək yetişdirdiyini bildirib.
Binəqədi rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakinləri Vüqar Hüseynov və Kamil Rəşidov saxlanılıblar. Onların üzərlərindən və Kamil Rəşidovun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı ümumilikdə 9 kiloqram heroin və 1 kiloqram 50 qram “patı” “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı Vüqar Hüseynov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşının Binəqədi rayonu ərazisində əvvəlcədən yerləşdirdiyi yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Vüqar Hüseynov həmyerlisi Kamil Rəşidovla birlikdə həmin narkotik vasitələri, yəni heroini və “patı” adlanan metamfetamini Bakı şəhərində müxtəlif ünvanlara qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satışını təşkil etməli imiş.
Baş İdarə əməkdaşlarının Yasamal və Xətai rayonlarında həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Vüsal İbrahimov və Babək Ağayev saxlanılıblar. Həmin şəxslərdən, həmçinin, onların yaşadıqları ünvanlardan müvafiq olaraq 21 və 165 qram metamfetamin, eləcə də, heroin aşkar edilib.
Baş İdarə əməkdaşlarının paytaxtın Nizami rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər əvvəllər məhkum olunmuş Elşən Əyyubov və Samir Əliquliyev saxlanılıblar. Onlardan ümumilikdə 7 qrama yaxın narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Baş İdarə əməkdaşlarının Nərimanov rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Azər Fətullayev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumilikdəm 725 qram heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən Xəzər rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan Binə qəsəbəsi sakini Cavid Cəfərov və Buzovna qəsəbəsi sakini Şahrza Məlikov saxlanılıblar. Onlardan müvafiq olaraq 150 və 67 qram heroin və metamfetamin aşkar olunub.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında həyata keçirilən əməliyyatlar Baş İdarənin sosial şəbəkələrdəki yeni yaradılan səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. Həmin məlumatları göndərən şəxslərə Baş İdarə adından təşəkkürümüzü bildirik.
6-07-2021, 11:29
Sosial şəbəkələrdə narkotik və psixotrop maddələr satan 9 nəfər saxlanılıb
19-04-2021, 10:28
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
11-01-2021, 11:30
Avtomobilində narkotik satan silahlı şəxs zərərsizləşdirildi
22-04-2020, 20:01
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb
14-04-2020, 11:13
İrandan narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
21-01-2020, 12:40
Polis 4 rayonda əməliyyat keçirib, saxlanılanlar var
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"