Cəmiyyətdə ailə anlayışı nə üçün BU QƏDƏR ZƏDƏLƏNİB?
"Gəlin mənim süpürgəmdir, harada qoydum, orda da durmalıdır". Məşhur "Qaynana" filmində işlənən bu cümlə bu gün də Azərbaycan ailələrində keçərlidir. Tək fərq odur ki, bu dəfə bəylər ailədə yalnız onların sözünün keçməsini tələb edir.Sosial şəbəkələrdə ailədaxili münaqişələr, xəyanət, zorakılıq üstündə boşanmalara dair xəbərlərin sayı artmaqdadır. Bütün bu proseslərin səbəbləri müxtəlifdir. Məsələyə iki cəbhədən fərqli münasibət bildirən şəxslər arasında müzakirələr isə bitib-tükənmək bilmir. Kişilər qadınlarda, qadınlar isə əksinə, günahı kişilərdə görür.
Milli.az gencaile.az-a istinadən bildirir ki, bəs görəsən, tərəfləri bir-birinə xəyanət etməyə vadar edən səbəblər nələrdir? Pul, rahat həyat? 30 yaşdan sonra tapılan sevgi? Cəmiyyətdə ailə anlayışı nə üçün bu qədər zədələnib?
İlk olaraq problemi yaradan psixoloji nüanslara aydınlıq gətirməyə çalışdıq. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bu gün ölkədə mental dəyərlər, ictimai qınaq imkan vermir ki, iki insan bir-biri ilə tam səmimi ünsiyyət qura bilsin:
"Bu isə çoxsaylı problemlərin təməlini qoyur, eləcə də, xəyanətin. Əslində, xəyanətə bir çox səbəb sadalamaq olar - məcburi evliliklər, erkən nikahlar, məntiq evliliyi, tərəflərin bir-birini hansısa maraqlara görə seçməsi və s. Amma bütün bunlar səbəb deyil, sadəcə, bəhanədir. Hər bir özünü dərk edən insan birinci növbədə başa düşməlidir ki, xəyanət edən zaman özünü aldadır. Çünki insan şüurlu şəkildə düşünə bilirsə və evliliyində xoşbəxt deyilsə, o zaman sivil qaydada ya boşanmalıdır, ya da evliliyini xilas etmək üçün əlindən gələni etməlidir.
Belə deyək, insan kənarda xoşbəxtlik axtarırsa, bu həmin insanın qərarsızlığına və özünü idarə edə bilməməsinə dəlalət edir. İki insan münasibətlərində soyuqluq hiss edirsə, bu münasibətin xəyanətə və ya daha başqa problemlərə yol açacağını düşünürsə, ailə psixoloquna müraciət edə bilər. Bu məsələnin əsas səbəbləri araşdırılmalıdır".
Psixoloq deyir ki, ölkədə mədəni, sivil yolla boşanma mədəniyyəti formalaşmayıb:
"Ölkədə boşanma baş verirsə, ya qadına əxlaqsız damğası vurulur, ya da kişi narkoman, içki düşkünü "çıxır". Başqa cür olmur. Amma bu, düzgün deyil. İki insan sivil qaydada boşanmalıdır ki, sabah qarşı-qarşıya gələndə bir-birinin üzünə baxa bilsinlər, xəyanət qədər iyrənc vəziyyətə gəlib çıxmasınlar.
Xəyanətə uğrayan insan, təbii ki, "eqosu" tapdanmış biridir. Bu insan heç vaxt ilk növbədə özünü düşünmür. O düşünür ki, cəmiyyət nə deyəcək? Baxın, bu, əsas problemdir. Cəmiyyətin düşüncəsi. Xüsusən də kişilərə bu düşüncə daha ağır gəlir və bunun qarşılığında onlar fiziki zərbələrə əl atırlar. Yaxşı olmazmı ki, həmin an, sadəcə, danışıb bunun səbəblərini aydınlaşdırsınlar?
Xəyanətə uğrayan şəxsdə yox, xəyanət edən şəxsdə problem olur. Ona görə xəyanətə uğrayan şəxslər bunu özlərinə götürüb psixoloji təzyiq altında qalmamalıdırlar. Axı biz insanıq, danışıb həll olunmayacaq problem yoxdur. Amma təəssüf ki, insanlar həmin situasiyanın təsiri altında sağlam qərar verə bilmir. Bu məsələnin gizli qalmasını istəsələr də, davranışları problemi cəmiyyətə daha çox bəlli edir və hər kəs bu məsələdən xəbərdar olur. Elə son dövrlər sosial şəbəkələrdə müzakirə edilən məsələlər kimi.
Xəyanətə uğrayan qadın və kişi eqosunu təmin etməyə çalışır. İnsanların yazıqlıq manipulyasiyasından istifadə edirlər ki, boşanmaya görə cəmiyyət tərəfindən qınanmasınlar. İnsan bu kimi hallarda sağlam düşünə və doğru qərar qəbul edə bilmədikdə yaxşı olar ki, psixoloqa müraciət etsin ki, qorxunc davranışlara yol verməsin.
Cəmiyyətdə belə bir düşüncə var ki, psixoloqa gedənlər dəli olur. Psixiatriya başqa sahədir, psixologiya başqa. Bunu, sadəcə, başa düşmək lazımdır".
Keçmişdə ailə quran insanlarla gənc nəslin müqayisəsini düzgün hesab etməyən psixoloq qeyd edib ki, o dövrdə qadınların söz hüququ, demək olar ki, yox səviyyəsində idi:
"Qadınlar ailə quran zaman söz haqları, seçim hüquqları, demək olar ki, olmayıb. Amma bu gün qadınlar öz ayaqları üzərində dayanır, öz haqlarını daha yaxşı bilir. Təbii ki, keçmişdə vəziyyət belə deyildi. Qadına qarşı xəyanət, təzyiqlər heç vaxt müzakirə edilmirdi, onların haqları müdafiə edilmirdi, amma buna baxmayaraq, qadınlar "dözürdü". Uşaqlara görə, ailəsinə görə hər hansı bir səbəbdən dözürdülər, çünki eyni düşüncəli atası, qardaşı var idi.
Boşanmaq istəsələr də, öz ayaqları üzərində dayanmağa, sona qədər getməyə gücü çatmazdı. O vaxt 100 ailə qurulurdu və onlardan yalnız 10-u boşanırdısa, bu o demək deyil ki, 90 ailə xoşbəxt idi. Amma bu gün əgər 100 ailə qurulur və onun 50-si boşanırsa, demək, digər 50 ailə, həqiqətən də, xoşbəxtdir. Fərq burdadır. Bu gün ailə münasibətlərində dözümlülük, səbirli yanaşma azalıb. Ona görə də o dövrdə "dözümlülklə" bu günü müqayisə etmək ədalətli olmaz".
Sosioloqlar isə məsələyə bir başqa cür yanaşır. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu gün cəmiyyətdə əsas problem ailədir. Ailə məsələsinin bu gün bu vəziyyətə düşməsinin səbəbləri araşdırılmalıdır:
"Tarix boyu ailə dəyərləri olub, normal münasibətlər olub, bunu tənzimləyən tərəflər olub. Amma bu gün gənclik ailə modelini qoruyub saxlaya bilmir. Ailədə gərginlik artır. Belə olan halda həmin gərginliyi gizlətmək olmur. Bu gün bir qrup insanlar var ki, məsələyə birtərəfli yanaşaraq dağıdıcı təsir göstərirlər. Bəli, ailə problemində yalnız kişiyə və ya qadına haqq qazandırmağa çalışan tərəflər o ailəni dağıdır.
Bu sahədə kifayət qədər təcrübəyə malik insan olaraq sizə bunu əminliklə deyə bilərəm.
Psixologiyada da var ki, ortada problem varsa, hər iki tərəfin mənfi və müsbət cəhətləri obyektiv müzakirə edilməlidir. Yalnız qadınların tərəfindən çıxış edilsə, beynəlxalq aləmdə Azərbaycan kişisi qəddar imicində görünür. Qadınlarımıza azadlıq barədə çox məlumat verilir, onlara azadlıq barəsində canlı təsəvvürlər formalaşdırırlar. Demokratik cəmiyyət istiqamətindən çıxış edərək qadınlara "siz azadsınız, nə istəsəniz, edə bilərsiniz" deyilir.
Digər tərəfdən isə cəmiyyət, filmlər, müəyyən təbliğatlar arzuolunmaz addımların atılmasına gətirib çıxarır. Bəs kişilər? Bu halda kişilər unudulur. Ya gərək eyni anda kişilər də paralel olaraq bu cəmiyyətə hazırlansın. Ya da təktərəfli düzgün deyil. Amma ümumiyyətlə, Azərbaycan kişisi özünü buna niyə hazırlamalıdır? Bəlkə, heç bu, doğru yol deyil? Ailəyə bu qədər azadlıq vermək olmaz. Kişilər ailə dəyərlərini, tələblərini, adət-ənənələrini qorumaqda maraqlı olduğu qədər qadınlar da azadlığa, sərbəstliyə meyilli olurlar.
Bir tərəf geridə qalanda, o biri tərəf irəli gedəndə gərginlik yaradan səbəblər ortaya çıxır. Problem yarananda da güclü tərəf kimdirsə, öz üstünlüyünü göstərmək istəyir və bunun nümayiş etdirilməsi ortaya çox çirkin görüntülər çıxarır".
Sosioloq müvafiq qurumları müasir cəmiyyətdə ailə probleminin kökündə dayanan məsələlərin həlli istiqamətində zəruri tədbirlər görməyə çağırıb:
"Bu problemlərin müzakirəsi zamanı qadınların hüquqlarının müdafiəsinə qalxan və birtərəfli dağıdıcı mövqedən çıxış edən şəxslər deyir ki, bu gün qadınlar ona görə zorakılığa məruz qalır ki, öz hüquqlarını yaxşı bilmirlər. Mən bu fikirlə qəti şəkildə razı deyiləm. Belə çıxır ki, bizim nənələrimiz-analarımız öz hüquqlarını bugünkü Azərbaycan xanımlarından çox bilirdi? Niyə onlar bu qədər zorakılığa məruz qalmırdı?
Deməli, problem hüquq məsələsi deyil. Mən tərəfdarıyam ki, qanun çərçivəsində həm kişilərin, həm qadınların hüquqlarını müdafiə edərək ailə anlayışı, ailə modeli bərpa edilsin. Bu gün Azərbaycan ailəsində münasibətlər o qədər pozulub ki, heç kim uşağını qardaşına, bacısına əmanət edə bilmir. Hər gün eşidirik ki, kişi öz qardaşı (bacısı) qızına zorakılıq edib.
Ata öz qızına qarşı zorakılıq edir, kişi öz əmisi oğlunun arvadını qaçırıb və s. Bu hələ üzdə olanlardır. Hələ bilinməyən, üstü örtülü qalan nə qədər iyrənc hadisələr var. Yaxşı olardı ki, cəmiyyətin ailə probleminin həllinə yönələn maarifləndirici tədbirlər görülsün".
Bəzən insan hansı yaşda olur-olsun, ani davranışların, səhvlərin nə dərəcədə ağır nəticələr verəcəyini təxmin edə bilmir. Boşanma, zorakılıq, xəyanət və s. bu kimi problemlər nəinki cütlüklərə, hətta həmin ailədə dünyaya gələn uşaqlara da pis təsir edir.
Psixoloqların fikrincə, boşanan ailələrdə uşaqlar bir travma alırsa, ana-ata arasında yaşanan xəyanət, zorakılıq kimi problemlərin cəmiyyətdə elan edilməsi isə onların psixologiyasını daha da zədələyir. Təəssüf ki, bu məsələdə uşaqların vəziyyətini düşünmək heç bir tərəfin yadına düşmür.
2-01-2019, 12:07
Bunu edən anaların uşaqları xərçəngə tutulur - Alimdən ŞOK XƏBƏRDARLIQ
16-12-2018, 20:18
"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" - Zaurdan Mübarizə qarşı çıxan xanıma
11-12-2018, 13:36
Müğənni Elnarə: "Onların artığı ilə dolanıram" - VİDEO
2-12-2018, 12:10
Azərbaycanda kişilərin beş faizi partnyoru olmayan qadına təcavüz edib
28-11-2018, 13:20
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə dərman preparatının keyfiyyəti ilə bağlı yayılan məlumata münasibət bildirib
Bugün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Bugün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Bugün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Bugün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Bugün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Bugün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Bugün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"