“Kadırovçular”ın ardınca “Vaqnerçilər” də şərq cəbhəsinə yeridildi - GƏLİŞMƏ

Rusiyanın Ukraynaya hərbi təcavüzünün 34-cü gününə olan vəziyyətə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış məntəqələrini işğaldan azad edir. Lakin ən ağır döyüşlər şərq cəbhəsində-Donbassda getməkdədir və belə görünür ki, Rusiya əsas qüvvələri bu istiqamətə səfərbər edərək Ukraynanın cənub-şərq ərazilərini işğal etməyə hazırlaşır. capar.info virtualaz.org-a istinadla xəbər verir ki, ötən gün martın 28-də gedən döyüşlərdə Rusiya ordusunun canlı qüvvə və texnika sarıdan ciddi itkilər verdiyi açıqlanıb. Krivoy Roq vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, Ukrayna qüvvələri düşməni vilayətin hüdudlarından 40-60 kilometr geri atıb. Və təmas xəttini Xerson vilayətinin inzibati ərazisinə keçirib. Onun sözlərinə görə, döyüşlər zamanı ukraynalı döyüşçülər düşmənin bir neçə hərbi texnikasını qənimət götürüblər.
Donetsk və Luqansk vilayətlərində döyüşən Ukrayna Birləşmiş qüvvələri isə gün ərzində Rusiya ordusunun bir neçə hücum cəhdinin qarşısını alıblar. Döyüşlər zamanı rusların 12 tankı, 10 piyada döyüş maşını və üç vahid avtomobil texnikası məhv edilib. Canlı qüvvə sarıdan da çoxsaylı itkilər olub.
Çerniqov vilayətində Rusiya işğalçı qüvvələri azı 22 nəfər itiriblər. Ukrayna ordusunun “Şimal” əməliyyat komandanlığı bildirir ki, döyüşlər zamanı 2 “Tiqr” zirehli avtomobili, “Ural” yük maşını və T-72 tankı məhv edilib. Düşmənin 8 vahid texnikası zədələnib və içərisi ərzaq payı ilə dolu “Ural” qənimət götürülüb.
“Şərq” əməliyyat komandanlığı isə bildirir ki, martın 28-də Ukrayna ordusunun zərbəsi nəticəsində Rusiyanın 58-ci ümumqoşun ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı polkunun komandiri, polkovnik Loxov və polkun qərargah rəisi məhv edilib. Məhv edilən zabitlərin şevronlarının fotoları da komandanlığın Facebook səhifəsində yerləşdirilib.
“Bu gün gedən döyüşlər zamanı ukraynalı döyüşçülər rusiyalı hərbi canilərin növbəti partiyasının şeytanla görüşünü təşkil etdilər”,-komandanlıq bildirir.
Belə görünür ki, Kiyev istiqamətində irəliləməyin çətin olduğunu görən Rusiya ordusu indi əsas səylərini Ukraynanın cənub-şərqinə yönəldir. Bu istiqamətdə verdiyi ağır itkilərdən sonra ruslar yeni qüvvələr cəmləşdirməyə çalışır, döyüşlərdə ağır itkilər verən birləşmələrin qalıqları yenidən komplektləşdirilmək üçün Rusiya ərazisinə qaytarılır. Eyni zamanda “Kadırovçular”ın ardınca Vagner muzdlularının da Donbassa cəmləşdirildiyi məlum olub. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya Ukraynanın şərqinə 1000-dən çox “vagnerçi” yeridib. “Ağır itkilərə və hücum əməliyyatlarının ciddi şəkildə axsamasına görə Rusiya belə görünür ki, Afrika və Suriyadakı “vagnerçiləri” Ukraynaya yeritməyi qərara alıb”,-məlumatda deyilir.
Xatırladaq ki, “Kadırovçular” mühasirədə olan Mariupol şəhəri ətrafında gedən döyüşlərə cəlb edilib. Ramzan Kadırovun özünün də Mariupol ətrafında olduğuna dair məlumatlar var.
Pentaqon isə bildirir ki, Rusiya qoşunları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində irəliləməyə cəhd edir, məqsəd Ukrayna qoşunlarının şərq qruplaşmasını mühasirəyə salmaqdır. Pentaqonun analizinə əsasən görünür Rusiya ənənəvi taktikasını işə salaraq Donbassdakı Ukrayna qoşunlarını mühasirəyə salmağa, bununla da Kiyevlə danışıqlarda üstünlük qazanmağa çalışır. Lakin Rusiya qoşunları şərq istiqamətində hələlik əhəmiyyətli irəliləyişə nail ola bilməyib.
29-03-2022, 15:21
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI
28-03-2022, 16:33
Rusiya-Ukrayna müharibəsi: Moskva yeni hücuma hazırlaşır – ŞƏRH + XƏRİTƏ
26-03-2022, 17:02
Rusiya ordusunun Ukraynadakı hərbi itkiləri - SİYAHI
25-03-2022, 18:13
Ukraynada öldürülən rus işğalçılarının sayı 17 minə yaxınlaşır
11-03-2022, 15:19
Ukrayna hərbçiləri Putinin müharibə ilə bağlı ŞOK PLANINI ələ keçirdi
3-03-2022, 11:08
Ukrayna HHQ: “Rusiyanın üç təyyarəsi və iki helikopteri məhv edilib”
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"