Putin çox tələsir, hadisələri sürətləndirir və... - NƏ BAŞ VERİR?
“Qərb-Rusiya danışıqlarının ilkin nəticələri onu deməyə əsas verir ki, ciddi bir anlaşma olmayacaq və ya Qərb danışıqları uzatmağa cəhd edəcək. Onsuz da Kreml elə şərtlər irəli sürüb ki, anlaşma olmasın”. capar.info reyting.az-a istinadən xəbər verir ki, bunu Real Partiyasının funksioneri Natiq Cəfərli deyib.
Onun fikrincə, mümkün ssenarilərdən biri odur ki, Rusiya Donbası, qondarma qurumlar olan “DLR” və “LNR”-i rəsmən tanısın, tanıyan kimi də Abxaziya örnəyində olduğu kimi onlarla hərbi-strateji ittifaq qursun, müqavilələr bağlasın, rəsmi şəkildə hərbi yardım üçün əsaslar yaransın:
“Növbəti addım kimi Rusiyanın özü yox, tanıdığı qondarma qurumlar Ukrayna ilə müharibəyə başlayır və ya tanınmadan sonra Ukraynanın özü onlara qarşı hərbi əməliyyatlara strat verir. Bu vəziyyətdə Ukrayna ilə Rusiya birbaşa müharibə etmir, Kreml köhnə taktikası olan qondarma qurumların əli ilə öz maraqlarını hərbi yolla təmin etməyə başlayır. Nəticədə Kreml qondarma qurumların əli ilə Ukraynadan yeni ərazilər qoparmağa, Ukraynanın Azov dənizinə çıxışını tamamən bağlamağa çalışacaq. Əsas hədəflərdən biri Azov dənizində Britaniya ilə birlikdə Ukraynanın qurmaq üzrə olduğu hərbi-dəniz bazasını məhv etmək olacaq”.
N. Cəfərlinin qənaətincə, çox ağır dövrdür, Putin çox tələsir, artıq hadisələri sürətləndirir, nədən tələsdiyi haqqında bir neçə dəfə deyib.
N. Cəfərlinin sözlərinə görə, Azərbaycan üçün önəmli məsələ odur ki, Xankəndi və ətrafında müvəqqəti yerləşdirilən Rusiya “sülhməramlıları” doğrudan da müvəqqəti olsunlar və onların çıxarılması dövlət siyasətimizin əsas hədəfi olmalıdır: “Bunun üçün diplomatik, siyasi, iqtisadi addımların doğru alqoritmi yaradılmalıdır. Çətindir, amma siyasət həm də mümkünlük sənəti, çətin olanı mümkün etmək bacarığıdır. Rusiya əsgərinin Xankəndi və ətrafında qalması ölkənin gələcəyinə, müstəqilliyinə ciddi təhdidlər yaradır, hətta günün birində bu gün Xankəndində olan qondarma qurumu de-fakto tanıyan Kreml, sabah onları de-yure tanıyıb, bir ömür orda qalmaq üçün o qondarma qurumdan istifadə edə bilər”.
28-12-2021, 11:37
“ABŞ demokratiya axtarışında olsaydı, Əfqanıstanı yiyəsiz qoymazdı” - deputat
25-12-2021, 21:29
Ukrayna Türkiyə dronlarının istehsalına BAŞLADI
19-11-2021, 05:53
“Putin Qərblə müharibəyə hazırlaşır” – Böyük Britaniya mətbuatı
3-09-2021, 10:05
Rusiya Abxaziyadakı bazasını yenidən silahlandırır, səbəb Qarabağdır... - İLGİNC GƏLİŞMƏ
17-07-2020, 13:18
Putin Cənub və Qərb hərbi dairələri qoşunlarının qəfil yoxlanılması barədə göstəriş verib
26-11-2018, 12:43
Proşenko hərbi vəziyyət elan etdi
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"