“Qardaşı şəhid olan əsgər mənə dedi ki…”

capar.info : - “Azərbaycanın qəhrəman əsgər və zabitləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına başda Şuşa şəhəri olmaqla, işğal altında olan torpaqlarımız 30 ildən sonra bizə qaytarıldı. İllər keçdikcə daha dərindən Qələbənin tarixi əhəmiyyətini, nə qədər əziz olmasını, ölkəmiz üçün hər baxımdan çox önəmli olmasını dərk edəcəyik. 44 günlük Vətən müharibəsinin hər günü tariximizin ən yaddaqalan, silinməz qəhrəmanlıq səhifələridir”.
Bu sözləri Bakupost.az -a Xalq artisti Həmidə Ömərova Zəfər günü ilə bağlı fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, Xarıbülbül festifalında olarkən Şuşanın möcüzəsini, möhtəşəmliyinin əyani şahidi olub:
“Mən ilk dəfə Şuşada Xarıbülbül festivalında oldum. Düzdür vaxtıilə “Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları” filmində çəkilmişəm. Orada hadisələrin çoxu Qarabağda, Şuşada cərəyan edib. Amma mən özüm Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımı oynasam da Üzeyir Hacıbəyovla bağlı çəkilişlərim Sankt Peterburqda, İçərişəhərdə, Dağüstü Parkda, Üzeyirin Ev Muzeyində çəkilib. Mən Şuşada olmamışdım. İlk dəfı Xarıbülbül festivalıda azad Şuşaya qədəm qoydum. Çox sevinirəm ki, azad Şuşanın havasını oddum, hər qarışını gəzdim. Şuşanın hər qarışını igidlərəmiz necə böyük qəhrəmanlıq, şücaət göstərərək azad etdiyini görmək olurdu. Ən duyğulandıran məqam isə uçuq-sökük binaların hər birinin üzərində şəhidlərimizin, qəhrəman oğullarımızın adlarını, hətta ünvanlarını da görmək olardı. İlk dəfə Şuşada olsam da, yenidən oranı görmək üçün darıxıram.
Oradan qayıdandan sonra Firəngiz Mütəllibova ilə danışdıq. Firəngiz xanım da şuşalıdır. Şuşada olarkən onların evini axtarırdıq, tapdıq. Firəngiz xanım çox kövrəldi. Çünki evdən əsər-əlamət qalmamışdı. Dağılmış evlərin içərisində ağaclar, kol-kos bitmişdi. Şuşada bizə yol göstərən əsgərlə söhbətləşdik. O bildirdi ki, 19 yaşı var və Şuşada xidmət edir. Daha sonra qardaşının Şuşada şəhid olduğunu və ömrünün sonuna kimi Şuşada xidmət edəcəyini bildirdi. Baxın belə igidlərimiz var.
Mən bu vaxta qədər kinolarla, festivallarla, işimlə bağlı çox ölkələrdə olmuşam. Heç bir səfər mənə bu qədər böyük təəssürat, sinə dolu məğrurluq, heyranlıq, qürur hissi bəxş eləməmişdi. Cıdır düzündə festival boyu səslənən hər bir mahnı bəlkə də efirlərdə o cür səslənməyib. Ancaq həmin gün azad Şuşada hər bir müğənni tamam fərqli, yəni qürur hissi, böyük sevinclə oxuyurdu”.
Xalq artisti bildirib ki, Şuşayla bağlı dünyanı fəth edən edən fikmlər çəkilməlidir:
“Bizim bir gözümüz ağlayır, bir gözümüz gülürdü. Ağlayırdı ona görə ki, şəhidlərimiz, qazilərimiz öz qanı, canı bahasına, düşmənlə əlbəyaxa döyüşdə necə vuruşduqları filim lenti kimi insanın gözünün qarşısında canlanırdı, sevinirdik ona görə ki, 30 ildən sonra düşmən işğalında olan torpaqlarımıza qovuşmuşduq. Bu hissləri sözlərlə ifadə etmək çox çətindir.
Polşada doğulan yəhudi mənşəli rejissor Roman Polaniskiyə həmişə deyirdilər ki, sən necə yəhudisən ki, necə millətini sevən oğulsan ki, ancaq kriminal dramlar çəkirsən. İkinci Dünya Müharibəsində millətinizi qırıblar, faşizm məngənəsində qalmısız, yəni belə böyük faciəni yaşamısız, amma siz bunun üçün bir şey etməmisiz. Roman Polaniski bir cavab verdi və “Pianoçu” filmini çəkdi. Həmin o “Pianoçu” filmində, bir pianoçunun timsalında xalqının faciəsini, müharibədə keçirdiyi dəhşətləri göstərdi. Müharibə haqqında 5-6 gözəl film varsa, “Pianoçu” onların ən başında durur.
Mən bir kino sənətçisi kimi arzulayıram ki, Azərbaycanda 44 günlük Vətən müharibəsinin heç olmasa bir epizodunu, yəni Şuşanın alınmasını göstərən elə nəhəng, möhtəşım film çəkilsin ki, biz xalqımızın qüdrətini, cəsurluğunu, əsgər və zabitlərimizin əzmini, şücaətini, qüdrətini bütün dünyaya göstərək. Çünki kinonun emossional təsir gücü daha çoxdur. Ən azı Vətən müharibəsindən bəhs edən 4-5 bədii film çəkilməlidir. Bunun özü bir təbliğat vasitəsidir. Biz dünyaya gücümüzü göstərdik amma dünya tamaşaçısına, dünya kinosevərlərinə çatdırmaq lazımdır. Dünya kinosevərləri böyük bir bir ordudur. Həmin kinosevərlər ordusuna çatdıran bədii ekran əsərlərimiz olmalıdır ki, tarixi həqiqətiləri olduğu kimi, mükəmməl peşəkarlıq səviyyəsində çatdıra bilsin. Bunun üçün bizim mütəxəssislərimizi, tarixçilərimizi, ən yaxşı dramaturqlarımızı, sənətkarlarımızı, Azərbaycan xalqının mentalitetini yaxşı bilən, Azərbaycan oğullarının psixologiyasını doğru çatdıra bilən psixoloqlar, azərbaycanlı aktyorlar cəlb olunmalıdır. Bir sözlə istəyirəm ki, şəhidlərimizin qanı-canı bahasına bizə bəxş olunan bu Qələbəni, Azərbaycan oğullarınn rəşadətini bədii sənət yolu ilə də bütün dünyaya çatdıraq”.
30-08-2021, 15:17
İlham Əliyev: "Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi"
4-02-2021, 17:42
Ötən 30 il müddətində dünya belə bir cəsarətli müharibənin şahidi olmamışdır
2-12-2020, 13:39
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM
23-11-2020, 10:31
Bu gün dünyadan köçən Şərq dahisi - Üzeyir bəy Hacıbəyli
13-11-2020, 14:21
Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə yazılan qələbə salnaməsi
20-10-2020, 11:04
Azərbaycan əsgəri və Qarabağın xarıbülbül gülü
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir