Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə yazılan qələbə salnaməsi
Siyasət
Oxunub: 418
13 Kas 2020 | 14:21
Azərbaycanın müstəqillik və hərb tarixinə qızıl hərflərlə yazılan qələbə salnaməsi Şəmsəddin Hacıyev
YAP Səbail rayon təşkilatının sədri,
iqtisad elmləri doktoru, professor


Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində 28 ildir həsrətində olduğu doğma Qarabağımızı işğaldan azad etdi, Vətənimizin ərazi bütövlüyü bərpa olundu, müstəqil Azərbaycan əzəli düşməni olan işğalçı Ermənistan üzərində qətiyyətli tarixi qələbə qazandı, onilliklər boyunca Vətən torpağında həlak olan şəhidlərimizin, etnik zəmində xüsusi qəddarlıqla qətlə yetirilən dinc azərbaycanlıların, amansız işgəncələrə məruz qalan günahsız insanlarımızın, körpələrin, qadınların, uşaqların, ahılların doğma yurd-yuvasından didərgin salınan soydaşlarımızın qisası bu faciələri törədən erməni qatillərindən və onların cinayətkar-faşist dövlətindən alındı. Ali Baş Komandan İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin nəticəsi olan “dəmir yumruğ”u ilə işğalçı Ermənistanın belini qırdı, sözün əsl mənasında “terror dövləti” olan bu kriminal rejimin, ümumilikdə “dünya erməniçiliyi” mifinin başını əzdi, ermənilərin əsl xislətini, həyasız yalanlarını, faşist simasını əsaslı sübutlar və konkret faktlarla bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.
Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, bugünlərdə misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə hər zaman qeyd etdiyi kimi doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsərəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gəlməsi və son dərəcə mürəkkəb və çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq Azərbaycan xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. İlham Əliyev Azərbaycanın ürəyi olan Qarabağın tacı, göz bəbəyi, mədəniyyət paytaxtı Şuşa şəhərini, eyni zamanda 28 ildir ki, işğal altında olan Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl şəhərlərini, neçə-neçə qəsəbələrimizi, kəndlərimizi, strateji yüksəkliklərimizi, tarixi Xudafərin körpüsünü, bir sözlə Azərbaycanın mənfur düşmən tapdağında olan 20% ərazisini işğaldan azad edən Fateh oldu.
Şanlı Vətən Müharibəsində, İkinci Qarabağ Savaşında qazandığımız bu tarixi qələbədə əlbəttə ki, Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin bütün komandir heyətinin, əsgər və zabitlərinin, Azərbaycan hərbiçilərinin misilsiz rolu mütləqdir. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı qələbələrini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi. İşğaldan azad olunan bütün torpaqlarımızın hər qarışı, ərazi bütövlüyü bərpa olunan Şanlı Azərbaycanın mənfur düşməndən təmizlənmiş torpaqlarında məğrurluqla dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərimizin qanı ilə sulandı. Müqəddəs Azərbaycan torpağını Vətən edən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbiçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik. Bu qələbə sevincimizi, Vətən torpağının azadlığını biz Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər bir günündə düşmənin başına od ələyən, onu əzib keçən, Azərbaycan xalqına hər gün yeni qələbə xəbərləri, yeni azad olunmuş torpaqların zəfər xəbərini bəxş edən Azərbaycan əsgərlərinin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır.
Bu qədər qısa müddət ərzində yeni əsrin yeni hərb nümunəsini yaradan, mənfur düşmənin illərlə qurduğu, möhkəmləndirdiyi istehkamları, saysız-hesabsız hərbi texnikasını məhv edən və Qarabağı azad edən Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu möhtəşəm hərbi qələbəsi hələ uzun illər hərbi ekspertlər, tarixçilər, siyasətçilər və s. tərəfindən araşdırılacaq, öyrəniləcək və zəfərlə nəticələnən uğurlu müharibə dastanına çevriləcəkdir.
İşğaldan azad olunan Qarabağda, Azərbaycan torpaqlarında, Şuşada bu gün 28 ildən sonra azan səsləndirilir, Şanlı Azərbaycan bayrağı dalğalandırılır, uzun illərdir ermənilər tərəfindən işğal altında saxlanılan 132 km-lik Azərbaycan-İran sərhədində artıq Azərbaycan sərhədçiləri dayanır, gənc nəslin tarix dərsliklərində haqqında oxuduğu Xudafərin körpüsündə Azərbaycan bayrağı ucalır və Azərbaycan xalqı Qarabağa qayıdır. Müzəffər Ali Baş Komandanımızın sözləri ilə desək: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bəli, biz Qarabağa qayıdırıq. Biz işğaldan azad olunan o torpaqları cənnətə çevirəcəyik. Dağıdılmış məscidlərimizi, məktəblərimizi, digər sosial infrastruktur obyektlərimizi yenidən quracağıq, yaradacağıq, tikəcəyik, dağıdılmış iqtisadiyyatı bərpa edəcəyik. Bu bölgədə mövcud olan böyük potensialı iqtisadi dövriyyəyə cəlb edəcəyik. Ərazi bütövlüyü bərpa olunmuş müstəqil Azərbaycanı ən inkişaf etmiş dövlətlərdən birinə çevirəcəyik.
Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki bu xalq müzəffər Ali Baş Komandan İlham Əliyevə inandı və “dəmir yumruğu” ilə şərəfini, milli qürurunu, müqəddəs Vətən torpağının ərazi bütövlüyünü bərpa etdi. Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Gözün aydın, Şuşa, Qarabağ! Möhtəşəm Azərbaycanın şanlı tarixinin yeni salnaməsi başlayır! Yaşasın bu xalqa milli mənliyini, şərəfini, qürurunu qaytaran Ali Baş Komandanımız İlham Əliyev! Yaşasın yenilməz, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! Və bu həqiqət əbədidir.
11-11-2020, 15:25
Azərbaycan dövlətinin şanlı Qələbəsi
27-10-2020, 10:46
Son iki yüz ildə ilk dəfədir ki, torpaqlarımız işğaldan azad edilir - Tarixçi alim
27-10-2020, 10:33
Azərbaycan Ordusu doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir
13-10-2020, 12:14
Azərbaycan Ordusu separatçılara və terrorçulara qarşı döyüşür və ərazi bütövlüyümüz uğrunda mübarizə aparır
12-10-2020, 13:10
Qarabağa inamla, qələbəyə İLHAMla!
26-06-2020, 13:05
Bu gün Azərbaycan əsgəri dünyanın müxtəlif bölgələrində, qaynar nöqtələrdə sülhü qoruyur
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...