Akif Nağıya etirazlar başlayıb: - Bütöv Azərbaycan ideyası “Böyük Ermənistan”la necə eyniləşdirilə bilər?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 279
3 Kas 2021 | 06:30
Akif Nağıya etirazlar başlayıb: - Bütöv Azərbaycan ideyası “Böyük Ermənistan”la necə eyniləşdirilə bilər?

capar.info : - “Bütöv Azərbaycan ideyası Böyük Ermənistan ideyası kimi başqaları tərəfindən bizim beynimizə yeridilib”.

Bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı LAF TV-yə açıqlamasında bildirib.

“Ümumiyyətlə, Bütöv Azərbaycanla bağlı məsələdə mövqeyim fərqlidir. Rəhmətlik Əbülfəz Elçibəyin dövründə onun özünə də demişdim ki, bu, yanlış bir mövqedir. Hesab edirəm ki, bu, hətta zərərli bir ideyadır. Ermənilər 300 ildir "Böyük Ermənistan" ideyası ilə əziyyət və zülm çəkirlər, başlarına bəlalar gəlir, amma heç nəyə də nail ola bilmirlər.

Vaxtında katolik kilsəsi tərəfindən Böyük Ermənistan ideyası ilə Türkiyə və İrana qarşı ermənilərdən istifadə olunub. Bütöv Azərbaycan ideyası isə Rusiya KQB-si tərəfindən 1945-ci ildə ortaya atılıb. Bu ideya da İrana qarşı istifadə edilmək üçün ortaya atılmışdı. 1960-cı illərin əvvələrində İran şahı birbaşa Amerikapərəst mövqe nümayiş etdirirdi və İrana təsir etmək üçün yenidən Bütöv Azərbaycan ideyasını ortaya atdılar.

Hətta Təbrizlə bağlı şeirlər də o dövrdə yayılmışdı. Mərkəzi Komitənin icazəsi olmadan Süleyman Rüstəm “Cənub” şeirini yaza bilərdi?

Təbii ki, bu, KQB-nin sifarişi ilə yazılmışdı. 1990-cı illərin əvvəllərində o ideyanı ABŞ və İsrail İranın mərkəzi hakimiyyətinə təsir göstərmək üçün ortaya atdı. Reallıq bundan ibarətdir. Kimin xoşuna gəlmirsə, oturaq müzakirə edək, sübut edim onlara”, - o qeyd edib.

A.Nağı deyib ki, İranda tarix boyu azərbaycanlılar hakimiyyətdə olub:

“Azərbaycan özü böyük dövlətdir. İran farsların yox, azərbaycanlıların dövlətidir. Düşünürəm ki, həmin vəziyyəti bərpa etmək lazımdır. Mənim mövqeyim bundan ibarətdir. Rusiyanın İranla bağlı öz maraqları var idi. Azərbaycan isə sərt və konkret mövqe ortaya qoyduqdan sonra İranla hesablaşdı. Bu gün isə Rusiyaya qarşı eyni mövqedə olmalıyıq. Konkret olaraq Rusiya 10 noyabr razılaşmasını Azərbaycanla imzalamaqla bizim gücümüz ilə hesablaşdı. İndi də həmin vəziyyət davam edir”.

Akif Nağının xüsusilə Bütöv Azərbaycan ideyası ilə bağlı söylədikləri narazılıqla qarşılanıb.

Eks- prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında deyib ki, tarixçi mütəxəssisin məsələlərə bu qədər primitiv baxmasını heç təsəvvür etməzdi:

“İlk öncə onu qeyd edim ki, Akif Nağının Əbülfəz Elçibəyə nə vaxtsa belə bir fikir dediyini və yaxud o dövrdə mətbuatda bu tipli açıq bəyanat verdiyini xatırlamıram. Bütöv Azərbaycan ideyası Azərbaycan xalqının idealıdır. Görünür, Akif bəy tarixçi olsa da, məsələləri qarışdırır. Ümumiyyətlə, bu ideya 1945-ci ildə ortaya çıxmış bir ideya deyil.

1813-cü ildə “Gülüstan” və 1828-ci ildəki imzalanmış “Türkmənçay” müqavilələrindən sonra Azərbaycan iki yerə bölünüb. Bunun nəticəsində isə ərazinin hər iki tərəfində qalan soyadaşlarımız bu ideyanı bir formada yaşadıblar. Əgər bu, 1945-ci ildə Stalinin əmri ilə “KQB” tərəfindən ortaya atılmış ideya olsaydı, nə üçün 1920-ci illərin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ilə Güneydəki dövlətin təmsilçiləri arasında bu mövzuda müzakirələr gedirdi? Azərbaycan türkləri 50 milyonluq bir xalqdır, bizim birləşmək haqqımız normal və qanunauyğun məsələdir. Həmçinin, beynəlxalq hüquqa görə də parçlanmış xalqların birləşmə haqqı mövcuddur.

Akif Nağı yanlış olaraq deyir ki, guya bu ideya 1990-cı illərdə ABŞ və İsrail tərəfindən də ortaya atımışdı. Əbülfəz Elçibəy 1975-ci ildə həbs ediləndə, ona irəli sürülən iddialardan və ittihamarlardan da biri məhz bu idi. Hətta bununla bağlı Elçibəyin konkret olaraq məhkəmə çıxışları və ifadələri var. O bildirirdi ki, Azərbaycan xalqı bölünmüş xalqdır. Elçibəy deyirdi ki, həm Rusiyanın tərkibində olan Şimali Azərbaycan, həm də İranın tərkibində olan Cənubi Azərbaycan müstəqil dövlət olmalı və sonra birləşməlidir. Həmçinin, o qeyd edirdi ki, bu birləşmiş dövlətlə gələcək Turan dövlətinin əsası qoyulmalıdır”.

Həmsöhbətimiz bildirib ki, bu ideyalar hansısa xarici böyük güclər tərəfindən ortaya atılmayıb:

“Belə fikirlər söyləmək, təbliğ etmək Azərbaycan xalqının ideyalarını və ideallarını aşağılamaqdır. Ən yüngül formada bunu belə dəyərləndirərdim. Azərbaycanın bütövlüyü məsələsini dəstəkləyib-dəstəkləməmək hər bir şəxsin özünün azad seçimi və qərarıdır. Akif Nağı o cür düşünür və hesab edir ki, Azərbaycan heç vaxt birləşməməlidir. Lakin Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti fərqli şəkildə düşünür. Onun dediyi fikirlərdə kifayət qədər yanlışlıqlar var. Bu fikirlərə sadəcə təəssüf edirəm. Bütöv Azərbaycan xalqımızın idealıdır və bu istiqamətdə mübarizəmiz davam edəcək. Bu gün Güneydə də, Quzeydə də bu ideyanın daşıyıcıları var”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, bunlar Akif Nağının subyektiv fikridir, amma ona qatılmır:

“Onun fikirlərini tənqid etmək imkanım yoxdur, amma Azərbaycan xalqı da düşünür. Mən alimlərin, tarixin və millətin fikrini əsas götürürəm. Bizim idealımız da hər kəsə məlumdur. Ümumiyyətlə, idealsız millət məhvə məhkumdur. Güneyli və quzeyli bu millət yad ideologiyaların altında inləməməlidir. İndiki şəraitdə bəlkə də birləşməyən tək millət Azərbaycan xalqıdır. Bütün bölünənlər birləşib, amma Azərbaycanın problemi qalır. Mən elmə və tarixə əsaslanıram. Həmçinin, bölünmüş millətlərin birləşmə haqqı var. Bizim mübarizəmizin fəlsəfəsində də məhz bu durur. Əgər o ideal yoxdursa, onda mübarizənin fəlsəfəsi boş və puçdur. Bizim xalqımızın öz düşüncəsi var və biz gec-tez qalib olacağıq”.

GünazTV-nin redaktoru, Güney Azərbaycan üzrə araşdımaçı jurnalist Elman Cəfərli isə qeyd edib ki, “Bütöv Azərbaycan ideyasını Rus KQB-si ortaya atıb” demək nadanlıqdır:

““Laf”TV-də Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının İran-Azərbaycan münasibətləri ilə bağlı fikirlərini ürək ağrısı ilə dinlədim. Çağdaş Milli Azadlıq Hərəkatında iştirak etmiş, Əbülfəz Elçibəy, Nurəddin Rzayev, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov kimi milli ziyalılarla ünsiyyətdə olmuş bir adam necə bu yerə gəlib çıxa bilər, çox təəccüb etdim. Bir müddət öncə QAT sədrinin İranın ali rəhbəri Əli Xamneyinin Bakıdakı sabiq nümayəndəsi Əli Əkbər Ocaqnejadla təmasda olduğuna dair bilgim var idi. İranda Qarabağla bağlı konfranslar da keçirmişdilər. Son 5-6 ildə QAT sədri və təşkilatın funksionerləri Qarabağ hərəkatında İranın rolunu həddən artıq şişirdir, milli düşüncəli insanlarla mübahisələr edirdilər. Bu mübahisələrin birində Akif Nağıya etiraz etdim ki, düz yolda deyilsiniz. Amma o zaman iş bu yerə gəlib çatmamışdı. Yəni hələ Bütöv Azərbaycan ideyasına dil uzatmamışdı.

Bütöv Azərbaycan ideyasını “Böyük Ermənistan” kimi sərsəm ideya ilə eyniləşdirmək yumşaq desək, siyasi diletantlıqdır. Texniki Universitetdə tələbələrə Azərbaycan tarixindən dərs deyən fəlsəfə doktoru Akif Nağı bilmir ki, Qafqaza gəlmə millət olan ermənilərin Böyük Ermənistan ideyası heç bir tarixi əsas malik olmayan cəfəngiyyatdır? Akif Nağının adi orta məktəb bilgilərindən xəbəri yoxdur? Azərbaycan torpaqlarının 1813 və 1828-ci ildə Rusiya və Qacar dövləti tərəfindən bölündüyünü bilmir? Bilmirsə, bu, onun ayıbıdır. Yox, bilib özünü bu vəziyyətə salırsa, artıq bu işin içində iş var. Görünür, Ocaqnejad vaxtında kisənin ağzını açıb və adamların “kəndirini İranın ayağına” bağlaya bilib. Araz əlizadələr, akif nağılar bilsin ki, Təbriz həsrəti 200 ildir azərbaycanlıların rəyində qübar bağlayıb. Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik baş verib.

Biz parçalanmış xalqıq. Bizim kiminsə torpağında gözümüz yoxdur. Azərbaycan xalqı tarixi torpaqlarında bütövləşmək istəyir. Birləşmə bu xalqın təbii haqqıdır. Bu haqqı zaman-zaman milli ziyalılarımız gündəmə gətiriblər. Ömrünü bu ideyanın siyasi gündəmə gəlməsinə həsr etmiş Əbülfəz Elçibəyin xatirəsinə həqarətdir. Bu cür siyasi nadanların Azərbaycan siyasətində qalması belə ayıbdır. Akif Nağı bilsin ki, İranın “əppəyinə yağ sürməklə” Azərbaycan xalqının təbii istəyinin-bütövləşməsinin qabağını ama bilməyəcək. Bu, tarixi prosesdir və mütləq reallaşacaq.

10 il öncə Şuşadan əlimizi üzməyimizi istəyirdilər. Lakin bu gün Şuşa, Qarabağ erməni işğaldan azad edilib. Gün gələcək tarixi başkəndimiz Təbriz də, Ərdəbil də, Həmədan da fars işğalından azad olunacaq”.
0
16-10-2021, 23:03
Bakı Bütöv Azərbaycan ideyasını tətikləyə bilərmi? - AKTUAL
13-10-2021, 11:44
İRANPƏRƏSTLİYIN ƏCAİB TƏZAHÜRÜ... – Və ya molla rejiminin xidmətçilərinin cırılan maskaları
12-10-2021, 10:49
Rusiya Ermənistanı Ərdoğanın təklif etdiyi formata gətirmək istəyir - GƏLİŞMƏ
24-08-2021, 14:19
Laçınlı polkovnik Laçın dəhlizinin BAĞLANMASINI TƏLƏB ETDİ - Rusiya və Ermənistan bütün razılaşmaları pozur...
28-09-2020, 11:41
Hikmət Hacıyev: Bu, böyük Vətən müharibəsidir
4-06-2020, 22:33
Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb
Dün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Dün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Dün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Dün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Dün, 18:05
Putinə görüş təklif edib
Dün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Dün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Dün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Dün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Dün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir