Bakı Bütöv Azərbaycan ideyasını tətikləyə bilərmi? - AKTUAL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 145
16 Ekm 2021 | 23:03
Bakı Bütöv Azərbaycan ideyasını tətikləyə bilərmi? - AKTUAL
capar.info : - İstər İrandakı türklər, istərsə Azərbaycanda millətçi kəsim hər zaman “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” şüarı ilə çıxış ediblər. Bu deviz əsrlərdən gələn bir arzu olaraq ürəklərdə yaşayb və şimalla cənubun birləşməsi, vahid Azərbaycan sevgisi dilə gətirilib.

Son illərdə bu şüarlar Təbrizin “Traktorçu” klubunun oyunlarında stadionlarda səslənir, eləcə də Bakıda türk millətçi gəncləri vaxtaşırı keçirilən piketlərdə istəklərini hayqırırlar. Əlbəttə, Arazın o tayı ilə bu tayının birləşməsi həmişə bir hədəf kimi də ayrı-ayrı təşkilatların, siyasətçilərin dilindən eşidilib, yazıçılar, şairlər əsərlərində bütöv Azərbaycandan danışıblar. Hətta mərhum prezident Əbülfəz Elçibəyin zamanında Bütöv Azərbaycan Birliyi (BAB) təşkilatı da kifayət qədər fəal idi. Lakin Azərbaycan hökuməti bu məsələdə həssaslıq göstərib, İranın xətrinə dəymək istəməyib, diplomatik etikanı gözləyib. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti Bütöv Azərbaycan ideyasına heç vaxt isti baxmayıb, hər zaman buna ehtiyatlı yanaşıb.

“Yeni Müsavat” bildirir ki, İranın son davranışlarından sonra bu mövzu hökumətin siyasətində cazibədar görünə bilər. İranın ölkəmizə qarşı təhdid və təhlükəsini önləmək üçün Güneydə azərbaycanlıların təşkilatlanması, vahid ideya ətrafında birləşməsi perspektivi, təbliğat xarakterli addımlar atılması gündəmə gələ bilər. Necə ki İran Azərbaycanda dini-ideoloji zəmində iş aparıb, özünə müəyyən tərəfdar, “5-ci kolon” yaradıb, kontur cavab olaraq da biz güneyli fəallara dəstək verə bilərik. Bu, İranda fars-molla rejiminin ən çəkindiyi bir məsələdir.

Çünki görünən budur ki, İranla münasibətlərimiz qarşıdakı dövrdə heç vaxt stabilləşməyəcək, həlimləşməyəcək. Hətta diplomatik etika naminə müəyyən kommunikasiya olsa belə, İranla Azərbaycan arasında yaxşı qonşuluq münasibətlərinin yaranması yaxın dövr üçün görünmür. Ona görə Azərbaycanın təhlükəsizlik baxımdan İrana öz tərzində cavab verməsi, ən qorxduğu amillə qorxutması lazım ola bilər. Bəs bu arqumentləri mütəxəssislər necə qiymətləndirir, Bütöv Azərbaycan ideyasını tətikləmək fikrini bölüşürlərmi?

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, kaş 10 il qabaq Azərbaycan dövlətinin milli ideologiya işlərinə baxanlar bunu görə biləydi. Onun sözlərinə görə, Bütöv Azərbaycan ideyası çox önəmlidir: “Dünya Azərbaycanlıları Konqresi var idi, Sabir bəy sədr idi. İran bundan çox qorxurdu, bu təşkilatı dağıtmağa çalışırdı. Amma təəssüf ki, bəzi məsələlər oldu. Bunu da başa düşürəm, Azərbaycan qonşularla, özəlliklə İranla münasibətlərinin pozulmasını istəməyib, bunun üçün çalışıb. Amma bu gün qarşımızda bir İran gördük ki, Azərbaycanın düşməninə dəstək verir, ərazi bütövlüyümüzə hörmət qoymur, son hadisələrdə isə nə qədər məkrli, ikiüzlü siyasət aparır. Biz islam respublikasına, din qardaşlığına yaraşmayan tərzədə İran gördük, öz xislətini ortaya qoydu. Ona görə güneylilərə haqları uğrunda mübarizədə köməklik edilməsi niyə də olmasın?!”

T.Rüstəmxanlı qeyd etdi ki, Azərbaycan ikiyə bölünüb, bir tərəfi də İrandadır: “Odur ki, Güneydə 30 milyon türk öz haqları uğrunda mübarizə aparırsa, Azərbaycanın ictimai qurumları fəaliyyətə keçməlidir, onların haqları uğrunda mübarizə aparmasına dəstək verməyimiz boynumuzun borcudur. Əslində, onsuz da əvvəllər xalqımız dəstək verirdi, indisə madam ki, İran bizə qarşı belə münasibət bəsləyir, onda bu dəstəyi gücləndirmək olrd. İranın xatirinə Çöhrəqanlının gəlişinə qadağa var idi, Türkiyə də yasaq qoymuşdu. Ancaq İran nə etdi, erməniyə dəstək verdi. Ona görə İranın mücahidlərinə dəstək verməkdən başlamaq lazımdır. Ən azı dövlətimiz bu prosesə mane olmamalıdır. Çünki İranın göstərdiyi bu münasibət heç nəyə sığmır, biz də mövqeyimizi ortaya qoymalıyıq”.

Bütöv Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a dedi ki, İranı feodal düşüncəli adamlar idarə edir, ölkədə qaba bir rejim hökmrandır, din pərdəsi altında insanların hüquqlarını pozmaqadırlar: “Azərbaycan isə yeni formalaşan dövlətdir, hökumət rəsmiləri deyilən sözlərə həmişə diqqət yetiriblər, ölçülü-biçili danışıblar, bu da normaldır, hakimiyyət ehiyatlı davranıb. Adətən deyirlər ki, Bütöv Azərbaycan ideyasını Elçibəy ortaya qoymuşdu, amma o da prezidentliyi dönəmində İranla bağlı ölçülü-biçili çıxş edirdi. İndisə vəziyyəti gərginləşdirən İrandır. Üstəlik, deyirlər ki, Türkmənçay müqaviləsinə təzədən baxmalıyıq. Görün, hansı feodal düşüncəyə sahibdirlər”.

BAP sədri bildirdi ki, Güney Azərbaycan məsələsi hər an partlamağa hazır olan bir dinamitdir: “Biz Bütöv Azərbaycan olmaq niyyətimizi gizlətmirik, xalqımız da bunu arzulayır. Sadəcə, indi fərqli zamandır, İran bir ayrı dövlətdir, biz müstəqil ölkəyik, amma heç kim bizi bütöv olmaq istəyimizdən döndərə bilməz”.

Qeyd edək ki, Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İranla gərginliyin həqiqətlərini açıqlayıb. Prezidentin sözlərinə görə, Azərbaycan mesajını dostcasına bildirib, əfsuslar olsun ki, xəbərdarlığa adekvat cavab verilməyib. Sitat: “Bundan sonra diplomatik nota hazırladıy, səfir dəvət olundu və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrləvə ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik”.
“Yeni Müsavat”
14-10-2021, 15:05
Azərbaycan tarixi qərar ərəfəsində: Bunu İran istədi - GƏLİŞMƏ
13-10-2021, 11:44
İRANPƏRƏSTLİYIN ƏCAİB TƏZAHÜRÜ... – Və ya molla rejiminin xidmətçilərinin cırılan maskaları
3-03-2021, 17:50
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
12-11-2020, 13:25
İbrahim Qobustanlı: «Cənab İlham Əliyevə ailəm və öz adımdan təşəkkürümü bildirirəm»
22-08-2020, 14:32
Sənsiz heçnədi
11-04-2020, 12:48
Türk dünyası üçün tarixi bir gün
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır