İRANPƏRƏSTLİYIN ƏCAİB TƏZAHÜRÜ... – Və ya molla rejiminin xidmətçilərinin cırılan maskaları
capar.info : - Yaxud Bütöv Azərbaycan məfkurəsi ilə “Böyük Ermənistan” xəstəliyini necə eyniləşdirmək olar?
Son İran-Azərbaycan gərginliyi İran rejiminin Azərbaycandakı “beşinci kolonu”nu hərəkətə gətirməklə yanaşı, həm də onu çaş-baş salıb. Nəticədə bu xəttə xidmət edənlərin bir çoxunun arxasında gizləndikləri maskalar cırılmağa başlayıb...
Adətən İranın buradakı təəssübkeşləri barədə danışarkən daha çox Allahşükür Paşazadə başda olmaqla, müxtəlif din xadimlərinin, məzhəbçilərin və s. adları çəkilir, onlardan sitatlar gətirilir. Lakin onlarla yanaşı, üzdə Azərbaycanın İranla münasibətlərinin normal, dostluq, hətta qardaşlıq səviyyəsində olmasının vacibliyini təbliğ etmək kimi xoş niyyət ortaya qoyan, ancaq eyni zamanda paralel olaraq müxtəlif zərərli və dolayısı ilə molla rejiminin maraqlarına cavab verən fikirlər yayan ictimai fəallar, politoloqlar, ayrı-ayrı tanınmış şəxslər də var.
Son günlər Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağının sosial şəbəkəlrdə yayımlanan bir fikri mübahisələrə səbəb olub. Həmin fikir belədir: “Bu gün də eyni vəziyyət davam edir. Yanlış tezislər təbliğ olunur. Ermənistana “Böyük Ermənistan” xəstəliyini yoluxduran beynəlxalq güclər azərbaycanlıları “Bütöv Azərbaycan” xəstəliyinə yoluxdurmağa çalışırlar. Yoluxmadıq, yoluxmarıq. İrana gəldikdə, ona öz dövlətimiz kimi baxmalıyıq. Orada yaşayan 30 milyon soydaşımız öz dövlətinə sahib çıxmalıdır və çıxacaq. Primitiv adamların zərərli təbliğatına uymayın.”
Özünü Qarabağın azadlığına çalışan bir hərəkatın sədri hesab edən şəxsin ermənilərin xəstə təxəyyülü, sırf terrorçuluq və işğalçılıq üzərində qurulan “Böyük Ermənistan” nəzəriyyəsi ilə Azərbaycanın bütövləşməsi, azərbaycanlıların haqq-halalı olan torpaqlarda yaşaması, vahid dövlət olması istəyinə söykənən Bütöv Azərbaycan ideyasına eyni müstəvidən baxması olduqca qüsurlu, çox zərərli, hətta utancverici yanaşmadır. Bu bənzətməni, eyniləşdirməni heç Azərbaycanın güneyilə şimalının yaxınlaşmasını ən qorxulu yuxu kimi görən İran rejiminin qatı şovinist nümayəndələrindən belə görməzsiniz.
Azərbaycanın bütövləşməsi ideyasını, müəyyən tarixi hadisələr, savaşlar və s. nəticəsində haqsız olaraq bölünmüş xalqların birləşməsi istəyini “xəstəlik” adlandırmaq isə heç bir halda sağlam düşüncənin məhsulu sayıla bilməz. Deməli, belə çıxır ki, ötən əsrin sonuna yaxın Almaniyanın bütövləşməsinə nail olanlar, yaxud bu gün Koreyanın cənubunun və şimalının birləşməsini istəyənlər xəstədirlər, A.Nağı isə sağlam...
Həmçinin, İran rejiminin son zamanlar Azərbaycana ünvanladığı şər-böhtanlardakı “beynəlxalq güclər” tezisindən istifadə edən bu şəxsin həmvətənlərimizin ana dilində təhsil də daxil olmaqla heç bir hüququnu tanımayan bir rejimi, dövləti özününkü hesab etməyə dair çağırışı isə yumşaq desək, qəribə görünür.
“Primitivlik” söhbətinə gəlincə, görünür, məmləkətimizin bütövlüyü, birliyi uğrunda mübarizə aparmış tarixi şəxsiyyətlərimiz, bu mövzuda ədəbi əsrlər yaratmış şair və yazıçılarımız primitiv, A.Nağı isə böyük intelektualdır...
Hələ 5 il bundan əvvəl həmin bu A.Nağı “İran Qarabağ və Azərbaycanın işğal olunmuş digər əraziləri məsələsində həmişə Azərbaycanın hamisi olmuşdur” demişdi. Nəinki ötən 5 ildə, ümumilikdə son 30 ildə, eləcə də 44 günlük müharibə və ondan sonrakı dövrdə İranın kimin hamisi olduğu açıq-aydın göründü...
Təəssüf ki, uzun illər, xüsusilə də son zamanlar buna bənzər fikirlərə, İrandakı rejimin maraqlarına xidmət etdiyi şübhə doğurmayan tezislərə tez-tez rast gəlinir. Bu da başa düşüləndir - İran rejiminin “quyruğu” qısıldıqca, buradakı xidmətçiləri fəallaşacaq. Ancaq A.Nağı demişkən, “Primitiv adamların zərərli təbliğatına uymayın”...
6-10-2021, 12:51
Azərbaycan da cavab olaraq İrana hava məkanını bağlaya bilər - Hərbi ekspert
6-10-2021, 10:13
HƏYASIZLIQ DÖVLƏT SİYASƏTİNƏ ÇEVRİLƏNDƏ... - Yaxud İranı Ermənistanla doğmalaşdıran nədir?
5-10-2021, 20:19
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün ağzına su alıb oturmamalıdır" - ÇAĞIRIŞ
22-09-2021, 09:46
“Azərbaycanın səbr kasasını daşırmaq lazım deyil” - Partiya sədri
22-09-2021, 08:35
Molla rejimi Qarabağ Zəfərimizi HƏZM EDƏ BİLMİR... - BUNUN BAŞQA ADI YOXDUR...
15-04-2020, 23:23
Azərbaycan hökuməti İran tərəfinə narahatlığını çatdırdı
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir