HƏYASIZLIQ DÖVLƏT SİYASƏTİNƏ ÇEVRİLƏNDƏ... - Yaxud İranı Ermənistanla doğmalaşdıran nədir?
Gündəm / Siyasət / Hadisə
Oxunub: 267
6 Ekm 2021 | 10:13
HƏYASIZLIQ DÖVLƏT SİYASƏTİNƏ ÇEVRİLƏNDƏ... - Yaxud İranı Ermənistanla doğmalaşdıran nədir?

capar.info : - İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian"İranın Ermənistana və "Dağlıq Qarabağa" yanacaq tədarükünun Azərbaycan tərəfdən blokadası yolverilməzdir" fikri İrandakı rejimin uzun illər gəzdirdiyi “müsəlman, islam təəssübkeşliyi və qardaşlığı” və s. kimi saxtakarlıqlardan ibarət maskanın elə bu rejimin özü tərəfindən cırılmasıdır. Bu, artıq “Qaradan o tərəfə rəng yoxdur” deməkdir...

Bir tərəfdən Qarabağın islam torpağı olduğuna dair “fətva” verib, digər yandan Azərbaycanın nəinki razılığı olmadan, əksinə, dəfələrlə xəbərdarlıq etməsinə rəğmən oradakı erməni separatçılarına yanacaq və digər yüklər göndərmək nə islama, nə qardaşlığa, nə qonşuluğa, nə də əxlaqa, insanlığa sığır. Hələ bunun qarşısının Azərbaycan tərəfindən alınmasına XİN başçısı vasitəsilə etiraz etmək isə artıq həyasızlığın, abırsızlığın İran dövləti səviyyəsində açıq təzahürü və etirafıdır.

Bu baxımdan İran doğrudan da Ermənistanla eyniləşib və doğmalaşıb. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, bizi Qarabağdakı qələbəmiz münasibətilə guya təbrik edirsənsə, o zaman sənin maşınlarının Laçın dəhlizində, Xankəndində hansı iti azıb?...

Həmin Abdollahian ağası Xomeneinin "Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bilsin" kimi bir dini liderdən daha çox “kabadayı”, kriminal avtoritet leksikonunda açıqlamasından dərhal sonra daha da uzağa gedərək, İran rejiminin əsas qarınağrısının səbəblərindən birini söylədi: “Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi... İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı...”

Birincisi, məntiqlə, din xadimi, ayətullah və s. adlanan adam sülhdən, ədalətdən, insanpərvərlikdən danışmalıdır, kin-küdurət, nifrət, hədə-qorxu yağdırmamalıdır.

Xomeneinin “şapalağı”na gəlincə isə o, ən çox İrandakı rejimin özünə, daha sonra isə Allahşükür Paşazadə başda olmaqla Azərbaycanda onu özünə “ağa” sayanlara, yaxud İranın Azərbaycana qarşı riyakarlığını sığallamağa, malalamağa çalışan iranbaşlara, məzhəbçilərə yaraşır.

Xomenei bu açıqlaması ilə həm də onları cəmiyyət, xalq qarşısında xəcalətli etdi və eyni zamanda, iranpərəstliyin, məzhəbçiliyin nə qədər çürük, səviyyəsiz və riyakar xətt olduğunu göstərdi. Nəhayət, Xomeneinin "şapalaq" söhbəti belə nəticəyə gəlməyə əsas verir ki, deyəsən Azərbaycanın 44 günlük müharibədə Ermənistana vurduğu şapalaq, ondan ötüb İrana dəyib...

İkincisi, İran rəsmisi "Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi” desə də, Tehrandakı rejim üçün əsas “xoşagəlməz hadisə” elə Qarabağın işğaldan azad edilməsi faktının özüdür! Bunu müharibədən sonra İranın atdığı bütün addımlar – Zəngəzur dəhlizinə qarşı çıxması, Ermənistanla əlaqələri daha da gücləndirməsi, Qarabağdakı separatçılara Azərbaycanın iradəsinə zidd olaraq hər cür yardım göstərməsi, özünün Azərbaycandakı “beşinci kolonu”nu aktivləşdirməsi, sərhədlərimiz yaxınlığında hərbi təlimlər keçirməsi, Bakıya hədə-qorxu gəlməsi və s. sübut edir.

Guya İsrailin İranla sərhəddə yerləşdiyinə dair cəfəngiyyat isə İranın bütün bu riyakrlığını, aqressivliyini əsaslandırmaq üçün yalançı, saxta bəhanədir. Azərbaycan İsrail istehsalı olan silahlardan, hərbi avadanlıqlardan istifadə etdiyini nə müharibə dövründə, nə də ondan sonra danmayıb, əksinə, açıq şəkildə bunu ifadə edib. Ancaq bütün bunlar işğalıçı Ermənistanın ərazilərimizdən qovulması üçün istifadə edilib, İrana qarşı yox. Və bu gün də Rusiya, Türkiyə, Belarus və digər ölkələr kimi, İsrail istehsallı avadanlıqlar da sərhədlərimizin qorunması üçün ordumuzun arsenalında istifadə oluna bilər. Bunun üçün Azərbaycanın kimdənsə icazə almaq öhdəliyi yoxdur! Necə ki, Azərbaycan İranın Ermənistanla qardaşlaşmasına, bacılaşmasına və s. qarışmır, İranın da buraya burun soxmağa ixtiyarı yoxdur!

İsrailə gəldikdə, İran bu dövlətlə düşmənçiliyini Fələstin torpaqlarının işğalı ilə əlaqələndirir. Bəs, necə olur ki, “işğalçı, sionist İsrail”i düşmən elan etdiyi halda, din təəssübkeşliyindən dəm vuran İran rejimi 30 il müddətində qulağının dibində Azərbaycan torpaqlarını işğalda saxlayan, müsəlman qanı axıdan Ermənistanı dost, qardaş elan edir?

Bununla da kifayətlənmir, torpaqlarımızı bu işğalçı sürüdən təmizləməkdə bizə yardımçı olan İsraili bəhanə gətirərək, az qala Azərbaycana qarşı savaş açır? Nədən islam aləminin liderliyinə iddialı olan, lakin heç bir müsəlman ölkəsilə dost münasibəti olmayan bu dövlət qonşu müsəlman ölkənin torpaqlarını zəbt edən işğalçını qovmağa yardım etmək əvəzinə, işğalçı və terrorçu ilə 30 il əməkdaşlıq edib, onu bəsləyib və həmin ərazilərdən istifadə edərək, çirkin alverlərlə məşğul olub?

Bu gün Ermənistanda İran-Azərbaycan münasibətlərinin gərginləşməsi toy-bayram kimi qeyd olunur. Çünki ermənilər də İranın zaman-zaman Türkiyənin, türk birliyinin əleyhinə olan fəaliyyətlərini yaxşı bilir və bu gün məhz İranı, yeri gələndə Rusiyadan da artıq dərəcədə özlərinə arxa-dayaq hesab edirlər. Bu “nailiyyətə” görə İran rejiminə bütün müsəlman dünyası adından böyük bir “minnətdarlıq” düşür...

Ancaq kimin nə danışmasından, harada təlim keçməsindən, hara raket atmasından, kiminlə dostlaşmasından asılı olmayaraq, ötən əsrin 80-ci illərində qalan İran və onun kimilər bilməlidirlər ki, Azərbaycan 20-30 il əvvəlki Azərbaycan deyil. Ona 70-ci illərin tanklarını “kraskalayıb” təlimlər keçməklə, küçə səviyyəli bəyanatlar, açıqlamalar verərək hədə-qorxu gəlməklə nəyəsə nail olmaq mümkün deyil...

“AzPolitika.info”
23-09-2021, 20:38
İran nədən narahatdır? - Tehranda üçtərəfli görüşə hazırlaşırlar
16-09-2021, 20:56
“İrandakı səfirimiz geri çağırılmalıdır” - ÇAĞIRIŞ
14-09-2021, 20:52
“Tehran ondan narahat olsun ki...”
13-09-2021, 15:32
İran TIR-ları YENƏ DƏ Qarabağda... - "Azərbaycanın İrana nota verməsinə baxmayaraq..."
15-04-2020, 23:23
Azərbaycan hökuməti İran tərəfinə narahatlığını çatdırdı
13-04-2020, 23:11
İrandan Qarabağa yanacaq və ərzaq daşınır? - AÇIQLAMA
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir