“Kişilikdən danışan qadınların arxasında gizlənməz” - Hacı Qalibə evini dağıtdığı vətəndaşdan güllə kimi sözlər
Gündəm / Siyasət / Hadisə
Oxunub: 274
19 Ekm 2021 | 21:56
“Kişilikdən danışan qadınların arxasında gizlənməz” - Hacı Qalibə evini dağıtdığı vətəndaşdan güllə kimi sözlər

capar.info : [b][/b]- “Qalib Salahzadə mənim və ailə üzvlərim haqda söylədiyi böhtan və təhqirlərin hər birinə görə cavab verəcək. İllərdir bizə qarşı törətdiyi cinayətlərin cəzasız qalması, araşdırılmaması onu tam olaraq cızığından çıxarıb. Bu adam elə bilir ki, ağzına gələni danışacaq, kimin barəsində istəsə hədyan, böhtan söyləyəcək və cəzasız qalacaq. Mən Azərbaycan məhkəməsinə müraciət edərək ona hətərən-pətərən danışmağını yasaqlatdıracağam”.

Bu sözləri “Yeni Müsavat”a Azərbaycan vətəndaşı Seymur Quliyev deyib.

“Qalib Salahzadə də baş prokurorun hərəkətsizliyindən ruhlanıb bizim ailəni təhqir edir”

O bildirib ki, Qalib Salahzadə mətbuatda onun özü və ailəsi bağlı şər-böhtan yayıb. Buna görə onunla məhkəmədə görüşəcək: “Qalib Salahzadə mənim Bilgəh qəsəbəsində torpağımı zəbt edib və gəlini Xatirə Allahşükür qızının adına keçirib. Həmin torpaqda mənim 2 və 3 mərtəbəli evlərim vardı, özülünə qədər sökdürüb. Bundan əvvəl isə evlərimi talan edib. Baş verən cinayətlərlə əlaqədar 5 maddə ilə bu cinayət araşdırılıb və baş prokuroru gözləyirik ki, həvalə qərar versin və ya işi məhkəməyə göndərsin. Qalib Salahzadə də bu ləngimə dövründən istifadə edib, bizim ailəni təhqir edir, ağzına, ağlına gələni danışır. Deyir ki, guya qardaşım İlham onun yanına gedib və məni öldürmək üçün ondan icazə istəyib. Bu Qalib Salahzadənin növbəti yalanı, uydurmasıdır. Qardaşım İlham Quliyev də Qalib Salahzadəni məhkəməyə verib, bu yalanını təkzib etməsini tələb edib”.

“Qalib kimdir ki, onunla məsləhət eləyim?”

“Yeni Müsavat”ın redaksiyasına təşrif buyuran İlham Quliyev deyib ki, Qalib Salahzadəni ömründə görməyib: “Qalib Salahzadə barəmdə yalan fikirlər söyləyir. Mən ömrümdə onun yanında olmamışam. Buna heç bir ehtiyac da olmayıb. O kimdir ki, mən onun qapısına gedim. Üstəlik bir onunla məsləhət eləyim? Adam yaşından-başından utanmır, olmayan hekayələr uydurur, gecə yatıb yuxuda gördüyünü dilinə gətirir, baş vermiş hadisə kimi danışır. Seymur mənim balaca qardaşımdır, mənim ondan incikliyim yoxdur, olmayıb, ola da bilməz. Əgər mənimlə qardaşım arasında narazılıq olsa belə, Qalib kimdir ki, onunla məsləhət eləyim? Mən bu adamı həyatda üzbəsurət görməmişəm. Qalib Seymurun evlərini dağıtmasaydı, torpağını zəbt etməsəydi, mən ümumiyyətlə Qalib adlı birinin bu ölkədə yaşadığını belə bilməzdim”.

Seymur Quliyev deyir ki, Qalib Salahzadə onun qardaşının adını hallandırmaqla gələcək məkrli planları üçün əsas yaratdığını düşünür: “9 ildir ki, onun mənə qarşı cinayəti araşdırılmamış qalıb. Qalib Salahzadə çox gözəl bilir ki, ev yıxmaq, ev dağıtmaq nə qanunda, nə Allahın kitabında yoxdur və belə hərəkətin cavabı da mütləq şəkildə olur. Başa düşür ki, mən ondan əl çəkən deyiləm. Dubayda pul qazanıb Azərbaycana gətirmişəm, Bilgəhdə torpaq alıb övladlarım üçün şərait qurmuşam. Qalib Salahzadə də ilkin olaraq qardaşının arvadının adından barəmdə polisə şikayət edib. Araşdırıblar, məlum olub ki, bu böhtandır. Tədbir görmədilər deyə, bu dəfə də gəlini Xatirə Allahşükür qızını qabağa verib onun adına qanunsuz olaraq sənəd almaqla torpağıma iddia elədi. Oradakı 2 evimi talan edib sökdü. Azərbaycanın Konstitusiya Məhkəməsi həmin torpağın mənə aid olduğunu öz qərarı ilə təsdiqləyib. Amma bundan sonra da Qalib Salahzadə torpağımı boşaltmadı. İndi də başa düşür ki, mən bu qanunsuzluğun araşdırılmasına enində-sonunda nail olacağam. Qalib Salahzadəyə Allahdan uzun ömür istəyirəm ki, bu məsələni onunla çözüm, qabağa verib arxasında gizləndiyi qadınlar sorğu-sual günü çətin durumda qalmasınlar. Kişilikdən danışan qadınların adından iş görüb onların arxasında gizlənməz. Təsəvvür edin ki, bu işlə bağlı dindirmələrə gəlini Xatirə Allahşükür qızı, qardaşının arvadı cəlb olur. Mən Qalib Salahzadənin yerinə utanıram. O isə etdiklərindən utanmır, üstəlik bizim ailəmizin ünvanına şər-böhtan yağdırır. Elə buradan da Qalib Salahzadəyə səslənrəm: hər kəlmənə görə məhkəmədə cavab verəcəksən. O ki, qaldı qardaşımın barəsində dediklərinə, bu, ağ yalandır. Mənim qardaşımla heç bir problemim yoxdur, olmayıb. Mənə qarşı cinayət planlayıb qardaşımın üstünə yıxmaq kimi xülyan da bu başdan puçdur. Bununla bağlı müvafiq orqanlara da məlumat verilib”.

Seymur Quliyev baş prokuror Kamran Əliyevə də bir daha müraciət edərək əmlaklarının sökülməsi ilə bağlı cinayət işi ilə bağlı yekun qərar gəlməsini istəyib.
Musavat.com
19-10-2021, 21:56
“Kişilikdən danışan qadınların arxasında gizlənməz” - Hacı Qalibə evini dağıtdığı vətəndaşdan güllə kimi sözlər
28-09-2021, 11:19
Hacı Qalibin həbsi tələb olundu - 3 milyon manat təzminat istənildi
25-09-2021, 20:25
Şeyxin qudası “at oynadır” - NARAZILIQ!
4-08-2021, 11:39
Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib... - QALMAQAL
21-04-2021, 10:22
Nadir Qafarzadə dələduzluğa məruz qalıb
3-02-2020, 12:38
Paşazadənin siyahısı üzrə 10 nəfərin mandat alacağı gözlənilir - İddia
Bugün, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
Bugün, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
Bugün, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Bugün, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
Bugün, 18:05
Putinə görüş təklif edib
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir