Paşazadənin siyahısı üzrə 10 nəfərin mandat alacağı gözlənilir - İddia
Fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkisi bir çox maraqlı cəhətlərilə əvvəlkilərdən fərqlənir ki, bunlardan biri də “varislik prinsipi”nin aşkar boy göstərməsidir...Ancaq bu mövzuda nədənsə daha çox Xanhüseyn Kazımlının qızının namizədliyini irəli sürməsi və deputatın öz qızı ilə bağlı Prezidentə ünvanladığı iddia edilən məktub müzakirə olunur. Hansı ki, daha maraqlı hadisələr və real namizəd 27 saylı Sabunçu ikinci Seçki Dairəsindədir. Söhbət Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin qudası, sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədən gedir.
Yeri gəlmişəkən, bu seçkidə məhz Paşazadənin siyahısı üzrə azı 10 nəfərin mandat alacağı gözlənilir. Yəni seçkiyə haram qatanlardan biri də elə hörmətli dini rəhbərimizdir...
Belələrindən biri, YAP tərəfindən namizədliyi irəli sürülən Ə.Salahzadənin seçkiyə qatıldığı 27 saylı Sabunçu ikinci Seçki Dairəsində ona ciddi problem yaradacaq elə bir tanınmış, iddialı rəqibə rast gəlinmir. Hakim partiyanın namizədi olması ilə yanaşı, Hacı Qalibin oğlunun 10 ilə yaxın müddətdə Sabunçu Rayon İcra Hakimiyyətində işləməsi icra strukturu və YAP-ın resurslarının bu namizədin xeyrinə istifadəsinin effektini bir qədər də artırmış olur. Bu səbəblərdən onun artıq “qarantiyalı” namizəd olduğunu iddia edənlər çoxdur...
Əslində, bütün peşələrdə varislik anlayışının keçərli olması təbiidir. Ancaq nəzərə alsaq ki, deputatlıq özü-özlüyündə konkret olaraq peşə deyil, bu zaman onun atadan övlada ötürülməsi bir qədər qəribə görünür. Lakin Azərbaycan reallığı ümumiyyətlə qəribəliklərlə zəngin olduğundan buna təəccüb etməyə dəymir...
Əlbəttə ki, normalda istənilən vətəndaş kimi istənilən deputatın övladının da millət vəkili seçilmək hüququ var. Lakin belə iddiada olanın ortaya deputatlıq iddiası qoyması üçün atasının adından başqa, özünün də müəyyən zəruri keyfiyyətləri olmalıdır. Bəs Ə.Salahzadənin özünün geniş ictimaiyyətə, yaxud Sabunçu əhalisinə tanış olan hansısa cəhəti, fəaliyyəti, fikirləri, xidmətləri və s. məlumdurmu? YAP onun namizədliyini irəli sürərkən hansı kriteriyalara əsaslanıb? Bu adam, sadəcə, Qalib Salahzadənin övladı olmaqdan başqa, şəxsən özü nələrə nail olub, yerli əhali onu niyə dəstəkləməlidir və s...
Təbii ki, ola bilsin Ə.Salahzadə kifayət qədər savadlı, siyasi dünyagörüşü, bilikləri olan bir şəxsdir. Lakin bunların heç birindən nə ictimaiyyətin, nə də yerli əhalinin xəbəri var. Onun keçirdiyi seçki kampaniyası isə şablon xarakterli, YAP-ın və icra strukturlarının resursları ilə təşkil olunan görüşlərdən uzağa getmir. Belə kampaniya ilə kiminsə doğrudan da əhali tərəfindən dəstəklənərək seçiləcəyinə kim inanar?
Bəlkə də Ə.Salahzadə atasının kölgəsində deyil, özü bir gənc, istedadlı, fəal YAP funksioneri kimi seçkiyə qatılsaydı, bu, daha çox effektli olardı. Ancaq digər tərəfdən, məsələn, Naqif Həmzəyev kimi “öz gücünə” deputat olmaqdansa, Qalib Salahzadənin oğlu olaraq deputat seçilmək təbii ki, daha abırlıdır...
Qeyd edək ki, bundan əvvəl Ə.Salahzadə hələ 21 yaşı olanda atasından boşalan Bilgəh Bələdiyyəsi sədrliyi vəzifəsinə seçilib. Yəni artıq atasının yerinə seçilmək, yəni “varislik təcrübəsi” var. Amma “necə seçilib və indi necə seçiləcək” kimi suallar ətrafında nəsə demək bir qədər çətindir. Bu suallara elə hörmətli Hacı Qalib Salahzadə hələ deputat olarkən Milli Məclisdə etdiyi qalmaqala səbəb olan çıxışı ilə maraqlı cavab vermişdi: “Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır. Bu dəqiqə, elə bizim Sabunçu rayonunda bələdiyyələr hamısı seçilib, kim olacağı indidən bilinir, bu camaata da deyirlər ki, gəlin səs verin. Bunu deməyə mənim cürətim çatır. Bunu bütün deputatlar bilirlər...”
Əlavə şərhə ehtiyac varmı? Niyə də belə cəsarətli deputatın oğlu da deputat olmasın? Necə deyərlər, Allah xeyir versin!..
29-01-2020, 13:10
Masallıda maraqlı seçki mənzərəsi - İDDİA
29-01-2020, 12:32
Xanım deputat da seçkidə çətinlik çəkir... - İDDİA
27-01-2020, 13:57
Parlament seçkilərində namizədlərin sayı məlum oldu - Ən çox namizəd hansı dairədəndir?
27-01-2020, 12:54
Cavid Qurbanov Hacı Salayevi necə geri oturtdu? - Şok iddia
17-01-2020, 15:17
Nəriman Əliyev yerinə deputat seçdirir - LAL mandat sahibi olmuş biznesmenin namizədi Məhşur Məmmədov KİMDİR?
9-12-2018, 13:49
YAP: Gündəmdə növbədənkənar parlament seçkisi məsələsi yoxdur
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...