Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib... - QALMAQAL
Gündəm / Sosial
Oxunub: 430
4 Ağu 2021 | 11:39
Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib... - QALMAQAL

capar.info: - Xəbər verdiyimiz kimi, Bilgəh qəsəbə sakinləri Seymur Quliyev və Nurid Əliyev də daxil olmaqla ümumilikdə 35 vətəndaş iddia edir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Q.Salahzadənin yolda maneələr yaratdığını deyən vətəndaşlar həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülməsini xahiş etsələr də, bir neçə ildir ki, müraciətə cavab yoxdur.

Sözügedən əmlakın əsl sahibi Seymur Quliyevə və Qalib Salahzadənin oğlunun həyat yoldaşı Xatirə Salahzadəyə vaxtilə eyni mülkə aid çıxarış təqdim edilib. Məhkəmənin qərarı ilə, Xatirə Salahzadəyə məxsus çıxarışın qeyri-qanuni olduğu aydın olub. 2018-ci ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib.

Pravda.az-a məsələ ilə bağlı danışan Seymur Quliyevin sözlərinə görə, Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. Şahidlər Seymur Quliyevin dediklərini təsdiq edib.

Şikayətçi Seymur Quliyev məsələ ilə bağlı Xatirə Salahzadənin atası, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə ilə 2018-ci ildə iki dəfə görüşməyə cəhd göstərsə də, görüş baş tutmayıb. O, cari ilin iyul ayında yenidən Allahşükür Paşazadə ilə görüşmək üçün cəhd edib. Əvvəlcə şikayətçini Şeyxin qəbul edəcəyi bildirilsə də, daha sonra QMİ-nin mətbuat xidmətinin əməkdaşı Etibar Cəbrayıloğlu qarşılayıb. E.Cəbrayıloğlu Seymur Quliyevin şikayətini dinləyib və sənədlərə baxaraq məsələni Şeyxə məruzə edəcəyini bildirib.

Məsələdən xəbərdar olduğunu və tədbir görəcəyini bildirən Allahşükür Paşazadə avqustun 2-də Seymur Quliyevi qəbul edəcəyini bildirsə də, fikrini dəyişib.

Seymur Quliyev deyir ki, əgər Şeyx qudası Qalib Salahzadənin onun qızının adından istifadə edərək cinayət törətdiyini bilib heç bir tədbir görmürsə, şübhəlidir: “Belə nəticəyə gəlmək olur ki, bu məsələdə elə Allahşükür Paşazadənin də marağı var. Qafqaz Müsəlmanları İdarəsinin sədridir, sıravi adam deyil. Yəni istəsə, Respublikanın Baş Prokuroru Kamran Əliyevə və yaxud da daxili işlər naziri Vilayət Eyvazova zəng edərək, Qalib Salahzadənin Bilgəhdə qanunsuz əməllər törətdiyini deyə və əməli tədbir görə bilər.

Şikayətçi bildirib ki, bu gün də ona məxsus olan, lakin cavabdehlər tərəfindən talan edilərək zəbt edilmiş torpaq sahəsi Bilgəh qəsəbəsində “Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edilir: “Öz ərazimə keçmək üçün ödənişli parkinq xidmətindən istifadə edirəm. Avtomobilimin orada saxlanılmasına görə bilet alıram”. İddiaçı deyib ki, ərazidə qonşusu Nurid Əliyevin 10 il əvvəl zəbt olunan torpağı da onun torpağına birləşdirilərək avtodayanacaq kimi istifadə edilir. Həmçinin əlavə edib ki, Nurid Əliyevə məxsus mülk 1970-ci illərdə onun babası Sovet dövründə Mülki Aviasiyanın rəhbəri Ümid Əliyevə ümumilli lider Heydər Əliyev tərəfindən hədiyyə edilib".

Qeyd: Q.Salahzadənin oğlu Əliabbas Salahzadə Milli Məclisin deputatıdır....
3-08-2021, 14:00
Ağstafada gənc başçı BELƏ YEYİR... - İDDİA
12-01-2021, 10:21
Bakıda gizli fəaliyyət göstərən "Məcnun" kafesi aşkarlandı, 9 nəfər saxlanıldı
30-09-2020, 10:57
Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib
11-04-2020, 12:28
Qazdan qanunsuz istifadə edənlər AŞKARLANDI
3-02-2020, 12:38
Paşazadənin siyahısı üzrə 10 nəfərin mandat alacağı gözlənilir - İddia
24-12-2018, 13:41
Evdən televizor və digər məişət əşyaları oğurlayan şəxslər saxlanılıb
Bugün, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
Bugün, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
Bugün, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
Bugün, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Bugün, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir
29-01-2026, 12:48
Ödənilməyən cərimə məhkumun maaşından tutulacaq
28-01-2026, 18:23
“Media haqqında” Qanuna dəyişiklik edilir
28-01-2026, 18:21
Hər uşağa veriləcək minimum məbləğ məlum oldu
28-01-2026, 18:19
Rusiyada məhkəmə Hüseyn Həsənovla bağlı qərar verdi
28-01-2026, 18:16
Bu məlumatlar ayın 15-dək təqdim ediləcək