Hamilə qadınlara COVİD-19 vaksini vurula bilərmi? - AÇIQLAMA
Gündəm / Siyasət / Hadisə
Oxunub: 344
18 Ekm 2021 | 10:39
Hamilə qadınlara COVİD-19 vaksini vurula bilərmi? - AÇIQLAMA
capar.info : - Azərbaycanda hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə vaksin vurulması əks göstəriş olsa da, hazırda bir sıra sahələrdə bu şəxslərdən israrla vaksin sertifikatı tələb olunur. Milli Məclisin bu günlərdə keçirilən iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov öz açıqlamasında bildirib ki, ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analardan əks-göstəriş sertifikatı tələb olunur. Hətta bu günlərdə belə bir tələbə öz imzasıyla təhsilindən imtina edib.
Deputatın sözlərinə görə, dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır. Bu cür faktlar göstərir ki, hazırda bətnində körpəsi olan, eləcə də körpə övladına süd verən analar əks-göstəriş sertifikatına görə ali təhsil haqqından belə imtina etməli olur.
Bəs, görəsən hamilə qadınların və süd verən anaların COVID-19 əleyhinə vaksinasiyası nə dərəcədə təhlükəsizdir?
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin avqust ayına qədər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da hamilə qadınlara koronavirusdan qorunmağı tövsiyyə edirdi.
"Avqust ayından isə ÜST tərəfindən yeni bir protokol tətbiq olunub. Həmin protokola əsasən hamilə qadınların hamiləliyin 12-ci həftəsindən sonra vaksinasiyası tövsiyyə olunub. Hesab olunur ki, hamilə qadının xəstəliyi keçirməsi ilə vaksin olunması müqayisə edildikdə, xəstəliyə yoluxması özü və bətnindəki döl üçün daha təhlükəlidir".

Hamilə qadınların vaksinasiyası ilə bağlı ÜST-ün yeni qəbul olunmuş tövsiyyəsinin Azərbaycanda hamilələrə tətbiqinə gəlincə, baş mama-ginekoloq burada müəyyən ziddiyyət yarandığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanda geniş tətbiq edilən Sinavak şirkətinin istehsalı olan CaronaVak vaksininin təlimatında peyvəndin hamilə qadınlara və süd verən analara vurulmasının yolverilməz olduğu qeyd olunub.
"Bu gün Sinovak şirkəti peyvəndin hamilələrə və süd verən analara vurulması üçün tədqiqatlar aparır. Amma bu tədqiqatlar hələki sona çatmayıb. Ona görə də bu gün Sinovak istehsalı olan peyvəndin hamilələrə vurulması mümkün deyil. Çünki, istehsalçı özü bu vaksinin təlimatında hamilələ qadınlara və süd verən analara vurulmasını tövsiyə etmir. Amma Pfizer vaksini üzərində belə bir tədqiqat aparılıb və istehsalçı vaksinin hamilə qadınlara və süd verən analara vurulmasının təhlükəsiz olduğunu bəyan edib".

S. Məmmədova deyir ki, mamalıqda immuno qayda var. Bu qaydaya əsasən hamiləliyin 12-ci həftəsinə qədər hamiləyə heç bir vaksin etmək olmaz. Hamiləliyin 12-ci həftəliyinə qədər dölün bütün daxili orqanlarının təməlinin qoyulması prosesi gedir. Həmin mərhələlər tamamlananda hamiləlik üçüncü ayda olur.
Baş-ginekoloq onu da bildirir ki, istehsalçı zəmanət verməmiş hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə peyvənd vurula bilməz. Virusların embrionlara təsirləri erkən və gec ola bilər. Onun sözlərinə görə, əgər hamiləlik mayalanmanın ilk 15 günündədirsə, embrion inkişafdan qala bilər:
"Yaxud da cift yararsızlığı ola bilər ki, bu da nəticədə uşağın lazım olan maddələrlə təmin edə bilməyəcək. Yox əgər virus hamiləliyin 15-ci günündən 75-ci günlüyünə qədər yeridilirsə, bu zaman embrepatiyalar olur. Bu zaman uşaqlar qüsurlarla doğulur. Bir qədər gec müddətdə olduqda, 2 aylıqda virus dölə virus dəydikdə morfoloji cəhətdən normal, amma xarici görkəmcə eybəcər orqanlar yetişə bilər".

Məlumat üçün bildirək ki, hazırki qaydalara əsasən Azərbaycanda hamilə qadınlara və süd verən analara əks-göstəriş sertifikatı verilməlidir. Bu proses uzun çəkdiyindən tələbələr, işləyən hamilə və süd verən qadınlar əks-göstəriş sertifikatını aidiyyatı üzrə təqdim etməkdə gecikirlər. Bu isə bəzən hamilə qadın tələbələrin təhsildən imtina etməsi ilə nəticələnir.
Xatırladaq ki, hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
14-10-2021, 15:13
Pasport varsa, dərs də var: - Neçə tələbə universitetlərə buraxılmır?
14-10-2021, 14:07
Texniki Universitetin REKTOR BƏLASI... - Bəxti gətirmir ki, gətirmir...
2-09-2021, 15:18
"Mənə dedi ki, uşağı əmizdir sertifikat verək" - Bakı poliklinikasında BİABIRÇILIQ
2-09-2021, 13:08
313 nəfər “əks göstəriş sertifikatı” alıb: - “Allergiya üçün verilən testlər 100 faizlik göstərici deyil”
17-08-2021, 11:05
"Hamı kimi mənə də vaksin vuruldu..." - Onkoloji xəstə ŞİKAYƏTÇİDİR
22-09-2020, 11:19
5 uşaq atası hamilə arvadının qarnını yardı - Dəhşətə gətirən səbəb
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"