Azərbaycan xalqının haqlı Qələbəsi - ANIM GÜNÜ QEYDLƏRİ..
capar.info : - Dövlət başçısı İlham Əliyev sentyabr ayının 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda geniş çıxışında böyük əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunmuşdur.BMT Baş Assambleyasının builki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edərək, qalib Azərbaycan xalqını təmsil edir. Dövlət başçısınının BMT Baş Assambleyasının illik ümumi müzakirələri zamanı çıxışında bir daha 30 illik işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlara əsaslanan siyasətindən geniş bəhs edərək 44 gündə Azərbaycan Ordusunun tarixi Zəfərini şərtləndirən amillərə diqqəti yönəldib.
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətə başladıqları 1992-ci ildən hazırkı postmünaqişə dövrünədək yalnız nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Dövlətimizin başçısı İlham Əliyevin təbrincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Xalqın səbri tükənməz deyil.
Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyirdi. Dövlətimiz, xalqımız 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana beynəlxalq dəstək gördükdə sərt münasibətini bildirsə də, bunu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar. «Vasitəçi neytral olmalıdır» çağırışı rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı.
Azərbayan Ordusunun sentyabrın 27-dən etibarən əks-hücum əməliyyatlarını davam etdirərək göstərdiyi rəşadət bir çox məsələlərə aydınlıq gətirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda iştirak edən həmsədr dövlətlər qurumun keçirilən iclasında bu qətnamələrin öz əksini tapdığı bəyanatı qəbul etməməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Qoşulmama Hərəkatının üzvlərinin təkidi nəticəsində həmin bəyanat qəbul olundu. Belə ikili standartlar nümayiş etdirən dövlətlərin vasitəçiliyi əsasında münaqişənin sülh yolu ilə həllini gözləməyə dəyərdimi? Azərbaycan Ordusu son 44 gündə bu suala da cavab verdi.
Qeyd edək ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar problemin hərb yolunun olmadığını qeyd edirdilər. Azərbaycanı yalanları ilə sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan həmin dövlətlər, qurumlar da bu gün bu düşüncələrinin nə qədər yanlış olduğunun fərqindədirlər. Azərbaycan
Ordusu münaqişənin hərb yolunun mövcudluğunu nümayiş etdirməklə yanaşı, işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduqlarını göstərdi.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdikdə Azərbaycan Ordusu bunun qarşısını əks-hücum əməliyyatları ilə almağa çalışaraq böyük qəhrəmanlıqlar göstərəndə həm Ermənistan hakimiyyəti, həm də onlara dəstək verən dövlətlər məyus olduqlarını gizlədə bilmədilər.
Dövlət başçısı çıxışında münaqişənin son iki ili ərzində Ermənistanın qəsdən danışıqlar prosesini məhv etdiyini xüsusi olaraq müzakirəçilərin diqqətinə çatdırmışdır: «Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “Bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.»
Azərbaycan Ordusu 44 gündə işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə yeni ideyalarla çıxış edərək belə bir rəy yaratmışdı ki, münaqişənin həllində müsbət irəliləyişə nail olmaq mümkün olacaq. Amma günlər keçdikcə sərsəm bəyanatları ilə diqqətdə oldu. Gah danışıqların formatının dəyişdirilib qondarma «Dağlıq Qarabağ respublikası»nın prosesdə tərəf kimi iştirakının vacibliyini bildirirdi, gah da «Qarabağ Ermənistandır və nöqtə» deyib münaqişənin sülh danışıqları yolu ilə həllinin mümkünsüzlüyünə işarə etdi. Azərbaycan Ordusu Nikol Paşinyanın bu «işarəsinin» nə dərəcədə sərsəm, xülya olduğunu döyüş meydanında sübut etdi. Tarixi bilməyən, hər zaman dövlət başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi. Bir daha dərk etdi ki, yalanla həqiqət üzərində qələbə çalmaq mümkünsüzdür.
Müharibənin davam etdiyi 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla qaytarsın.
Azərbaycan həm döyüş, həm də diplomatik müstəvidə qalib oldu. BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edən dövlət başçısı İlham Əliyev qalib ölkənin Lideri olduğunu bir daha qətiyyətli mövqeyi ilə nümayiş etdirdi.
25-09-2021, 13:26
Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...
4-12-2020, 10:16
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - VİDEO
6-11-2020, 10:23
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
8-07-2020, 12:19
İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub
7-05-2020, 14:00
Azərbaycan BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etdi
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...