Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...
Gündəm / Siyasət
Oxunub: 217
25 Eyl 2021 | 13:26
Status CƏHƏNNƏMƏ GEDİB: Bəs nazirlər NƏDƏN DANIŞIB? - HƏQİQƏTƏN DƏ...

capar.info: - Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüş keçiriblər.

Ovqat.com-un məlumatına görə, nazirlər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu şofer (ABŞ) ilə ayrı-ayrılıqda görüşüblər, daha sonra onların birgə görüşü baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Tərəflər Yerevanla Bakı arasında bir sıra həll olunmamış məsələləri müzakirə ediblər, həmsədrlər vəziyyətin normallaşması üçün konkret tədbirlər təklif ediblər.

Qeyd edək ki, bu, 2020-ci ilin noyabr ayından bəri iki ölkənin XİN başçılarının ilk şəxsi görüşüdür.

ATƏT-in Minsk qrupu bunu İrəvanın və Bakının birbaşa dialoq vasitəsilə sülh prosesini bərpa etmək əzminin əlaməti kimi qiymətləndirib.

Maraqlıdır ki, Azərbaycan prezidenti İlham Əliyev ötən il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərini Bakıda qəbul edərkən, Qarabağ məsələsinin artıq həll olunduğunu və onların vasitəçiliyinə ehtiyac qalmadığını vurğulamışdı. O, həmçinin bildirmişdi ki, Minsk Qrupunun həmsədr ölkələrindən Rusiya da artıq öz fəaliyyətlərinə ehtiyac qalmadığını bildirib.



“Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”, - İlham Əliyev belə demişdi.

Azərbaycanın Minsk qrupunun vasitəçiliyindən imtina etməsi həmsədr dövlətlər tərəfindən birmənalı qarşılanmamış, xüsusilə ABŞ və Fransa Qarabağın statusu müəyyənləşməyənədək problemin həllindən danışmağın mümkün olmayacağını vurğulamışdılar. Onların bu fikrinə daha sonra Rusiya da qoşulmuşdu. Görünən budur ki, beynəlxalq təzyiqlər nəticəsində Azərbaycan yenidən Minsk qrupunun vasitəçiliyi ilə danışıqlara razı olub.

ATƏT-in Minsk qrupu çərçivəsində bundan sonrakı müzakirə predmetinin Qarabağın statusu məsələsi olacağı ehtimalı var. Azərbaycanın isə bu məsələdə mövqeyi kifayət qədər konkretdir. Prezident İlham Əliyev rəsmi Bakının statusla bağlı mövqeyini bu cür ifadə edib:

“Yəqin ki, siz fikir vermisiniz. Bu bəyanatda (10 noyabr Bəyanatı nəzərdə tutulur) Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur”.

Prezident həmin çıxışında açıq şəkildə vurğulamışdı: “Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq".

Odur ki, Ceyhun Bayramovun ABŞ-da öz erməni həmkarı ilə nəyi müzakirə etdiyi sual doğurur? Ümidvarıq ki, XİN bu suala aydınlıq gətirəcək.
23-12-2020, 10:59
Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə etdilər
26-10-2020, 10:34
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
18-08-2020, 15:19
ATƏT Minsk qrupunun zorakılığın qarşısının alınması məqsədilə qoşunların təmas xəttinə müşahidəçi qoyması məqsədəuyğun olar - Hoqland
14-08-2020, 13:38
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
14-12-2018, 12:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
3-12-2018, 11:31
Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı bəlli oldu
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır