Özünü erməniyə satan yunan deputat Xankəndinə necə keçib - DETALLAR
Gündəm / Siyasət
Oxunub: 332
9 Eyl 2021 | 09:58
Özünü erməniyə satan yunan deputat Xankəndinə necə keçib - DETALLAR

capar.info : - Sentyabrın 3-də Avropa Parlamentinin yunan Kiprindən olan keçmiş üzvü, AP-də yunan-erməni dostluq qrupunun rəhbəri, hazırda yunan Kiprinin deputatı Eleni Thecocharous Qarabağa növbəti dəfə qanunsuz səfər edib. Xankəndində separatçılarla görüşən Eleni Thecocharous oradan Azərbaycana qarşı bəyanatlar verib, Azərbaycan dövləti əleyhinə hədyanlar söyləyib, sonra isə Azərbaycana qarşı twitlər yazıb.

Bu qatı ermənipərəst, türkə nifrəti aşıb-daşan qadının xisləti əvvəl də məlum idi. Yunan deputat işğal dönəmində Xankəndini “su yolu”na döndərmişdi, az qala separatçılarla bərabər yatıb-dururdu. Təkcə 1992-1999-cu illərdə o, 19 dəfə Ermənistanda və Qarabağda müxtəlif “humanitar yardım missiyaları”nın iştirakçısı olub. Ondan sonrakı dönəmdə də kifayət qədər “aktiv” olub. Yəni ömrünü ermənilərə həsr eləmiş birisidir. Avropa institutlarında da erməni maraqlarını ən aktiv müdafiə edənlərdəndir. Bundan əvvəl 2018-ci ilin sentyabrında Qarabağ ərazisinə qanunsuz səfər etmişdi. Daha doğrusu, Avropa Parlamentinin Kiprdən olan digər üzvləri Yorqas Perdikis, Mikayis Qiorgalas və Kiprin Erməni Milli Konqresinin rəhbəri Nairi Muradyanun olduğu heyətə rəhbərlik etmişdi. Bundan əlavə, Belçikada erməni lobbisinin dəstəyi ilə keçirilən əksər tədbirlərin sponsorlarından olub.

Odur ki, Eleni Thecocharous uzun müddətdir Azərbaycanın Xarici İşlər Nazirliyinin “qara siyahı”sındadır. Amma onun budəfəki qanunsuz gəlişi ilə bağlı mühüm bir detal var. Məsələ ondadır ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra əldə olunan şifahi razılığa əsasən, Qarabağa hələlik yalnız Rusiya və Ermənistan vətəndaşları keçə bilər. Digər ölkələrin vətəndaşları isə Bakıdan rəsmi icazə almalıdır. O zaman yunan deputat Xankəndinə necə keçib? Olmaya Yunan Kipri də Rusiyanın tərkib hissəsidir? Heç ola bilməz ki, Rusiya “sülhməramlıları”nın izni olmadan o, ərazimizə soxulsun.

Bu fakt bir daha Laçın dəhlizinə Azərbaycanın da nəzarət eləməli olmasını bütün ciddiliyi ilə gündəmə gətirirmi? Azərbaycan XİN Yunan Kiprinə nota verməlidirmi?

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, yunan deputatın Azərbaycan ərazisinə qanunsuz keçidinə Rusiya sülhməramlılarının şərait yaratdığı şübhəsizdir. Ona görə də Azərbaycanın müvafiq orqanları ilk növbədə Rusiya sülhməramlılarının komandanlığına bu barədə öz etirazını bildirməlidir, izahat istənilməlidir ki, yunan deputat Azərbaycan ərazisinə necə buraxılıb: “İkincisi, Azərbaycanın müvafiq orqanları, xüsusilə də Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Avropa İttifaqının Parlamentinə, digər təsisatlarına öz etirazını rəsmi şəkildə bildirsin. Xarici İşlər Nazirliyi Yunan Kiprinə diplomatik formada etirazını bildirməlidir və deputatlarının Azərbaycan ərazisinə qanunsuz keçdiyini bəyan etməli, gələcəkdə belə hal təkrarlanarsa həmin deputatla bağlı çox ciddi tədbir görüləcəyi xəbərdarlığını rəsmi çatdırmalıdır”.

T.Abbasov qeyd etdi ki, ermənilər işğal dövründə Qarabağı dünyanın “qara bazar”larından birinə çeviriblər. Qanunsuz silah alveri, narkotik ticarəti, orqan alveri kimi qanunsuz əməllər məhz işğal dövründə orada həyata keçirilib: “Həmin ”qara bazar”ıın ən aktiv dəllallarından biri də məhz Eleni Thecocharous olub. Bu qadın deputat hələ də köhnə vərdişlərindən əl çəkmir. Azərbaycan öz ərazisinə qanunsuz keçən bu cür dəllallarla, ünsürlərlə bağlı ciddi addımlar atmalıdır. Onlara qarşı cinayət işi açılmasına qədər gedilməlidir".
8-09-2021, 13:08
Dövlət Dumasının deputatı Azərbaycana növbəti dəfə böhtan atıb - NƏ NİŞANGAHA GƏLİR...
21-06-2021, 11:09
Millimiz tarixində ilk dəfə Avropa çempionu oldu
18-06-2021, 10:45
Yunan-Roma güləşçilərimizin Avropa çempionatında rəqibləri müəyyənləşib
9-12-2020, 11:05
Moskvada erməni nazirin sərsəm açıqlamasına deputatdan cavab
9-10-2020, 11:47
Avropa Parlamentinin deputatı erməni qoşunlarının Azərbaycandan çıxarılmasını TƏLƏB EDİR
9-09-2020, 10:43
Avropa Məhkəməsi Ermənistanın Ramil Səfərovla bağlı iddiasını rədd etdi
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"